Şagirdlər üçün onlayn resurslar

Hörmətli səhifə izləyiciləri,

Məlumunuz olduğu kimi, martın 3-dən 9-dək təhsil müəssisələrində tədris prosesi müvəqqəti dayandırılıb. Bu zaman övladlarınızın vaxtını səmərəli keçirmələri və təhsil prosesindən yayınmamaları üçün verilmiş resurslardan istifadə edə bilərsiniz.

Poly Up resursu haqqında video dərslər

Poly Up Riyaziyyat və alqoritmik düşüncənin tədrisində istifadə olunan onlayn resursudur. Resurs:

  • Müxtəlif yaş qrupları ilə istifadə oluna bilər
  • Kompüter, planşet, telefon üzərindən istifadə oluna bilər
  • Oyun əsaslı olduğu üçün uşaqlar üçün maraqlı və cəlb edicidir
  • Layihə əsaslı öyrənmədə müxtəlif layihələrin hazırlanmasında istifadə oluna bilər
  • Bir məsələyə müxtəlif yanaşmalar ortaya qoymağa imkan verir
  • Şagirdlərin problem həll etmə, yaradıcılıq, tənqidi düşüncə bacarıqlarını inkişaf etdirir

Daha ətraflı məlumat üçün aşağıdakı video dərsləri izləməyinizi tövsiyyə edərdim:

1. Poly Up platforması ilə tanışlıq

2. Poly Up maşınları və onlardan necə istifadə etməli?

 

3. Poly Up- da qeydiyyat və maşınları kəşf et !

4. Poly Up da öz maşınını yarat !

 

Klaviaturadan istifadəni öyrətmək üçün proqram

typeŞagirdlərə klaviaturadan istifadəni öyrətmək üçün müxtəlif oyunlardan istifadə olunur. Belə oyunlardan istifadə uşaqlarda erkən yaşlardan surətli və düzgün yazmaq bacarığının formalaşmasında əhəmiyyətlidir. Bu yazıda təqdim etdiyim Typetastic saytı həm oyunlarının dizaynı, asan istifadə oluna bilməsinə görə digərlərindən fərqlənir. Saytdan həm kompüterdə, həm də tabletdə istifadə etmək mümkündür. Saytada müxtəlif çətinlik səviyyəsində 13 oyun- tapşırıq  mövcüddur.

  1.  Sayta daxil olmaq üçün link: https://typetastic.com/
  2. İstədiyiniz oyun növünü seçin
  3. Öyrənməkdən zövq alın 🙂

 

 

 

 

 

Oyun kartları ilə proqramlaşdırmanın tədrisi- Cody Roby

Günümüzdə proqramlaşdırmanı  tədris etmək, robyalqoritmik düşüncə bacarığını inkişaf etdirmək üçün müxtəlif resurslardan istifadə edilir. Lakin bu resursların əksəriyyəti online olduğu üçün ölkəmizdəki bütün məktəblilər və müəllimlər üçün əlçatan deyil. Bu səbəbədən sizi Cody roby resursu ilə tanış etmək istəyirəm. Cody Roby proqramlaşdırmanı tədris etmək üçün istifadə olunan kart oyunudur. Oyunun prinsiplərinə görə code.org saytındakı oyunlara bənzəyir. Oyun bir ədəd şahmat lövhəsinə bənzəyən oyun lövhəsi, personajlar, personajların çatacağı yeri göstərən qara xanalar və personajın hərəkət alqoritmini qurmaq üçün istifadə olunan sola dönmə, sağa dönmə, hərəkət kartlarından ibarətdir. Oyundan müəllim-şagird və şagird- şagird formasında istifadə etmək mümkündür. Müəllim- şagird modelində müəllim tapşırığı qurur və şagird məsələni həll edir. Şagird- Şagird modelində isə müəllim məsələni qurur, şagirdlər öz aralarında məsələni qısa müddətdə həll etmək üçün yarışırlar. Oyundan eyni zamanda hərəkət, istiqamət, məsafə, kordinat sistemi kimi mövzuların tədrisində də istifadə etmək olar

Resurslar, elektron lövhə üçün  hazırlanmış oyunu yükləmək üçün və istifadə təlimatı ilə tanış olmaq üçün daxil olun : link

Resurs Code Week Eu səhifəsindən götürülmüşdür. Ətraflı məlumat üçün daxil olun: link

 

Öyrənməni əyləncəyə çevir ! – Kahoot

Kahoot sinifdə bilik yarışı təşkil etmək üçün istifadə edə biləcəyiniz maraqlı saytlardan biridir. Xüsusi ilə formativ qiymətləndirmə zamanı istifadə edə biləcəyiniz bu sayt uşaqlarda dərsə qarşı böyük maraq yaradır.  Müəllim əvvəlcə kahoot saytında oyunu hazırlayır və oyunu proyektor və ya elektron lövhə vasitəsi ilə nümayiş etdirir. Şagirdlər telefon və ya kompüter ilə lövhədəki kodu yazıb, oyuna qoşulur və bir – birlərinə qarşı yarışırlar. Suallar lövhədə, cavablar isə uşaqların qurğularında görünür. Ən tez və ən çox düzgün cavab verən şagird (komanda ) daha çox xal toplayır və qalib olur.

Oyun hazırlamaq üçün link (müəllimlər  üçün): https://kahoot.com

Oyun oynamaq üçün link: (uşaqlar  üçün ): https://kahoot.it

İstifadəsinin üstünlükləri:

  1. Şagirdlərin dərsə motivasiyasını artırır, dərsə qarşı maraq yaradır.
  2. Müxtəlif qurğular (kompüter, telefon, planşet) vasitəsi ilə qoşulmaq və oynamaq mümkündür.
  3. Sadə dizaynı var, istifadəsi rahat və asan öyrənilə biləndir.
  4. Müxtəlif növ suallardan istifadə etmək mümkündür.
  5. Suallarda şəkillərdən, videolardan istifadə etmək mümkündür.
  6. Oyun birdikdən sonra, proqram müəllimə detallı şəkildə nəticələri təqdim edir.

Resursdan istifadə haqqında video:

NİM oyunu – active inspire hazır şablon

Hörmətli müəllimlər.

Aşağıdakı linkdə “NİM oyunu” -nun hazır faylını tapa bilərsiniz. NİM oyunu qədim oyun növlərindən biridir. Maraqlı eyni zamanda diqqət və düşüncə tələb edən bir oyundur.

Oyunu dərslərinizdə istifadə etmək üçün :

  • https://drive.google.com/file/d/0B7uyMv1mHyxBV2hmdVB4dFJOb28/view?usp=sharing      linkində verilmiş faylı kompüterinizə yükləyin
  • Faylı açıb “Sualı bura yaz” qeyd olunmuş səhifələrə suallarınızı, növbəti səhifədəki “Cavabı bura yazın ”  hissəsinə isə cavablarınızı daxil edin
  • Şagirdlərinizi iki qrupa ayırın. Şagirdlər daş götürməzdən əvvəl sual seçib, həmin suala düzgün cavab verməlidirlər.
  • Oyunun qaydalarına görə bir cəhddə yalnız bir sütündan ama istənilən sayda daş götürmək olar. Sonuncu daşı götürən məğlub hesab edilir.

 

 

Activ inspire hazır oyun şablonu

Hörmətli müəllimlər.Screen Shot 2016-03-14 at 12.08.15 PM

Aşağıdakı linkdə active inspire proqramında hazırlanmış hazır oyun şablonu tapa bilərsiniz.

Aşağıdakı linkdən istifadə edərək faylı kompüterinizə yükləyin.

Faylı açıb səhifələrə suallarınızı daxil edin.

Sinifdəki şagirdləri 4 qrupa bölün və hər qrupa bir “monster” seçin.

Sualı seç hissəsindən qrup üçün sual seçilir. Seçilmiş suala düzgün cavab verən qrup zəri atır. Zərdə düşən xal qədər, həmin qrupun “monsteri” hərəkət etdirilir. Finala ilk çatan komanda qalib hesab edilir

https://drive.google.com/file/d/0B7uyMv1mHyxBbzBLbkdGUFZReDA/view?usp=sharing

XOX oyunu (Active inspire)

Hörmətli müəllimlər.

Aşağıdakı linkdə XOX oyunu üçün şablon faylı tapa bilərsiniz:

https://drive.google.com/file/d/0B7uyMv1mHyxBeGxVclJHQUVJWTA/view?usp=sharing

Screen Shot 2016-03-02 at 11.01.03 PM

Oyunan istifadə qaydası:

  • Şagirdlər iki qrupa bölünür və hər komandaya uyğun rəngli dairə seçilir
    .
  • İlkin olaraq şagirdlər rəqəm seçir və seçilmiş rəqəmin üzərinə kliklənəndə sual olan səhifəyə keçilir.
  • Komanda suala düzgün cavab versə, özlərinə uyğun dairəni istənilən yerdə yerləşdirmək hüququ qazanır.
  • Ardıcıl olaraq 3 dairəni xətt üzrə yerləşdirən komanda qalib hesab edilir
  • Müəllim tərəfindən əvvəlcədən şablona suallar əlavə olunmalıdır. Sual əlavə olunmalı olan səhifələrə Sual sözü yazılıb. Əsas səhifə düymsinə klikləməklə bir başa əsas səhifəyə geri qayıtmaq olar.

Qruplar arasında motosiklet yarışı (active inspire)

Hörmətli müəllimlər.Screen Shot 2016-02-29 at 4.10.33 PM

Aşağıdakı linkdə activ inspire proqramında hazırlanmış motosiklet yarışı oyununu tapa bilərsiniz: Oyunu yükləmək üçün link

Oyunun  qaydası:

  • Şagirdləri 5 qrupa bölün.
  • Müəlllim sualı səsləndirir.
  • Suala düzgün cavab verən qrupların motosikletlərinin üzərinə kliklyəndə bir addım irəli gedir.
  • Finala çatmaq üçün 10 düzgün cavab vermək lazımdır.

 

 

Active inspire proqramı üçün oyun şablonu

Hörmətli müəllimlər .Screen Shot 2016-02-27 at 7.13.04 PM

Aşağıdakı linkdə active inspire proqramında hazırlanmış oyununu tapa bilərsiniz.

Verilmiş linkə daxil olun və faylı kompüterinizə yükləyin :

https://drive.google.com/file/d/0B7uyMv1mHyxBSGczTFk5UlZoUnc/view?usp=sharing

Kateqoriyalar yazılmış hissəni dəyişib suallarınızın aid olduğu kateqoriyaların adlarını yazın. Məsələn, Nizami Gəncəviyə aid oyun hazırlayırsınızsa kateqoriyalar aşağıdakı kimi ola bilər: Həyatı, Xosrov və Şirin, Leyli və Məcnun, Sirlər xəzinəsi, İsgəndərnamə

Üzərində S yazılmış səhifələrə suallarınızı daxil edin. Suallar kateqoriyalara və suala görə veriləcək xala  uyğun olsun. Səhifədəki rəngli sahəyə klikləsəniz cavab olan səhifəyə keçəcək

Üzərində C yazılmış səhifələrə, onan əvvəlki səhifəyə daxil etdiyiniz sualın cavabını yazın. Səhifədəki rəngli sahəyə klikləməklə birinci səhifəyə qayıda bilərsiniz.

 

Öyrədici oyunlar tapa biləcəyiniz 8 sayt

Hörmətli müəllimlər. url

Aşağıdakı saytlarda müxtəlif öyrədici oyunlar tapa bilərsiniz. Oyunlar uşaqlar üçün təhlükəsizdir və bir çoxu elektron lövhə üzərində də işləyir. Əgər sizin şagirdinizin kompüter oyunlarına marağı çoxdursa, bu saytlar sizə imkan verəcək ki,  onların bu marağından dərslərində istifadə edə biləsiniz.

  1. http://www.topmarks.co.uk
  2. http://www.egiticioyunlar.org
  3. http://www.funbrain.com
  4. http://www.abcya.com
  5. http://mathsframe.co.uk
  6. http://pbskids.org
  7. http://www.poptropica.com
  8. http://www.primarygames.com

Nə üçün dərslərimizdə online resurslardan istifadə etməliyik?

Texnologiya artıq həyatımızın bir hissəsinə çevrilib vədownload bizimlə yanaşı artıq şagirdlərimizin və övladlarımızın da həyatlarının bir hissəsinə çevrilir. Şagirdlərimizin və övladlarımızın texnologiyaya, internetə çox böyük marağı var Bəs nə üçün onların bu marağından təhsililərində istifadə etməyək? Bu gün ki yazımda mən sizinlə online öyrənmə resursları haqqında danışmaq istəyirəm. Online resurs dedikdə nə nəzərdə tutulur? Fikrimcə bu anlayışa dəqiq tərif vermək çətindir. Online öyrənmə resurslar dedikdə şagirdlərin daxil olub müəyyən öyrədici matrealları, videoları əldə etdikləri, müəyyən tapşrıqları yerinə yetirdikləri internet səhifələri kimi qəbul etmək olar. Bəs nə üçün bu resurslardan istifadə vacibdir? Müasir təhsil tələb edir ki, tədris prosesi sinifdə yekunlaşmasın. Biz şagirdlərin istənilən yerdən və istənilən zaman öyrənə bilmələrini təmin etməliyik. İstər evdən, istər məktəbdən, istər dərs zamanı və ya dərsdən sonra. Online resurslardan istifadə zamanı şagird, evdən və yaxud məktəbdən bu resurslara daxil olub müəyyən tapşırıqları həll edir, dərsləri izləyir. Online resurslarını digər bir üstünlüyü isə oyunlaşdırma üsullarına üstünlük vermələri və güclü motivasiya vasitələri olmalarıdır. Şagirdlərin görəcəyi iş, həll edəcəyi tapşırıqlar onlara oyun halında, izləyəcəyi və dinləyəcəyi dərs isə animasiya, maraqlı videolar- onlar üçün daha cəlbedici formalarda təqdim olunur. Bu resurslardan istifadə etməklə dərsə qarşı marağı az olan şagirdlərin belə diqqətini dərsə cəlb eləmək mümkündür. Başqa bir məsələ isə şagird yaradıcılığı ilə bağlıdır. Online resurslardan düzgün istifadə, şagirdin yaradıcılıq qabiliyyətin artmasına kömək edir. Online resurslardan istifadə etməklə şagird öz yaradıcılığını müxtəlif formalarda əks etdirə bilir. Siz bu resurslardan istifadə eməklə müxtəlif tipli öyrənmə üsullarına malik şagirdlərin fəaliyyətini dəstəkləyirsiniz. Onlar özlərinə uyğun öyrənmə üsulundan istifadə etməklə daha yaxşı öyrənirlər.

Online resurlardan istifadə həmçinin şagirdin uğurlarının və nəticələrinin izlənilməsi üçün, onun güclü və zəif olduğu nöqtələri aşkarlamaq üçün gözəl vasitədir. Siz daima şagirdinizin nəticələrini izləyə bilər , güclü və zəif olduğu məqamları öyrənərək, şagirdinizə fərdi yanaşma imkanı qazana bilərsiniz. Online resurlardan istifadə etmək şagirdin bu prosesdə yalnız buraxılması kimi başa düşülməməlidir. Şagird daima müəllim və valdeyn nəzarətində olmalı, dəstəklənməlidir. İlk növbədə müəllim şagirdin bacarıqalarına,maraqlarına uyğun resurslardan istifadə etməlidir. Valideyn isə şagirdə evdə bu resurslardan istifadəyə köməklik göstərməli, şagirdə evdə nəzarət etməlidir. Bu prosesdə valideyn və müəllim əməkdaşlığı mühüm rol oynayır.

Ölkəmizdə bu resurslardan istifadə zamanı yaranan problemlərdən biri dil problemidir. Çünki belə resurslar əksər hallarda rus, ingilis və ya digər dillərdə olur. Lakin digər tərəfdən şagirdin başqa dildə bu resurslardan istifadə etməsi onun xarici dil biliklərinin inkişafına da öz köməyini göstərəcəkdir.

Rollu oyunlar üçün şəkillər

Rollu oyunlar, hekayələri canlandıran12279009_1681476652070096_3157105776804026849_n.jpg zaman istifadə etmək üçün şəkillər:
Aşağıdakı linkdən şəkilləri yükləyin və çap edib kəsin.

Şagirdlər hekayə zamanı qəhrəmanları canlandırmaq üçün şəkilləri barmaqlarına keçirib istifadə etsinlər
https://drive.google.com/folderview?id=0B7uyMv1mHyxBa1lYcjYxX1N3c0E&usp=sharing

Dərslərinizdə istifadə edə biləcəyiniz 60 tapşırıq oyun növü

Hörmətli müəllimlər.

Aşağıdakı videonda dərslərinizdə istifadə edə biləcəyiniz 60 tapşırıq və oyun növü verilmişdir. Siz də öz istifadə etdiyiniz tapşırıq, oyun nözlərini bizimlə paylaşaraq, digər müəllimlərin də faydalanmasını təmin edə bilrsiniz. Faylı həmçinin videoun aşağısında verilmiş linkdən pdf formtında yükləyə bilərsiniz.


Faylı pdf formatında yükləmək üçün link : https://drive.google.com/file/d/0B7uyMv1mHyxBZnNsRG8zMFZHYVE/view?usp=sharing

Faylın video linki: https://youtu.be/dclBJdB10D4

Milyonçu oyunu

Hörmətli müəllimlər.

milyonAşağıdakı linkdə milyonçu oyunun PowerPoint faylı verilmişdir. Zəhmət olmasa,  sizində belə resurslarınız varsa bizimlə bölüşün ki, digər müəllimlər də istifadə edə bilsin.

  • Linkə daxil olun və faylı kompüterinizə yükləyib,açın
  • Oyun PowerPoint proqramında hazırlanmışdır
  • Sualı bura yazın ” sözünü pozub yerinə sualınızı daxil edin
  • Düzgün cavab ” sözünü pozub yerinə düzgün cavabı  daxil edin
  • cavab 1, cavab 2, cavab 3, cavab 4 ” sözlərini  pozub yerinə düzgün cavablarıı  daxil edin
  • Faylı yaddaşda saxlayın və dərsdə mütləq nümayiş rejimində istifadə edin

Faylı yükləmək üçün link : https://drive.google.com/file/d/0B7uyMv1mHyxBMFRfcTlZM3pNTzA/view?usp=sharing

Digər oyunlar üçün link: http://people.uncw.edu/ertzbergerj/ppt_games.html

Qruplar arasında maşın yarışı oyunu

Aşağıdakı linkdə qruplar arasında yarış təşkil etmək üçün PowerPoint faylı verilmişdir. Screen Shot 2015-10-25 at 12.36.17 AMOyun maşın yarışı şəkilindədir.

  • Linkdəki fayı kompüterinizə yükləyin və açın
  • Şagirdləri komandalara bölün
  • Suala düzgün cavab verən komandanın rənginə uyğun düyməyə kilkəyin, onda eyni rəngli maşın  bir addım irəli gedəcək
  • İlk 5 suala cavab verən komandanın maşını final xəttinə birinci çatacaq
  • Faylı yükləmək üçün link: https://drive.google.com/file/d/0B7uyMv1mHyxBbHdEczdodlFrbzg/view?usp=sharing

Digər oyunlar üçün link: http://people.uncw.edu/ertzbergerj/ppt_games.html

LearningApps ilə yarış tipli oyun hazırlamaq

Hörmətli istifadəçilər. Bu günki video dərsimizdə Learningapps.orghttp://learningapps.org/ vasitəsi ilə yarış tipli oyun yaratmaq haqqında məlumat əldə edəcəyik. Oyuna bütün şagirdlər eyni zamanda  daxil olub yarışmalarına imkan verəcək.


Nümunə tapşırıq: http://LearningApps.org/watch?v=pqt56twu501

Oyunun hazırlanması barəsində video təlimat:https://youtu.be/E0BttJvqp3Y

Sayta daxil olmaq üçün link http://learningapps.org