İbtidai sinif müəllimləri üçün interaktiv riyaziyyat alətləri

“Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır.”  Bu ifadə riyaziyyatın tədrisi üçün də doğrudur. Riyazi anlayışların vizuallaşdırılması mövzunun və izah edilən anlayışın şagirdlər tərəfindən daha yaxşı dərk edilib, uzun müddət yaddaşlarında qalmasına kömək edir. Bu videomuzda sizləri riyazi anlayışların və mövzuların tədrisində istifadə olunan interaktiv alətlərdən ibarət saytlarla tanış edəcəyik. Video dərsdə ibtidai sinif müəllimlərinin riyaziyyat dərslərində istifadə edə biləcəkləri müxtəlif alətlər nəzərdən keçirilmişdir. Videoda təqdim olunan alətlərin istifadə qaydalarına aid nümumələr verilmişdir. Alətlərdən istər virtual sinif mühitində istərsə də üzbəüz siniflərdə istifadə etmək olar. Təqdim olunan alətlər interaktiv lövhə ilə də istifadəsi mümkündür.

Bu kimi öyrədici resurslarla bağlı paylaşımlardan xəbər tutmaq üçün bizi facebook səhifəmizi bəyənməyə dəvət edirik

Facebook: https://www.facebook.com/EdtechAzerbaijan/

Learningapps.org ilə “söz seçimi” tipli tapşırıq hazırlamaq

Hörmətli müəllimlər, Screen Shot 2015-10-09 at 2.03.17 PM

Aşağıdakı linkdə learningapps.org saytı haqqında video dərs verilmişdir. Sayt sizə müxtəlif növ interaktiv tapşırıqlar hazırlamağa imkan verir.  Saytda hazırladığınız tapşırıqları elektron lövhədə, kompüterlərinizdə, İPad-lərdə istifadə edə bilərsiniz.


Saytdan istifadə ilə bağlı video dərs: https://youtu.be/3GNGf58Olwc

Sayta daxil olmaq üçün link : http://learningapps.org/

Nümunə : http://LearningApps.org/watch?v=pog3ijag501

LearningApps ilə yarış tipli oyun hazırlamaq

Hörmətli istifadəçilər. Bu günki video dərsimizdə Learningapps.orghttp://learningapps.org/ vasitəsi ilə yarış tipli oyun yaratmaq haqqında məlumat əldə edəcəyik. Oyuna bütün şagirdlər eyni zamanda  daxil olub yarışmalarına imkan verəcək.


Nümunə tapşırıq: http://LearningApps.org/watch?v=pqt56twu501

Oyunun hazırlanması barəsində video təlimat:https://youtu.be/E0BttJvqp3Y

Sayta daxil olmaq üçün link http://learningapps.org

İnteraktiv qrafik kalkulyator

İnteraktiv qrafik kalkulyatordan Riyaziyyat, Fizika, Həndəsə dərslərində qrafiklərlə , funkisyalarla bağlı dərslərdə istifadə etmək olar.

  • Sayta daxil olmaq üçün link : https://www.desmos.com/
  • Launch Calculator – düyməsinə klikləməklə qrafik kalkulyatoru başlada bilərsinizScreen Shot 2015-08-31 at 8.19.44 PM
  • şəkildəki hissədən istədiyiniz funksiyanı daxil edin


Resursdan istifadə ilə bağlı video təlimat: https://www.youtube.com/watch?v=AV_KPN02FPo

İnteraktiv şəkil hazırlama

Saytdan interaktiv şəkillər yaratmaq üçün istifadə edilir.thing

  • Sayta daxil olun: https://www.thinglink.com
  • Yuxarı sağ küncdə yerləşən Log in düyməsinə sıxın. Ədər qeydiyyatdan keçməmisinzsə Not registered? Sign up for free » vasitəsi ilə qeydiyyatdan keçin. Free düyməsinə sıxıb formu doldurun.
  • Qeydiyyatdan keçdikdən sonra ekranın yuxarısındakı create düyməsinə sıxıb interaktiv şəkili yaratmağa başlaya bilərsiniz.
  • Choose image düyməsi  və ya sürükləyib buraxmaqla  istifadə edəcəyiniz şəkili sayta daxil edin.
  • Title hissəsindən interaktiv şəkilə ad verə bilərsiniz
  • Şəkilin istənilən bir yerində klikləməklə interaktiv nöqtələr əlavə edə bilərsiniz. Nöqtələri əlavə edərkən sol tərəfdə açılan pəncərədə text adlı hissədən mətni , link adlı hissədən linki əlavə edə bilərsiniz. Daha sonra kursoru bu nöqtələrin üzərinə gətirdikdə sizin əlavə etdiyiniz mətn, link, videolar açılacaq. Save ilə nöqtələri yaddaşda saxlayın
  • Save düyməsini sıxmaqla interaktiv şəkili yaddaşda saxlaya bilərsiniz. həmçini share hissəsindən paylaşa bilərsiniz.