Online kitab hazırlamaq və şagirdlərə faydası

Şagirdlərinizlə dərslərdə istifadə edə biləcəyiniz tapşırıq https://www.mystorybook.com/booksnövlərindən biri də kitab hazırlamaqdır. Müəllim şagirdlərə bölmənin əvvəlində bu bölmə haqqında kitab hazırlamağı tapşırırılar. Həmçinin müəllim şagirdlərə kitabı hansı meyarlar əsasında hazırlamalı olduqlarını izah edir. Bölmənin sonunda şagirdlər hazırladıqları kitabı müəllimə göstərirlər. Bu müəllim üçün qiymətləndirmə vasitəsi şagirdlər üçün isə bölmə haqqında dərs matrealıdır. Sonra şagirdlər istəsələr öz kitablarını öz sinif yoldaşları, məktəb yoldaşları ilə paylaşıb ,onların fikrini öyrənə bilər. Kitab hazırlamağın faydaları hansılardır?

  • Şagirdlərin kitaba qarşı marağını artırır
  • Şagird öz yaradıcılığını nümayiş etdirmək imkanı qazanır
  • Bölmə haqqında dərs matrealı əldə etmiş olur
  • Kitabı digər şagirdlərlə bölüşməklə başqa şagirdlərdən yeni fikirlər, ideyalar öyrənir, informasiya mübadiləsi aparır

 


Sayta daxil olmaq üçün link:  https://www.mystorybook.com

Saytdan istifadə haqqında video dərs:https://youtu.be/icNQW7gigiQ

Online gündəlik hazırlamaq üçün resurs və ondan dərslərdə istifadə

Hörmətli müəllimlər. Aşağıda linkdə verilmiş resursdan siz online jurnal, gündəlik yarada və bu jurnaldan refleksiya vasitəsi kimi istifadə edə bilərsiniz. Tədris bölməsinin əvvəlində şagirdlərinizi bu saytda qeydiyyatdan keçirin. Hər dərsdən sonra şagirdlər bu jurnalı açıb , keçilən dərs haqqında öz fikirlərini, dərsdə diqqətlərini cəlb edən məqamları, mövzu ilə bağlı şəkilləri, sizin şagirdlərə veridyiniz ev tapşırıqlarının cavablarını əlavə edə bilər.Screen Shot 2015-10-08 at 2.24.39 PM Tədris bölməsinin sonunda öz jurnallarını sizə göndərsinlər. Bu gündəlik (jurnal) şagirdlərin fəaliyyətini qiymətləndimək üçün vasitə ola bilməklə yanaşı  , həmdə şagirdlərin daha sonra istifadə edə biləcəyi vəsaitə çevrilə  bilər.


Sayta daxil olmaq üçün link:https://penzu.com/

Saytdan istifadə ilə bağlı video dərs : https://youtu.be/6NUOKEyHtQ4

Elektron kitab, jurnal, fayl paylaşmaq

Hörmətli istifadəçilər, calameo saytından elektron kitab, jurnal,  təqdimat, mətn tipli sənədləricalameopaylaşmaq üçün istifadə edə bilərsiniz. Sayt haqqında ətraflı video təlimatdan öyrənə bilərsiniz.


Sayta daxil olmaq üçün link :http://en.calameo.com/

Saytdan istifadə ilə bağlı video təlimat :https://youtu.be/CaPhftTuSVA

Refleksiya aləti və Online jurnal

Şagirdlərinizlə birlikdə müəyyən məsələləri müzakirə edə biləcəyiniz, divar qəzeti, gündəlik hazırlaya biləcəyiniz web 2.0 aləti.padlet


Sayta daxil olmaq üçün link : https://padlet.com/auth/login

Saytdan istifadə ilə bağlı video dərs :https://youtu.be/BXf5rkjP5zE