Google Forms ilə online test hazırlamaq

https://www.google.com/formsGoogle Forms sorğular, testlər hazırlayıb şagirdlərinizlə paylaşa biləcəyiniz online resursdur. Şagirdləriniz sizin hazrladığınız testə internet olan istənilən yerdən daxil olub öz cavablarını təqdim edə bilərlər.


Saytdan istifadə ilə bağlı video dərs: https://youtu.be/2h5YhP_I1WU
Sayta daxil olmaq üçün link:https://www.google.com/forms

Google Drive və dərsdə istifadə

Google şirkətinin bir çox xidmətləri var ki siz onlardan dərslərinizdə, drivetəhsil prosesində istifadə edə bilərsiniz. Bunlardan biri də Google Drive- dir. Bu gün ki video dərsdə Google Drive və onan dərsdə istifadə haqqında danışacağıq.


Drive -a daxil olmaq üçün link: https://www.google.com/drive/

Drivedan istifadə haqqında video dərs:https://youtu.be/WxHt2Ej8Rnc

Pinterest sosial şəbəkəsi

Pinterest son illər məşhurlaşmış sosial şəbəkələrdən biridir. Pininterest sözlərindən https://www.pinterest.comgötürülmüşdür. Hərfi mənası sənə maraqlı olanı sancaqla, iynə ilə seç mənasını verir.bu sosial şəbəkə müxtəlif maraqlı şəkillər paylaşılır və sən özünə maraqlı lanları pinləyirsən. Pinterestdə müxtəlif mövzuda şəkillər paylaşılır ki Təhsil kateqoriyasına aid maraqlı şəkillər posterlər olur. Siz bu soial şəbəkədən həm öz resurslarınızı paylaşmaq üçün, həm də digər müəllimlərin işləri ilə tanış olmaq, yeni ideyalar axtarmaq üçün istifadə edə bilərsiniz.

Sayta daxil olmaq üçün link: https://www.pinterest.com

Online səs yazmaq üçün resurs

Hörmətli müəllimlər aşağıdakı resursdan öz səsinizi qeyd etmək, http://vocaroo.comkompüterinizdə yaddaşda saxlamaq, başqa insanlara göndərmək və internet səhifənizdə yerləşdirmək üçün istifadə edə bilərsiniz.


Sayta daxil olmaq üçün link : http://vocaroo.com

Saytdan istifadə ilə bağlı video təlimat : https://youtu.be/9fs6vkL4V9w

İdeya xəritəsi hazırlamaq üçün resurs

Aşağıdakı internet resursundan istifadə etməklə ideya xəritəsi hazırlaya bilərsiniz. Resursun üstünlüyü sadə və istifadəsi asan olmasıdır.

  • Aşağıdakı linkə daxil olun: https://www.text2mindmap.com
  • Outline your text hissəsindəki mətni silin və öz başlığınızı daxil edin və Enter düyməsini sıxınScreen Shot 2015-08-13 at 10.16.48 AM
  • Əsas obyektə budaq kimi əlavə etmək istədiyiniz obyekti Tab sıxdıqdan sonra yazın.
  • Draw Mind Map düyməsinə klikləyərək idea xəritənizi hazırlayın
  • Download düyməsindən istifadə edib ideya xəritəsini kompüterinizə yükləyə, save düyməsi ilə yaddaşda saxlaya bilərsiniz