Texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə yaşayırıq. Kompüterlər, internet, ağıllı telefonlar artıq həyatımızın ayrılmaz bir hissəsinə çevrilmişdir. Bu gün elə bir sahə tapa bilməzsiniz ki , həmin sahədə yeni texnologiya tətbiq edilməsin. Yeni texnologiyaların tətbiq edildiyi sahələrdən biri də təhsil sahəsidir. Ölkəmizdə də bu sahədə ciddi layihələr həyata keçrilir. Bu bloqun yaradılmasında da əsas məqsəd bu prosesə dəstək verməkdir. Bloqda günümüzdə dünya təhsil sistemində istifadə olunan ən son resurslar, üsullar, təhsildə
istifadə olunan internet texnologiyaları haqqında məlumatlar, təqdimatlar, məqalələr və video dərslər yerləşdirilir. Bloqu digər eyni tipli bloqlardan fərqləndirən əsas xüsusiyyət bloqda yeni ideyaların, resursların paylaşılmasıdır. Bloqa istifadəçilər internet olan istənilən yerdən, istənilən zaman daxil ola və bloqdakı resurslardan istifadə edə bilərlər. Sizdə bu prosesin bir hissəsi olmaq üçün hazırladığınız resursları, istifadə etdiyiniz web 2.0 alətlərini və digər resurslarınızı bizimlə paylaşın.
Hörmətlə
Elvin Əliyev
Avropa Azərbaycan Məktəbi
Təhsildə texnologiyadan istifadə üzrə mütəxəssis
İnformatika müəllimi
Salam nezėsiz
BəyənBəyən