Bir neçə addımda komiks, karikatura hazırlama

Şagirdlərinizə yerinə yetirə biləcəyiniz tapşırıq növlərindən biri də komiks, karikatura hazırlamaqdır. Əksər hallarda müəllimlər komiks və yaxud karikatura hazırlamaq kimi proqramların çətin olduğuna görə, dərslərində belə proqramlardan istifadə etmirlər. Bu  video dərsimizdə sizləri istifadəsi olduqca asan Toonytool.com aləti ilə tanış etmək istəyirəm. Saytdan istifadə etməklə komiks, poster, karikatura hazırlamaq olar.

image (3)

Saytdan müxtəlif məqsədlərlə və müxtəlif formalarda  istifadə etmək mümkündür. Məsələn:

  1. Müəllim şagirdlər üçün qısa zamanda öyrədici material, poster hazırlaya bilər.
  2. Şagirdlər saytdan istifadə edib dərs zamanı hansısa mövzuda poster, komiks, karikatura hazırlaya, dialoq qura bilərlər.
  3. Müəllim dərsdən sonra şagirdlərə, dərs zamanı öyrəndikləri bir faktı poster şəklində hazırlamağı tapşıra bilər.

Dərslərdə bu kimi tapşırıqlardan və saytlardan istifadə şagirdlər üçün dərsi daha maraqlı, cəlbedici edir. Eyni zamanda şagirdlərin yaradıcılıq, İKT bacarıqlarının inkişafına müsbət təsir göstərir. Hazırladığınız posterləri, dərsdə  saytdan istifadə ilə bağlı ideyalarınızı şərh hissəsində bizimlə paylaşmağı unutmayın.

 

 

Scratch ilə akvariumun hazırlanması

Hörmətli müəllimlər.

Aşağıdakı videoda scratch proqramından istifadə etməklə proqramların hazırlanması haqqında məlumat verilmişdir. düşünürəm ki, şagirdlərə proqramlaşdırmanı sevdirmək üçün maraqlı resursdur.

//scratch.mit.edu/projects/embed/128765689/?autostart=false

İnfoqrafik nədir? , necə hazırlanır ?

İnfoqrafik məlumatı təqdim etmənin yeni üsuludur. İnfo
Screen Shot 2016-01-19 at 3.29.49 PMqrafiklərdə məlumat visual formaya salınır və təqdim olunur. İnfoqrafiklərdə şəkillərdən, sxemlərdən, diaqramlardan istifadə olunması onu məzmun cəhətdən  daha da rəngarəng edir. İnfoqrafiklə təqdim olunan məlumat , məlumatı qəbul edən şəxs üçün daha cəlbedici və daha asan başa düşülən olur. Eyni zamanda visuallığın olması təqdim olunan məlumatın uzun müddət yaddaşda saxlanılmasına kömək edir. İnfoqrafikin hazırlanması aşağıdakı mərhələlərdən ibarət olur:

  1. İnfoqrafikini hazırlayacağınız mövzu seçilir
  2. Seçdiyiniz mövzu ilə bağlı araşdırma aparılır, məlumat toplanılır
  3. İnforqrafikin eskizi hazırlanır
  4. Müəyyən proqramda və yaxud internet servisində topladığınız məlumatı, düşündüyünüz dizaynla infoqrafikə çevirirsiniz.

İnfoqrafik hazırlamaq üçün müxtəlif internet servislərindən istifadə edə bilrsiniz.Bu gün mən sizə onlardan biri haqqında məlumat verəcəm. Bu internet servislərindən biri də  www.easel.ly saytıdır. Saytdan istifadə haqqında məlumatı aşağıdakı video dərsdə tapa bilərsiniz.  Infoqrafiklərdən  siniflərinizi şagirdlər üçün faydalı və maraqlı məlumatlarla zənginləşdirmək üçün istifadə edə bilərsiniz. Eyni zamanda  müəyyən bir mövzunu araşdırmaq,təhlil edib  infoqrafikini hazırlamaq şagirdləriniz üçün faydalı və yeni bir tapşırıq növü olacaqdır.

Nümunəyə baxmaq üçün klikləyin : http://easel.ly/infographic/dug3fs

İnfoqrafik hazırlamaq üçün saytdan istifadə qaydası haqqında  video dərs:

 

 

 

 

 

Poster hazırlamaq üçün resurs

Sinif otağımızın tərtibatı dərslərimizin keyfiyyətinə təsir edən mühüm amillərdəndir.https://www.canva.com/Bu gün sizinlə poster hazırlamaq üçün resursla tanış olacağıq. Sayt sadə interfeysinə görə digər saytlardan fərqlənir.


Saytdan istifadə ilə bağlı video dərs:https://youtu.be/QhqYIiYTyFs

Sayta daxil olmaq üçün link:https://www.canva.com