Etiket: promethan
Activinspire proqramında Position funksiyasından istifadə etməklə Anaqram hazırlamaq
Hörmətli müəllimlər.
Aşağıdakı video dərsdə active inspire proqramında Position funksiyasından istifadə etməklə Anaqramın hazırlanması haqqında məlumat verilmişdir:
Active inspire proqramında “Change Text Value ” funksiyasından istifadə
Active inspire maraqlı funksiyalarından biri də “Change Text Value ” funkisyasıdır. Bu funksiyadan mətnləri dəyişmək, əvəz etmək üçün istifadə edə bilərsiniz.
- Dəyişmək istədiyiniz mətni seçin və Action Browser menyusununa daxil olun
- Verilmiş siyahıdan “Change Text Value ” əmrini seçin
- Target (Text ) hissəsində hansı mətnin üzərinə kliklənədə dəyişəcəksə həmin mətni seçin
- Text hissəsində yeni mətni daxil edin
- Apply Changes düyməsinə klikləməklə dəyişiklikləri yaddaşda saxlayın
Funksiyadan istifadə haqqında video dərs:
NİM oyunu – active inspire hazır şablon
Hörmətli müəllimlər.
Aşağıdakı linkdə “NİM oyunu” -nun hazır faylını tapa bilərsiniz. NİM oyunu qədim oyun növlərindən biridir. Maraqlı eyni zamanda diqqət və düşüncə tələb edən bir oyundur.
Oyunu dərslərinizdə istifadə etmək üçün :
- https://drive.google.com/file/d/0B7uyMv1mHyxBV2hmdVB4dFJOb28/view?usp=sharing linkində verilmiş faylı kompüterinizə yükləyin
- Faylı açıb “Sualı bura yaz” qeyd olunmuş səhifələrə suallarınızı, növbəti səhifədəki “Cavabı bura yazın ” hissəsinə isə cavablarınızı daxil edin
- Şagirdlərinizi iki qrupa ayırın. Şagirdlər daş götürməzdən əvvəl sual seçib, həmin suala düzgün cavab verməlidirlər.
- Oyunun qaydalarına görə bir cəhddə yalnız bir sütündan ama istənilən sayda daş götürmək olar. Sonuncu daşı götürən məğlub hesab edilir.
Activ inspire hazır oyun şablonu
Hörmətli müəllimlər.
Aşağıdakı linkdə active inspire proqramında hazırlanmış hazır oyun şablonu tapa bilərsiniz.
Aşağıdakı linkdən istifadə edərək faylı kompüterinizə yükləyin.
Faylı açıb səhifələrə suallarınızı daxil edin.
Sinifdəki şagirdləri 4 qrupa bölün və hər qrupa bir “monster” seçin.
Sualı seç hissəsindən qrup üçün sual seçilir. Seçilmiş suala düzgün cavab verən qrup zəri atır. Zərdə düşən xal qədər, həmin qrupun “monsteri” hərəkət etdirilir. Finala ilk çatan komanda qalib hesab edilir
https://drive.google.com/file/d/0B7uyMv1mHyxBbzBLbkdGUFZReDA/view?usp=sharing
XOX oyunu (Active inspire)
Hörmətli müəllimlər.
Aşağıdakı linkdə XOX oyunu üçün şablon faylı tapa bilərsiniz:
https://drive.google.com/file/d/0B7uyMv1mHyxBeGxVclJHQUVJWTA/view?usp=sharing
Oyunan istifadə qaydası:
- Şagirdlər iki qrupa bölünür və hər komandaya uyğun rəngli dairə seçilir
. - İlkin olaraq şagirdlər rəqəm seçir və seçilmiş rəqəmin üzərinə kliklənəndə sual olan səhifəyə keçilir.
- Komanda suala düzgün cavab versə, özlərinə uyğun dairəni istənilən yerdə yerləşdirmək hüququ qazanır.
- Ardıcıl olaraq 3 dairəni xətt üzrə yerləşdirən komanda qalib hesab edilir
- Müəllim tərəfindən əvvəlcədən şablona suallar əlavə olunmalıdır. Sual əlavə olunmalı olan səhifələrə Sual sözü yazılıb. Əsas səhifə düymsinə klikləməklə bir başa əsas səhifəyə geri qayıtmaq olar.
Active inspire proqramı üçün oyun şablonu
Hörmətli müəllimlər .
Aşağıdakı linkdə active inspire proqramında hazırlanmış oyununu tapa bilərsiniz.
Verilmiş linkə daxil olun və faylı kompüterinizə yükləyin :
https://drive.google.com/file/d/0B7uyMv1mHyxBSGczTFk5UlZoUnc/view?usp=sharing
Kateqoriyalar yazılmış hissəni dəyişib suallarınızın aid olduğu kateqoriyaların adlarını yazın. Məsələn, Nizami Gəncəviyə aid oyun hazırlayırsınızsa kateqoriyalar aşağıdakı kimi ola bilər: Həyatı, Xosrov və Şirin, Leyli və Məcnun, Sirlər xəzinəsi, İsgəndərnamə
Üzərində S yazılmış səhifələrə suallarınızı daxil edin. Suallar kateqoriyalara və suala görə veriləcək xala uyğun olsun. Səhifədəki rəngli sahəyə klikləsəniz cavab olan səhifəyə keçəcək
Üzərində C yazılmış səhifələrə, onan əvvəlki səhifəyə daxil etdiyiniz sualın cavabını yazın. Səhifədəki rəngli sahəyə klikləməklə birinci səhifəyə qayıda bilərsiniz.
Active İnspire proqramında Dublicate funksiyası ilə tapşırıq hazırlamaq
Hörmətli müəllimlər,
Aşağıdakı video dərsdə Active İnspire proqramında dublicate funksiyasından istifadə etməklə tapşırıq hazırlamaq haqqında məlumat verilmişdir. Sizdə dərslərinizdə istifadə etdiyiniz maraqlı tapşırıqlar barəsində bizə məlumat verin, və başqa müəllimlərin də faydalanmasına kömək göstərin.
Video dərs üçün link : https://youtu.be/zcc-QcQtkas
Promethan lövhələrdə istifadə edə biləcəyiniz müxtəlif resurslar
Hörmətli müəllimlər. Aşağıdakı saytda Promethan lövhələrdə istifadə edə biləcəyiniz müxtəlif resurslarla yanaşı, pulsuz onlie təlimlərə də qoşuıa bilərsiniz. Rahat istifadə və tədbirlərdən xəbərdar olmaq üçün qeydiyyatdan keçməyi unutmayın.
Sayta daxil olmaq üçün link :http://www.prometheanworld.com