Bugünki video dərsimdə sizləri animasiya hazırlamaq üçün istifadə olunan proqramla tanış edəcəm . Proqramın adı Frames -dir və öz asan interfeysinə, geniş imkanlarına görə digər proqramlardan fərqlənir. Dərsi izlədikdən sonra, proqram haqqında fikirlərinizi, dərsdə necə istifadə edəcəyinizlə bağlı ideyaları bizimlə bölüşməyi unutmayın. Hazırladığınız animasiyaları, şərh hissəsində paylaşmaqla həmkarlarınızla paylaşa bilərsiniz.
Artırılmış reallıq (Augumented reality) texnologiyanın müasir sahələrindən biridir. Şübhəsiz ki, günümüzdə müxtəlif sahələrdə istifadə bu texnologiya təhsil sahəsində də tətbiq edilməyə başlanılıb. Uşaqlar tərəfindən maraqla qarşılanan bu texnologiyadan istifadə hər gün daha da artr. Artıq internetdə artırılmış reallıqla bağlı müxtəlif fənnlərə aid çoxlu sayda proqram, dərs nümunələri, fəaliyyətlər tapa bilərsiniz. Artırılmış reallıq virtual dünya ilə real aləmi özündə birləşdirən yeni bir texnologiyadır. Artırılmış reallığın müsbət tərəfləri:
Uşaqlar üçün maraqlı və əyləncəlidir
Güclü motivasiya vasitələridir
Uşaqlar üçün müxtəlif tapşırıqları yerinə yetirərək öyrənmək imkanı vardır
Artırılmış reallıqla verilən məlumat uşaqların daha uzun müddət yaddaşında qalır
Mənfi tərəfləri:
Fəaliyyət ciddi planlaşdırılmasa, sadəcə oyun olaraq qala bilər.
Əlavə texnologiyadan istifadə tələb olunur
Bəzən əlavə vaxt itkisinə səbəb olur.
Ödənişli olan nümunələrin sayı çoxdur.
Günümüzdə müxtəlif fənnlərin tədrisində geniş istifadə olunan bu texnologiya haqqında bir nümunəni sizinlə paylaşmaq istəyirəm. Videoda istifadə edilmiş proqramın adı Quliverdir. Həm Android qurğularda həmdə İOS qurğularda istifadə etmək mümkündür.
Kompüter modellərindən və animasiyalar şagirdlərin dərsə diqqətini cəlb etmək, onlara real şəraitdə nümayiş etdirilməsi mümkün olmayan hadisələri, təcrübələri göstərmək üçün əla vasitələrdir. Bu zaman şagird hadisənin və ya prosesin necə baş verdiyini vizual olaraq gördüyü üçün onu daha yaxşı dərk edir.
Bügün sizləri tanış edəcəyim proqram vasitəsi ilə həm özününüz şagirdlər üçün müəyyən simulyasiyonlar hazırlaya bilər, həm də bu proqramdan şagirdlərinizlə birlikdə müəyyən tapşırıqları yerinə yetirmək üçün istifadə edə bilərsiniz. Algodoo adlanan bu proqramdan fizika, kimya,biologiya kimi fənnlərdə daha çox istifadə etmək olar. Proqram şagirdlərə uyğun interfeyslə təmin olunub və yüklənməsi pulsuzdur. Proqram öz zəngin imkanları ilə digər eyni tipli proqramlardan fərqlənir. Proqram haqqında kiçik videonu izləməklə proqramın necə faydalı olduğuna əmin olacaqsınız.
Hörmətli istifadəçilər, aşağıda linkdə veriliş satdan istifadə edib, mətnlərinizi maraqlı formalara sala bilər, animasiya hazırlaya bilərsiniz. Təəssüf ki, Azərbaycan dilində olan ə, ş,ç,ö,ğ,ü kimi simvolları dəstəkləmir.
Hörmətli müəllimlər dərslərdə oyunlardan, maraqlı saytlardan istifadə etmək , şagirdlərin dərsə qarşı marağını artırmaqla yanaşı, dərsi daha mükəmməl dərk etmələrinə imkan verir. Aşağıdakı linkdə Biologiya fənninə aid müxtəlif tapşırıqlar tapa bilərsiniz.