Sphero ilə proqramlaşdırma və robotiks

Sphero – uşaqlara proqramlaşmanı öyrətmək, robotiks, STEAM dərslərində istifadə olunan resurslardan biridir. Robot – kürə şagirdlərə yazdıqları proqramın nəticəsini görməyə imkan veridyi üçün , onlarda proqramlaşdırmaya qarşı böyük  maraq yaradır. Bugün ki, videomda sizə sphero haqqında məlumat verməyə, nümunə tapşırıq göstərməyə çalışacam:

 

 

 

Advertisements

Tinkercad ilə 3D modelləşmə və fəza fiqurları

TinkerCad – Autodesk tərəfindən hazırlanmış 3D modelləşdirmə sistemidir. Saytdan istifadə etməklə modelləşmə, 3D dizayn, fəza fiqurları kimi mövzuları tədris etmək mümkündür. Saytda həmçinin modellər hazırlamaq üçün öyrədici  dərslər verilib. Şagirdlər hazırladıqları işləri saytın galerya hissəsində paylaşa bilər. Əgər 3D printer varsa çap etməkdə mümkündür. Müxtəlif fiqurlardan modellər hazırlamaq şagirdlərin yaradıcılıq, problem həll etmə kimi bacarıqlarını inkişaf etdirir. Resursdan eyni zamanda fəza fiqurlarının tədrisi zamanı resurs kimi də istifadə etmək olar.   Daha ətraflı aşağıdakı video dərsdə :

Tapşırıqlarınızı oyuna çevirin

class Hazırladığınız sualları oyun formasına salan, istifadəsi çox rahat internet resursudur. Sayta daxil olun.Step 1 hissəsində oyununuza ad yazın.Step iki hissəsində suallarınınzı və sualların cavabını Sual*cavab şəkilində daxil edin. Ok düyməsinə klikəyin. Sonradan oyunda dəyişiklik edə bilmək ücün parol yazın. Share hissəsindən oyunuzu istənilən insanla paylaşa bilər , bloqunuza, internet səhifənizə daxil edə bilərsiniz. Resurs 5 növ sizin suallarınızdan ibarət müxtəlif oyun təklif edəcək. Qeyd edim ki, bəzi hallarda sayt “ə “hərfini dəstəkləmir. Nümunəyə buradan baxa bilərsiniz.