Google Forms ilə onlayn qiymətləndirmə

Google Forms Google şirkəti tərəfindən təqdim olunan xidmətlərdən biridir. Forms əvvələr məlumat toplamaq, sorğu aparmaq üçün istifadə edilsə də, hal-hazırda Quiz imkanı ilə müəllimlərə onlayn qiymətləndirmə aparmaq imkanı təqdim edir.

Google Forms üçün link: https://www.google.com/forms

 

 

Mənbə: https://www.edtech.az/blog/google-forms-ile-onlayn-qiymetlendirme

İnteraktiv tapşırıqlar hazırlamaq üçün sayt

Hörmətli müəllimlər,

Şagirdlər tapşırıqlar hazırlamaq üçün istifadə olunan müxtəlif saytlar var. Bu gün sizləri belə saytlardan biri olan wizer.me saytı ilə tanış etmək istəyirəm . Saytı eyni tipli digər saytlardan fərqləndirən xüsusiyyətlər:

  • Açıq sual, test, boşluqu doldur, şəkil və video üzrə iş, düzgün sırala və s. tapşırıq növlərindən istifadə etmək mümkündür.
  • Tapşırıqların dizaynı üçün daha çox imkan var
  • Hər bir suala ayrıca bal təyin etmək, şagirdin düzgün cavabları görməsi imkanı
  • Müəllim şagirdin nəticəsinə və verdiyi  cavablara fikir bildirə bilməsi imkan

Sayt haqqında daha ətraflı məlumatı  aşağıdakı video dərsdən əldə edə bilərsiniz :

Google Forms ilə online test hazırlamaq

https://www.google.com/formsGoogle Forms sorğular, testlər hazırlayıb şagirdlərinizlə paylaşa biləcəyiniz online resursdur. Şagirdləriniz sizin hazrladığınız testə internet olan istənilən yerdən daxil olub öz cavablarını təqdim edə bilərlər.


Saytdan istifadə ilə bağlı video dərs: https://youtu.be/2h5YhP_I1WU
Sayta daxil olmaq üçün link:https://www.google.com/forms

Blendspace ilə dərs hazırlamaq

Blendspace saytı “Flipped classrom ” modelində istifadə edilən blendspacesaytlardan biridir.
Siz saytda qeydiyyatdan keçib öz sinifinizi və sinifiniz üçün dərslər yarada bilərsiniz.  Sayt hazırladığınız dərslərə mətn, test, şəkil, video, web sayt və digər resursları əlavə etmək imkanına malikdir. həmçinin siz şagirdlərinizin uğurunu və inkişafının da izləyə bilərsiniz.


Saytdan istifadə etmək üçün video dərs : https://youtu.be/8zWKtNhMTsA

Sayta daxil olmaq üçün link : https://www.blendspace.com

 

 

Edmodo resursundan dərslərdə istifadə

Edmodo təhsildə istifadə etmək üçün yaradılmış sosial şəbəkələrdən biridir. Shttps://www.edmodo.comiz bu saytda qeydiyatdan keçməklə öz sinifinizi yaradırsınız daha sonra sinifə şagirdlərinizi əlavə edirsiniz. Bundan sonra şagirdləriniz üçün dərs resursları, tapşırıqlar, müxtəlif formalı testlər paylaşırsınız, onların nəticələrini izləyirsiniz.


Saytdan istifadə ilə bağlı video təlimat:https://youtu.be/19Gqvn7Qhbg

Sayta daxil olmaq üçün  link: https://www.edmodo.com