İnteraktiv tapşırıqlar hazırlamaq üçün sayt

Hörmətli müəllimlər,

Şagirdlər tapşırıqlar hazırlamaq üçün istifadə olunan müxtəlif saytlar var. Bu gün sizləri belə saytlardan biri olan wizer.me saytı ilə tanış etmək istəyirəm . Saytı eyni tipli digər saytlardan fərqləndirən xüsusiyyətlər:

  • Açıq sual, test, boşluqu doldur, şəkil və video üzrə iş, düzgün sırala və s. tapşırıq növlərindən istifadə etmək mümkündür.
  • Tapşırıqların dizaynı üçün daha çox imkan var
  • Hər bir suala ayrıca bal təyin etmək, şagirdin düzgün cavabları görməsi imkanı
  • Müəllim şagirdin nəticəsinə və verdiyi  cavablara fikir bildirə bilməsi imkan

Sayt haqqında daha ətraflı məlumatı  aşağıdakı video dərsdən əldə edə bilərsiniz :

Advertisements

Blendspace ilə dərs hazırlamaq

Blendspace saytı “Flipped classrom ” modelində istifadə edilən blendspacesaytlardan biridir.
Siz saytda qeydiyyatdan keçib öz sinifinizi və sinifiniz üçün dərslər yarada bilərsiniz.  Sayt hazırladığınız dərslərə mətn, test, şəkil, video, web sayt və digər resursları əlavə etmək imkanına malikdir. həmçinin siz şagirdlərinizin uğurunu və inkişafının da izləyə bilərsiniz.


Saytdan istifadə etmək üçün video dərs : https://youtu.be/8zWKtNhMTsA

Sayta daxil olmaq üçün link : https://www.blendspace.com