Süni İntellekt ilə tanışlıq | Üz ifadəsi tanıma proqramlarının hazırlanması

📣 Süni İntellekt ilə tanışlıq | Üz ifadəsi tanıma proqramlarının hazırlanması

Süni İntellekt insanın üz ifadəsinə əsasən onun keçirdiyi hissləri təyin edib, müxtəlif qərarlar vermək bacarığına sahibdir. EdTech Azərbaycan və stemPedia- nın təşkilatçılığı ilə sizləri Süni İntellekt mövzusunda növbəti seminarımıza dəvət edirik.

🔔Görüş 23.12.2022 tarixində saat 20.00- da baş tutacaqdır.

🔗 Görüşdən öncə PictoBlox proqramını yüklməyiniz tövsiyyə edilir: https://thestempedia.com/product/pictoblox/

🔗Görüşə qoşulma link: https://youtu.be/Nq_aMgjQ8sQ

“Şifrə maşını” Python seminarı

Edtech Azərbaycan komandasının təşkilatçılığı ilə sizi Python proqramlaşdırma dili üzrə ödənişsiz seminarımıza dəvət edirik ! 

Seminarın proqramı:

  • Python proqramlaşdırma dili haqqında məlumat
  • Dəyişən tipləri
  • Password Generator proqramın;n hazırlanması
  • Sual cavab sessiyası

Tarix: 29 iyun 2022

Saat : 19.00 

Görüş Youtube platformasından canlı yayımla həyata keçiriləcəkdir. 

Qeydiyyat üçün link: https://forms.gle/LWmoqprHM5dtKy3M7

Canlı üçün link: https://youtu.be/6RhlEHQiRYs

Ətraflı məlumat üçün müraciət edə bilərsiz:

Mobil: (+994) 50 716 04 96

Ünvan: Bakı şəh. Cəfər Cabbarlı. 44

Website: www.edtech.az

Sosial: www.linktr.ee/EdtechAzerbaijan

#edtechaz #edtechazərbaycan #edtechazerbaijan #proqramlaşdırma #robototexnika #STEAM #Arduino #Python  #şagird #kurs #müəllim #təlim #seminar #masterklass 

Dərslərində STEAM təhsil yanaşmasından istifdə etmək istəyənlər üçün tövsiyyələr

Şagirdləriniz üçün STEAM dərsləri təşkil etmək  istəyirsiniz, lakin nədən başlayacağınızı bilmirsiniz? Onda bu məqaləmizi diqqətlə oxumağı sizə tövsiyyə edirik.

İlk öncə aydınlaşdıraq ki STEAM təhsil yanaşması dedikdə nə nəzərdə tutulur?

STEM  termini  Science (Təbiət elmləri), Technology (Texnologiya), Engineering (Mühəndislik) ve Mathematics (Riyaziyyat) sözlərinin ilk hərflərindən götürülmüşdür. Bu tədris metodunda riyaziyyat, texnologiya, mühəndislik, təbiət fənnlərinin tədrisinin ayrı ayrılıqda yox birlikdə əlaqaləli şəkildə həyata keçrilməsi tövsiyyə edilir. Bu tədris metodu müxtəlif ölkələrdə 1950- ci ildən bəri tətbiq edilir. Hal – hazırda ən çox tətbiq olunduğu ölkələr ABŞ, İngiltərə, Almaniyadır. Bu metodun əsas məqsədi şagirdlərdə “XXI əsr bacarıqlarını” formalaşdırmaq və inkişaf etdirməkdir. Bu tədris üsulunda şagirdlər riyaziyyat və təbiət fənnlərində öyrəndikləri məlumatları gündəlik həyatlarında qarşılarına çıxan müxtəlif problemlərə, layihələrdə tətbiq etməklə öz yaradıcılıqlarını, komanda şəkilində işləmək bacarıqlarını, məntiqi  təfəkkürlərini, problem həll etmə bacarıqlarını inkişaf etdirirlər. Eyni zamanda öyrəndiklərini tətbiq etdikləri üçün öyrəndikləri məlumatları daha yaxşı mənimsəyir, daha uzun müddət onların yaddaşında qalır. Seçilən problemlerin və icra olunan layihələrin real həyatla əlaqəli olmasına, eyni zamanda şagirdyönümlü olmasına xüsusi diqqət edilir. Bu metodla qurulan dərslər şagirdlər üçün daha maraqlı və daha cəlbedici olur, onlar dərslərdə daha fəal və həvəslə iştirak edirlər. 

Əgər tədrisinizdə STEAM yanaşmasını tətbiq etmək istəyirsinizsə aşağıdakı tövsiyyələr sizə kömək edəcəkdir. 

Məktəblərə və STEM mərkəzlərinə  ziyarətlər

Ölkəmizdə bəzi məktəblərdə artıq STEAM yanaşmasından istifadə edilir. Eyni zamanda regionlarda da STEAM mərkəzləri açılır. Bu sahədə fəaliyyət göstərən müəyyən özəl mərkəzlərdə mövcuddur. Bir çox özəl məktəbin daxilində də belə mərkəzlər fəaliyyət göstərir. Belə mərkəzləri ziyarət etmək, onların təcrübələrindən faydalanmaq başlanğıc üçün faydalı addım olar. 

Həmkarlarınızla əməkdaşlıqlar

Artıq bir çox müəllim STEAM yanaşmasından öz tədrisində istifadə edir. Bu həmkarlardan ilk başlanğıcda əməkdaşlıq üçün müraciət edə bilərsiz. Bu əməkdaşlıq fikir mübadiləsi, ortaq dərslərin hazırlanması, layihələrin icrası şəkilində ola bilər. Daha təcrübəli həmkarlarınız ilk başlanğıcda ola biləcək çətinliklərlə artıq tanışdırlar və bu təcrübənin sizin üçün çox böyük faydası olacaqdır. 

Sosial Media qrupları və Səhifələr 

Dərslərində tətbiq edən müəllimlərin sosial qruplarına qoşula bilərsiz. Bu qruplarda həm sizi maraqlandıran suallara cavab tapa bilərsiz, həm də əməkdaşlıq üçün həmkarlarla tanış ola bilərsiz. Belə qruplardan biri Azərbaycanda STEAM yanaşmasının ilk tətbiq olunduğu günlərdən fəaliyyət göstərən STEAM Azərbaycanda qrupudur. Qrupa qoşulub qrupda paylaşılan mövzulardan və seminarlardan faydalana bilərsiz. Bundan başqa Facebook da müəllimlər üçün nəzərdə tutulmuş müxtəlif qruplara üzv ola, səhifələri izləyə bilərsiz. İnstaqramda STEAM fəaliyyətlərindən nümunələr paylaşan müxtəlif səhifələr fəaliyyət göstərir. Onları da izləməklə nümunə işlərlə tanış ola bilərsiz.

Peşəkar İnkişaf

STEAM yanaşması ilə tədrisə başlamazdan öncə onun təşkili formalarını başa düşmək üçün semianr və kurslara qatılın. İstər ödənişli istərsə də ödənişsiz bu mövzuda müxtəlif kurslar və semianarlar təşkil edilir. Əgər dil bilikləriniz imkan verirsə eyni zamanda xarici  mütəxəssislər tərəfindən təşkil olunmuş seminarlarda onlayn iştirak edə bilərsiz.

Məktəbdə Maker komandası yaradın

Öz məktəbinizdə bu sahəyə maraqlı olan insanlardan ibarət komandanızı yaradın. Müəyyən vaxt seçərək, müntəzəm olaraq ideyalarınızı müzakirə edin. Komanda da iştirak edən insanları bu işə həqiqətən həvəsi olan insanlardan seçin ki gələcəkdə demotivaiya olmuyasız. Komandanızla kiçik layihələri icra etməyə, dərsdən kənar fəaliyyət kimi STEAM fəaliyyətləri təşkil edə bilərsiz. 

Kiçik fəaliyyətlərlə başlayın

Həmkarlarınızdan və ya internet resurslarından tapdığınız kiçik layihələri icra etməklə başlayın. Zavod və fabriklərə ziyarətlər, virtual turlar, elm muzeylərinə ziyarətlər başlanğıc üçün maraqlı fəaliyyətlər ola bilər. Daha sonra daha mürəkkəb və bir çox fənnə inteqrasiyası olan layihələrlə keçid edin. Zaman keçdikcə hətta öz STEAM təhsil proqramınızı belə hazırlaya bilərsiz. Hər dəfə layihənin icrasından sonra növbəti dəfə bu layihəni necə daha yaxşı icra edəcəyiniz haqqında düşünün.

Maker Space

Əgər mümkündürsə məktəbdə öz Maker otağınızı yaradın. Bu otaqdan fəaliyyət və layihələrinizi icra etmək üçün istifadə edə bilərsiz. Bir çox insan düşünür ki STEAM fəaliyyətlərini icra etmək üçün mütləq bahalı avadanlıqlara sahib olmalısan. Əslində isə hər bir kəs üçün əlçatan olan əşyalarla da müəyyən fəaliyyətləri icra etmək mümkündür. Məsələn Mobil telefona sadə bir neçə app yükləməklə müxəlif fəaliyyətləri icra edə bilərisiz. Sadə DC motor, batareya ilə ilk anda ağıla gələn 10 dan çox müxtəlif layihə var. Bu layihələrdən biri olan Fırça robot ilə saytımızda tanış ola bilərsiz. Hər bir kəs üçün əlçatan olan müxtəlif resurslar var ki onlardan da sifariş verib istifadə etmək olar. Məsələn Robototexnikaya başlamaq istəyən müəllimlər Robo Q Scout modelini əldə etməklə dərslərində istifadə edə bilərlər. Bu kimi qiymət baxımından münasib yüzlərlə resurs mövcuddur. Eyni zamada təkrar istehsala nümunə sayıla biləcək yüzlərlə layihə ideyası var ki sadəcə sizin tərəfinizdən araşdırılıb tapılmağı gözləyirlər. 

Ümid edirik ki, məqaləmiz sizin üçün faydalı oldu ! 

Suallarınızı sosial media hesablarımız və ya email vasitəsi ilə bizə ünvanlaya bilərsiz. 

Məqalənin əsli: https://www.edtech.az/blog/steam-tehsiline-baslamaq-isteyenler-ucun-10-tovsiyye

Contact: +994507160496

Facebook: @edtech.az

Instagram: @edtech.az

Email: info@edtech.az

Website: http://www.edtech.az

Jafar Jabbarli 44, Yasamal, Baku

Azerbaijan, AZ1065

Scratch proqramında Flappy Bird oyunun hazırlanması

Hörmətli izləyicilərimiz, 

Bu yazımızda sizləri Scratch proqramında Flappy Bird oyunun hazırlanması qaydası ilə tanış edəcəyik. Təlimatdan uşaqlar üçün olan proqramlaşdırma fəaliyyəti kimi İnformatika və STEAM dərslərinizdə istifadə edə bilərsiniz.

Hazırlayacağımız oyunun məqsədi quşu maneyələrdən qaçırmaq və yerə toxunmasına mane olmaqdır. Quş maneyələrə və ya yerə toxunduğu halda oyun bitəcəkdir.

Gəlin ilk öncə proqrama daxil olaq: https://scratch.mit.edu/ 

Proqrama daxil olduqdan sonra Yaratmaq (Create) əmrini seçək. Əgər proqramın interfeysi Azərbaycan dilində deyilsə qlobus işarəsindən Azərbaycan dilini seçə bilərsiniz. Uyğun dil seçimini etdikdən sonra personajları və arxa fonu daxil etməyə başlayaq.

Arxa fon olaraq Flappy Bird oyununda olan fonlara bənzər təsvirlərdən birini seçək. 

Əgər arzu etsəniz başqa fon da seçə bilərsiz. 

Bundan başqa oyunun bitmə səhnəsini də da seçib üzərinə oyun bitdi mesajı yazırıq.

Pişik personajından istifadə etməyəcəyimiz üçün onu silək. Quş və Maneyə olmaqla 2 ədəd personajlar əlavə edək. Arzu etsəniz, fərqli personajlardan istifadə edə bilərsiz. Quş personajını əlavə etmək üçün Scratchın Sprite kitabxanasından istifadə edək. Borunu isə internetdə Flappy Bird pipe açar sözlərindən istifadə etməklə axtarıb tapa bilərsiniz. Boru maneyəsini tapdıqdan sonra Sprite-lər bölməsindən kompüterdən yükləmə əmrini seçməklə Scratch proqramına daxil edin. Daha sonra quşun maneyənin arasından keçə bilməsi üçün ölçüsünü kiçildək. Bunu üçün quş personajını seçib, onun hər iki libasının ölçüsünü kiçildirik. Ölçü kiçildikdən sonra əmin olmalıyıq ki, personaj iş sahəsinin mərkəzindədir. Hər dəfəsində eyni maneyə səhnəsinin gəlməsinin qarşısını almaq üçün maneyə personajını  fərqli  libaslara keçirirəcəyik. Bunun üçün boru-maneyə personajını seçib, libaslar bölməsinə keçirik. Burada mövcud libasın iki dublikatını yaradıb, birində alt, digərində isə üst borunu pozanla silirik.

Beləliklə, 3 fərqli formada maneyə əldə etmiş oluruq. Artıq arxa fon və personajları seçdiyimizə görə kod hissəsinə keçə bilərik. 

İlk növbədə quş personajını seçək və ona uyğun kod bloklarını iş sahəsinə daxil edək.

Oyunun işə düşməsi üçün Yaşıl bayraqdan istifadə edəcəyik. Hadisələr bölməsindən Yaşıl bayraq kliklənəndə əmrini seçək. Oyun başlayanda uyğun arxa fona keçməsi üçün Görünüş bölməsindən Blue Sky fonuna keç blokunu, personajın oyunun əvvəlində görünməsi üçün Görün blokların seçək. Hərəkət bloklarından Keç x: y: bloku vasitəsi ilə personajın ilkin mövqeyini təyin edirik. Daha sonra idarəetmə blokundan həmişə təkrarla komandasını iş sahəsinə daxil edirik. Əgər boşluq düyməsi sıxılıbsa hərəkət bloklarından y -i artır əmri ilə  y koordinatını 5 vahid artırırıq, əks halda sıxılmayıbsa personajın aşağı düşməsi üçün y koordinatını -5 dəyişirik. Bu kod üçün idarəetmədən əks halı olan Əgər blokundan və Sensorlar blokundan boşluq düyməsi sıxılıbsa əmrlərindən istifadə edirik. 

Oyunun maneyə və ya yerə toxunanda başa çatması üçün idarəetmə bölməsindən ikinci bir əgər bloku daxil edirik. Maneyəyə və ya səthə toxunmasını müəyyən etmək üçün Sensorlar bölməsindən rəngə toxunur, personja toxunur kimi komandalarından istifadə edirik. Əgər personaj maneyə və ya yerə toxnursa personajı gizlədib, uduzdum ismarıcı göndəririk. Oyunun bitməsi effektini yaratmaq üçün Arxa fonu dəyişirik. Görünüş bölməsindən fonuna dəyiş komandasında istifadə edirik.  Daha sonra bütün kodların dayanması tapşırığını veririk.  Eyni zamanda quşun uçmaq effektini yaratmaq üçün yeni bir bayraq bloku qoyub daxilində həmişə 0.3 saniyə gözləyib yeni libasa keçməsini təmin edirik. Bütün bu dediklərimizdən sonra quş personajı üçün kod şəkildəki kimi olacaqdır. 

İndi isə maneyə boruları üçün kodları yazmağa başlayaq. İlk öncə Yaşıl bayraq blokunu daxil edək. Oyun ilk başlayanda mane olmasın deyə maneyə personajını gizlədirik. Hərəkət blokundan  Keç X: Keç Y: komandası ilə maneyyənin ilkin vəziyyətini təyin edirik.  Maneyələrin fərqli zamanlarda gəlməsi üçün saniyə gözlə bloku seçirik və Gözlə blokunun vaxtı göstərdiyimiz dəyər hissəsində 2 və 4 arası təsadüfi ədəd seç bloku daxil edirik. Təsadüfi ədəd seç blokunu Operatorlar hissəsində tapa bilərsiz. Daha sonra bir seçə maneyənin gəlməsi üçün öz klonunu yarat komandasını daxil edirik. Prosesin oyun boyu davam etməsi üçün bütün bu kodları həmişə blokunun içərisinə salırıq. Klon kimi başlayan personajla iş üçün İdarəetmə Mən klon kimi başlayanda komandasını iş sahəsinə daxil edirik. Maneyənin hər dəfə təsadüfi bir formada gələsi üçün görünüşdən Libasına dəyiş və operatorlardan təsadüfi ədəd seç komandalarından istifadə edirik. Klon yarandıkdan sonra kodu 1 saniyə gözlədib Y koordinatın təyin edirik. Oyun başlayanda gizlədildiyi üçün görün əmrini daxil edirik.  Oyunda hərəkət edən quş personajı kimi görünsə də əslində ona tərəf hərəkət edən maneyə borularıdır. Bu hərəkəti təmin etmək üçün onların klonlarını yaradıb. X koordinatını müəyyən miqdar azaldırıq. Əgər X koordinatı dəyişərək Quşun olduğu mövqeni keçibsə onu artıq silə bilərik. Bu  prosesi davamlı oyun ərzində davam etməsi üçün həmişə dövrlərindən istifadə edirik.  Uduzmaq ismarıcı gələndə isə, maneyəni gizlədib, 1 saniyə gözləməklə bütün kodları saxlayırıq. Bütün bu qeyd etdiklərimizdən sonra kodlar şəkildə verilmiş kimi olacaqdır.

Oyun tam hazır olduqda videodakı kimi işləyəcəkdir:

Oyunu necə inkişaf etdirə bilərsiz?

Quş aşağı düşən zaman əyilməni necə təmin etmək olar?

Necə edə bilərik ki hər maneyəni keçdikcə oyunçu bir xal qazansın?

Necə edə bilərik ki, əgər oyunçu 180 saniyə heç bir maneyəyə toxunmasa qalib elan olunsun. 

Fikirlərinizi bizimlə Facebookİnstagram hesabımızda şərh bölməsində paylaşın

Microsoft Teams platformasında bizi gözləyən 9 yenilik !

Dünyada qlobal pandemiya vəziyyəti yarandıqdan sonra onlayn öyrənmə platformalarında bir çox dəyişikliklər baş verdi. Ölkəmizdə tətbiq edilən virtual məktəb layihəsinin əsasını təşkil edən Microsoft Teams proqramında da bu müddət ərzində yeni imkanlar və funksiyalar istifadəçilər üçün əlçatan oldu. Son dövrlərdə Teams platformasında baş verəcək 9 yenilik ilə sizləri tanış etmək istəyirik:

  1. Reaksiya -emoji bölməsi. Artıq görüş iştirakçıları görüşdə mövzuya öz reaksiyalarını bildirmək üçün emojilərdən istifadə edə bilərlər. Emojilərdən məzmunu təqdim edən zaman da istifadə etmək mümkündür. Bu zaman hər bir istifadəçinin verdiyi reaksiya onu göstərən kiçik ekranın üzərində görünür. Məsələn ilin fəsilləri haqqında danışan zaman, “Kim yay fəsili sevirsə öz reaksiyasını -emojisini seçsin” deyərək bu funksiyadan tədris məqsədi ilə istifadə etmək. Bu imkan ekranın yuxarı hissəsində chat və breakout rooms düymələrinin arasında yerləşir. Əgər bu imkandan istifadə etmək istəmirsinizsə görüşün tənzimlənməsi seçimlərindən görüş üçün bu imkanı deaktiv edə bilərsiniz.
  2. Əl-qaldırma funksiyası- bildiyiniz kimi Microsoft Teams proqramında əl qaldırmaq imkanı mövcud idi. Artıq bu imkanı qısa yol düyməsi vasitəsi ilə də istifadə edə bilərsiz. Bunun üçün klaviaturadan CTRL+SHİFT+K düymələrini sıxmalısınız. Bu kombinasiyanı ikinci dəfə təkrar istifadə etməklə qaldırılmış əli aşağı salmaq olur.
  3. Görünüş dəyişdirici-  bu funksiya hm iştirakçılar həm də təqdimatçılar üçün əlçatandır. Sizin təqdimat etdiyiniz zaman asanlıqla fərqli görünüş rejimlərini seçməyinizə kömək edir. Məsələn bu rejimdən istifadə etməklə həm təqdimatı görə bilər həm də birlikdə rejimində iştirakçıları görə bilərsiniz. 
  4. Təqdimat rejimində qeydləri bağlamaq. Artıq Teams platformasında təqdimat edən zaman qeydlərinizi iştirakçılardan gizləmək mümkün olacaq. 
  5. High Contrast rejimi -bu rejimdən istifadə etməklə təqdimat zamanı təqdimatın rənglərini hər bir iştirakçı özünə məxsus fərdiləşdirə biləcək. Belə ki High Contrast rejimi seçildikdə şəkillər və qrafiklər arxa plana keçir və gölgə ilə örtülür. Nəticədə mətnlərdha diqqət çəkici  və oxunaqlı bir formaya çevrilir.
  6. Görüş yaratmağın yeni üsulu -görüş yaratmaq üçün artıq new meeting düyməsinə ehtiyac qalmayacaq. Yeni imkanın istifadəyə verilməsi ilə birlikdə təqvimdə dərs yaratmaq istədiyiniz zaman slotunun üzərinə sıxmaqla bir başa görüş yarada biləcəksiz. 
  7. Cavab seçimləri imkanları- Response option əmrindəki yönləndirmə və cavab tələb etmə seçimləri əlavə edilmişdir. Belə ki, require response seçimi aktivləşdirildiyi halda dəvət göndərilmiş iştirakçılar iştirak edib etməyəcəklərini bildirməlidirlər. Forward Allow forwarding seçimi ilə dəvətin başqa şəxslərə göndərilməsini qadağan edə bilərsiz. 
  8. Invite only seçimi -bildiyiniz kimi görüş haqqında tənzimləmələr hissəsində əvvələr təşkilata və ya linki olan şəxslər kimi seçimlər mövcud idi. Yeni dəyişikliklə artıq yalnız dəvət edilmişlər qoşula bilər kimi seçim mövcud olacaqdır.
  9. Teams görüşlərində 1000 nəfərlik limit.  Adi Teams video görüşlərindəki iştirakçı sayı ilə bağlı limit  A3 və ya A5 (E3 və ya E5 ) planına sahib təşkilatlarda artıq adi Teams görüşlərində 1000 qədər iştirakçıya qədər qaldırılmışdır.

Qeyd edək ki, bu imkanlardan bəziləri artıq istifadəçilər üçün əl çatandır. Digər imkanların isə mart ayının sonuna qədər tam istifadəyə verilməsi nəzərdə tutulub.

Mənbə

Microsoftun trend təhsil alətlərindən Wakelet

Son zamanlarda Wakelet trend təhsil aləti kimi müəllimlərin ən çox istifadə etdiyi alətlərdən birinə çevrilmişdir. Bəs Wakelet dərs mühitinizi necə dəyişdirir və sizin üçün daha asan bir öyrənmə mühiti yaradır? Növbəti yazımızda bu haqqda sizə məlumat verməyə çalışacağıq.

Wakelet platformu nədir?
Wakelet həm müəllimlər, həm şagirdlər üçün əlçatan və izləməsi asan olan ödənişsiz platformadır.Tədris zamanı lazım olan material və məzmunların rahatlıqla bir araya gətirilməsinə şərait yaradaraq, tədris prosesini asanlaşdırır. Wakelet öz istifadəçilərinə hər media tipinə uyğun məlumatların toplanması və məqsədəuyğun şəkildə təşkil olunması üçün imkan yaradır. 

Bəs müəllimlər və şagirdlər Wakelet platformuna necə daxil olur və ondan necə istifadə edirlər ?

Hal-hazırda dünyanın bir çox yerində müxtəlif sahədən insanlar Wakelet platformundan gündəlik fəaliyyətlərində istifadə edirlər: tədris sahəsində işçilər, tələbələr, idmançılar, bloggerlər, tədqiqatçılar, səyahətçilər, jurnalistlər, kitabxanaçılar, fotoqraflar və hətta təşkilatlar.  

İlk öncə, düşünürük ki, Wakelet platformunun şagirdlərin təhsil həyatındakı asanlaşdırıcı rolunu analiz etməklə, platformun önəmini vurğulaya bilərik. Şagirdlər Wakelet üzərindən rəqəmsal portfoliyo yarada bilərlər ki, bu da onların professional inkişafına və sinifdənkənar fəaliyyətlərdə iştiraklarının artmasına gətirib çıxarır. Bundan əlavə, hər hansı mövzuda tədqiqat işi apararkən Wakelet platformunun məlumatların toplanması və onun yenidən təşkilində, şagirdlərin öz qeydlərinin, video və ya şəkil məlumatlarının daxil edilməsində, qrup halında çalışarkən fikir mübadiləsində, həyata keçirdikləri layihələrin daha çox insana çatmasında olan rolu vurğulanmalıdır. Bir sözlə, tələbələr Wakelet Goggle Chrome uzantısından yaralanaraq, Wakelet kolleksiyasının gücündən istifadə etməklə araşdırmalarını asanlıqla idarə edə bilərlər.

Wakelet platformunun müəllimlərin tədris prosesində də müsbət rolu danılmaz faktdır. Biz bilirik ki, dərs planlanması müəllimlər üçün ən vaxt aparan və zəhmət tələb edən prosesdir. Wakelet isə bu prosesi daha əyləncəli hala gətirməklə yanaşı, müəllimlərin dərs planlanmasındakı kreativliyini də artırır. Həmçinin, dərs zamanı istifadə oluna bilən bütün növ materiallar sistemli halda bu platformda toplana və istənilən şəkildə nizamlana bilər, hansı ki, bu dərs zamanı lazım olan məlumat və materialların asan yolla əlçatan edir. Müəllimlər aktiv öyrənən olaraq daim yeni bacarıq və texnika inkişaf etdirir. Bu fikirdən yanaşsaq, onlar istər ilham verici bir podcast dinləmək, istər konfransdan ən yaxşı tövsiyələri götürmək, istərsə də düşündürücü bir məqalə oxumaq olsun, hamısını Wakelet kolleksiyalarına əlavə edə və istədikləri zaman yenidən nəzərdən keçirə bilərlər. 

Wakelet platformunun öyrənən üçün üstünlükləri:

  • 21-ci əsr bacarıqlarını inkişaf etdirir → yaradıcılıq, kommunikasiya bacarıqları, komandada işləmək qabiliyyəti, kritik düşüncə tərzi və s.
  • Rəqəmsali bacarıqlarını artırır;
  • Təqdimat bacarıqlarını inkişaf etdirir;
  • Qlobal əlaqələr yaradır;
  • Microsoft Teams daxilində bir tətbiq olaraq mövcuddur;
  • Məzuniyyət mərasimləri kimi tədbirləri dərc edərək, əsas çıxışların videolarını paylaşaraq, əlaqəli sosial media söhbətlərini arxivə qoyaraq və gündən foto yükləyərək dünyanın hər yerindən əlçatandır
  • Harda olursanız olun, hər zaman şagird və ya tələbələrinizlə, iş kollektivinizlə, həmkar və partnyorlarınızla bağlantıda qalmaqda yardım edir və s.

Sonda, onu deyə bilərik ki, Wakelet insanlara veb üzərindəki məzmunu tez və asanlıqla yadda saxlamağa, məqsədəuyğun təşkil etməyə və paylaşmağa imkan verir. Dünyanın bütün yerindən müxtəlif sahədə çalışan insanlar çox sayda qaynaq əldə etmək, portfel kolleksiyası yaratmaq üçün, xəbər bülleteni kimi və digər bir çox məqsədlər üçün Wakelet platformundan istifadə edirlər!

Daxil olmaq üçün link: https://wakelet.com/

Mənbə

İbtidai sinif müəllimləri üçün interaktiv riyaziyyat alətləri

“Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır.”  Bu ifadə riyaziyyatın tədrisi üçün də doğrudur. Riyazi anlayışların vizuallaşdırılması mövzunun və izah edilən anlayışın şagirdlər tərəfindən daha yaxşı dərk edilib, uzun müddət yaddaşlarında qalmasına kömək edir. Bu videomuzda sizləri riyazi anlayışların və mövzuların tədrisində istifadə olunan interaktiv alətlərdən ibarət saytlarla tanış edəcəyik. Video dərsdə ibtidai sinif müəllimlərinin riyaziyyat dərslərində istifadə edə biləcəkləri müxtəlif alətlər nəzərdən keçirilmişdir. Videoda təqdim olunan alətlərin istifadə qaydalarına aid nümumələr verilmişdir. Alətlərdən istər virtual sinif mühitində istərsə də üzbəüz siniflərdə istifadə etmək olar. Təqdim olunan alətlər interaktiv lövhə ilə də istifadəsi mümkündür.

Bu kimi öyrədici resurslarla bağlı paylaşımlardan xəbər tutmaq üçün bizi facebook səhifəmizi bəyənməyə dəvət edirik

Facebook: https://www.facebook.com/EdtechAzerbaijan/

İDEYA XƏRİTƏSİ NƏDİR? ONU NECƏ HAZIRLAMALI?

İdeya xəritələri öyrədənlər və öyrənənlər tərəfindən öyrənmə fəaliyyətlərində uzun müddətdir istifadə olunan bir vasitədir. Aparılan tədqiqatlar göstərir ki, ideya xəritələrinin hazırlanması yaddaşı möhkəmləndirir və məlumatın uzun müddət yadda qalmasına kömək edir. Eyni zamanda öyrənənin tənqidi düşüncə, analiz etmək kimi bacarıqlarını inkişaf etdirir. Öyrənilən mövzunun, fəaliyyətin, prosesin ideya xəritəsinin hazırlanması zamanı bu fəaliyyətin və ya mövzunun elementləri müəyyən olunur, onlar arasındakı əlaqələr araşdırılır. Nəticədə tədqiq edilən mövzu öyrənən üçün daha aydın, başa düşülən bir formaya çevrilir. İdeya xəritələrindən öyrənmə prosesində müxtəlif məqsədlər üçün istifadə etmək mümkündür: 

  • Qeydlər aparmaq üçün
  • Təhlil və analiz prosesində
  • Tədqiqat prosesində
  • Xülasə hazırlamaq üçün
  • Konsept və proseslərin vizullaşdırılması
  • Problemin həll yolunu araşdırmaq
  • Yaradıcılıq prosesində yeni məhsulun hazırlanması üçün
  • Planlaşdırma işlərində

Günümüzdə ideya xəritələri hazırlamaq üçün ödənişli və ödənişsiz müxtəlif alətlər mövcuddur. Əgər əvvələr bu alətlərdən istifadə edən zaman ideya xəritəsinə yalnız mətn və oxlar daxil etmək olurdusa, günümüzün alətləriə ideya xəritələrinə, fiqurlar, şəkil, video, linklər kimi müxtəlif obyektləri daxil etməyə imkan verir.  İdeya xəritəsiz hazırlanan zaman bu iki yanaşmadan istifadə edə bilərsiniz. 

1- ci üsulda ideya xəritəsinin əsas sualı daha sonra onun cavabını tapmağa kömək edən yardımçı suallar daxil edilir. Hər bir sualın cavabı xəritəyə əlavə olunur və cavablar arasındakı əlaqələr müəyyənləşdirilir.

2- ci üsulda isə ideya xəritəsi ilə bağlı şagird bütün bildiklərini xəritəyə daxil edir. Daha sonra bu elementlər müəyyən əlamətlərə görə qruplaşdırılır. Qruplar isə onları birləşdirən əlamətlərə -suallara birləşdirilir. Daha sonra qruplar arasındakı daxili əlaqələr müəyyən edilir.

İdeya xəritəsi hazırlayan zaman aşağıdakılara diqqət etməkdə fayda var:

  • Əsas tədqiqat obyektini və ya sualını ölçüsünə və rənginə görə digərlərindən fərqləndirin
  • İdeya xəritənizin eyni qrupa məxsus qollarının eyni ölçüdə və rəngdə edin
  • İdeya xəritənizin daha aydın olması üçün uyğun və düşündürücü şəkillərdən istifadə edin
  • İstinad mənbəyi kimi linklərdən istifadə ideya xəritənizi daha zəngin edəcəkdir

Bu yazımızıda sizə ideya xəritələri hazırlamaq üçün istifadə edə biləcəyiniz 5 müxtəlif aləti təqdim edirik.

  1. https://coggle.it/  – ödənişsiz platformadır. İnternet brauzeri  üzərindən çalışır. Hazırladığınız xəritəni şəkil və ya pdf kimi yükləmək imkanı təqdim edir. 
  2. https://www.mindmup.com/ – internet brauzeri üzərindən çalışan növbəti platforma. Hazırladığınız ideya xəritələrini müxtəlif ölçülərdə və formatlarda yaddaşda saxlamağa imkan verir.
  3. Bubbl.us– asan istifadəçi imkanlarına görə digər ideya xəritəsi proqramlarından fərqlənir. Əgər bu işdə yenisinizsə qısa müddətdə öyrənib yüksək keyfiyyətli işlər hazırlaya bilərsiz.
  4. https://www.mindomo.com/ – brauzer üzərindən işləyir. İlk 3 ideya xəritəsini hazırlamaq pulsuzdur. Hazırladığınız xəritələri müxtəlif formatlarda saxlamaq və paylaşmaq imkanı təqdim edir.
  5. https://simplemind.eu/ – proqram şəkilində kompüterə yüklənən bu alət ideya xəritələrində səs və digər media resurslarından asanlıqla istifadəsinə imkan verir.

Verlmiş videoda Bubbl.us ilə ideya xəritəsinin hazırlanması qaydası ilə tanış ola bilərsiz.

İdeya xəritələrinin hazırlanması

Polyup ilə bir nöqtədə toxunan çevrələrin qurulması

Poly up şagirdlərin riyazi-məntiqi təfəkkürünü, alqoritmləşdirmə bacarığını inkişaf etdirmək üçün hazırlanmış resursdur. Bu platformada şagirdlər öz robotlarını dizayn edib, ona müxtəlif əmrlər daxil edə bilirlər. Aşağıdakı videoda bir birinə bir nöqtədə toxunan iki çevrə çəkən Polyup robotunun hazırlanması qaydası ilə tanış olacaqsız.

Robotun linki: https://m.polyup.com/MA4K4EV

Google Forms ilə onlayn qiymətləndirmə

Google Forms Google şirkəti tərəfindən təqdim olunan xidmətlərdən biridir. Forms əvvələr məlumat toplamaq, sorğu aparmaq üçün istifadə edilsə də, hal-hazırda Quiz imkanı ilə müəllimlərə onlayn qiymətləndirmə aparmaq imkanı təqdim edir.

Google Forms üçün link: https://www.google.com/forms

 

 

Mənbə: https://www.edtech.az/blog/google-forms-ile-onlayn-qiymetlendirme

PolyUp ilə proqramlaşdırmada dəyişən- Lift məsələsi

Polyup platformasında hazır obyektlərdən və bloklardan istifadə edib, öz məsələnizi də hazırlaya bilərsiz

Məsələnin şərti:
Əligilin binasında liftdə nasazlıq yaranıb. Lift hansı düymənin basılmasından aslı olmayaraq yalnız 5-ci mərtəbəyə qalxır. Əli liftin proqram təminatında elə dəyişiklik etmək istəyir ki, lift daxil olunan ədədə uyğun mərtəbəyə qalxsın. Əliyə proqram təminatında düzəliş etməyə kömək et.

 

Şagirdlər üçün onlayn resurslar

Hörmətli səhifə izləyiciləri,

Məlumunuz olduğu kimi, martın 3-dən 9-dək təhsil müəssisələrində tədris prosesi müvəqqəti dayandırılıb. Bu zaman övladlarınızın vaxtını səmərəli keçirmələri və təhsil prosesindən yayınmamaları üçün verilmiş resurslardan istifadə edə bilərsiniz.

Öz Artırılmış Reallıq nümunəni necə hazırlamalı

Artırılmış Reallıq tətbiqetmələrindən istifadə etməyə başlayan müəllimləri ilk andan bir sual düşündürür: “ Öz Artırılmış reallığımı hazırlaya bilərəmmi?” Çox funksiyalı və mürəkkəb Artırılmış Reallıq nümunələri hazırlamaq üçün yüksək texnoloji biliklər və alətlər tələb olunsa da, müəyyən alətlərin köməyi Artırılmış Reallıq nümunələri sadə və rahat formada hazırlamaq mümkündür. Üstəlik bu nümunələr sadəcə müəllimlər tərəfindən deyil, şagirdlər tərəfindən dərs zamanı öyərnmə prosesinin bir hissəsi kimi də hazırlana bilər. Bildiyimiz kimi, Artırılmış Reallıq elementlərindən adətən müşahidəsi çətin, şagirdlər üçün təhlükəli və ya sinif otağında əlçatmaz olan proseslərin tədqiq edilməsində istifadə olunur. Məsələn, ayın səthini müşahidə etmək üçün şagirdləri aya aparmaq əlçatmazdır. Lakin Artırılmış Reallıq tətbiqetmələri vasitəsi ilə şagirdləriniz ayın səthinə virtual səyahət edə bilirlər. Bu və buna mənzər nümunələri nəzərdən keçirdikdə məlum olur  Artırılmış reallıqdan buna bənzər formalarda istifadə öyrənənə yeni imkanlar yaratsa da, şagirdin yaradıcılıq bacarığını inkişaf etdirməsi üçün təqdim etdiyi imkanlar məhduddur. Bu səbəbdən təhsildə Artırılmış reallıq tətbiqetmələri hazırlayan şirkətlər şagird yaradıcılığını inkişafına müsbət təsir göstərən, şagirdlərə öz fikirlərini fərqli bir formada nümayiş etdirmək imkanı yaradacaq tətbiqetmələr üzərində çalışırlar. Biz təhsil işçilərini düşündürməli  olan məsələ isə şagirdləri öz Artırılmış Reallıq nümunələrini hazırlaya biləcəkləri fəaliyyətlərlə təmin etmək olmalıdır. 

Şagird öz artırılmış reallıq nümunəsini hazırlayan zaman:

  • Öz yaradıcılıq bacarığını göstərmək üçün imkan qazanır

  • Əgər layihə hazırlayırsa, tədqiqat aparırsa  Artırılmış reallıq yekun məhsulu fərqli bir formada nümayiş etdirmək imkanı yaradır

Bu yazımda sizləri  MoatBoat adlanan tətbiqetmə ilə tanış etmək istərdim. Tətbiqetmədən istifadə etməklə həm özünün daxilində olan Artırılmış Reallıq nümunələrinə baxmaq, həm də yeni Artırılmış Reallıq nümunələri yaratmaq olar. MoatBoat 15 mühiti və 10000 çox elementi ilə sizə müxtəlif icmaları- dünyaların artırılmış reallığını yaratmağa imkan verir. Tətbiqetməyə daxil olduqdan sonra Explore bölməsindən hazır Artırılmış reallıq nümunələrini nəzərdən keçirmək olar.

Create bölməsindən yeni Artırılmış Reallıq nümunəsinin yaradılması üçün istifadə edilir.Bu zaman əvvəlcə mühit seçilir. Daha sonra + işarəsinə klikləməklə, Type bölməsində yazmaqla və ya mikrafon işarəsinin üzərinə klikləyib əlavə etmək istədiyiniz obyektin adını inglis dilində səsləndirməklə Artırılmış Reallığın elementlərini mühitinizə daxil edə bilərsiniz. Modeli hazırladıqdan sonra Artırılmış Reallığa çevirmək və ya bir başa Artırılmış reallığın üzərində işləyərək hazırlamaq mümkündür. Bunun üçün ekranın yuxarı hissəsində sağ tərəfdə yerləşən kuba bənzər işarədən istifadə olunur.

Proqramın daxilində aşağıdakı mövzularda Artırılmış Reallıq nümunələri tapa bilərsiniz:

– Marsda  koloniya quran insanlar

– Ad günü

– Meşədəki bir düşərgə

– Parkda

– Çimərlik

– Məktəbdə və s.

Hazırladığınız Artırılmış Reallıq modelləri  isə My Worlds bölməsində yaddaşda saxlanılır. Tətbiqetmə həm Android tipli qurğularda, həmdə İOS tipli qurğularda pulsuzdur.

Tətbiqetməni İOS qurğularına yükləmək üçün link: https://apps.apple.com/us/app/moatboat/id1294845531?ls=1

Tətbiqetməni Android tipli qurğulara yükləmək üçün link: https://play.google.com/store/apps/details?id=com.moatboat.moatboat&hl=en_US

Postun əsli: https://www.edtech.az/blog/oz-artirilmis-realliq-numuneni-nece-ve-niye-hazirlamali

Müasir təhsilin trendə çevrilmiş 8 anlayışı

  1. Gamification- Oyunlaşdırma 

Oyun və oyun elementlərindən tədris prosesində məqsədyönlü şəkildə istifadə olunmasıdır. Oyunlaşdırma şagirdlərin dərsə marağını artırır, eyni zamanda onlarda komanda şəkilində işləmək, problem həll etmək kimi bacarıqlarını inkişaf etdirir və özünə inam hissi formalaşdırır.

  1. STEM 

STEM  termini  Science (Təbiət elmləri), Technology (Texnologiya), Engineering (Mühəndislik) ve Mathematics (Riyaziyyat) sözlərinin ilk hərflərindən götürülmüşdür.

Bu tədris üsulunda şagirdlər riyaziyyat və təbiət fənnlərində öyrəndikləri müxtəlif məlumatları gündəlik həyatlarında qarşılarına çıxan müxtəlif problemlərə və məsələlərə tətbiq etməklə öz yaradıcılıqlarını, komanda şəkilində işləmək bacarıqlarını, məntiqi  təfəkkürlərini, problem həll etmə bacarıqlarını inkişaf etdirirlər. Eyni zamanda öyrəndiklərini tətbiq etdikləri üçün öyrəndikləri məlumatları daha yaxşı mənimsəyir, daha uzun müddət onların yaddaşınlarında qalır.

  1. BYOD- Öz qurğunu gətir ! 

Texnologiyanın çox sürətlə dəyişdiyi və “köhnəldiyi” üçün təhsil müəssisələri böyük məbləğdə vəsaitlər xərcləmək məcburiyyətində qalırlar. Şagirdlərin öz qurğularından məktəbdə öyrənmə üçün istifadəsinə icazə verməklə bəzi müəssisələr bu xərclərdən azad olurlar. Eyni zamanda şagirdlər istər evdən istərsə də məktəbdən kompüterdə işlərinə davam etmək imkanı əldə edirlər.

  1. Coding & Robotics -Proqramlaşdırma və robototexnika

Robototexnika və proqramlaşdırma hər gün daha çox populyarlıq qazanan təhsil trendlərindən biridir. Şagirdlərin problem həlletmə, yaradıcı və tənqidi təfəkkürlərini, komanda şəkilində işləmək bacarıqlarını inkişaf etdirmək üçün tədris olunan bu dərslərdə müxtəlif oyun tipli, uşaqlar üçün maraqlı resurslardan, uşaqların yaş səviyyəsinə uyğun robot  qurğularından istifadə edilir.

  1. Digital citizenship- Rəqəmsal vətəndaşlıq

Rəqəmsal vətəndaşlıq texnologiyanın və internetin  düzgün, təhlükəsiz və məqsədəuyğun şəkildə istifadə etmək üçün  tələb olunan anlayışların və bacarıqların məcmusudur. Başqa sözlə Rəqəmsal vətəndaşlıq texnologiyadan düzgün istifadəni  müəyyən edən normalar və standartlardır. Günümüzdə bir çox məktəblər öz “Rəqəmsal vətəndaşlıq” strategiyasını hazırlayır və şagirdləri erkən yaşlarda tələb olunan bilik və bacarıqlarla təmin etməyə çalışırlar.

  1. Project Based Learning – Layihə Əsaslı Öyrənmə

Layihə əsaslı öyrənmə  Layihə Əsaslı Öyrənmə, şagirdi dərsdə aktiv iştiraka təşviq edən, yüksək səviyyəli idrak fəaliyyətləri dəstəkləyən, çox müxtəlif vasitə və qaynaq istifadəsini tələb edən; akademik, ictimai və həyat bacarıqlarını birlikdə istifadəsini tələb edən təhsildə yeni bir yanaşmadır.

Ətraflı məlumat üçün : https://youtu.be/dR9iDYgitl0

  1. Blended Learning & e-learning “Qarışıq” öyrənmə və e- öyrənmə

Texnologiyanın inkişafı və təhsildə tətbiq edilməsi ilə ortaya çıxmış bu  anlayışlar müxtəlif formada izah edilir. E- öyrənmə tədris proqramının  rəqəmsal resurslardan istifadə etməklə çatdırılmasıdır. Bu zaman öyrənən istənilən yerdən rəqəmsal qurğu,kompüter, planşet vasitəsi və internet əlaqəsi ilə bütün təhsil resurslarına çıxış əldə edir və təhsil alır. Qarışıq öyrənmə zamanı isə bu prosesin müəyyən bir hissəsi rəqəmsal üsullarla bir hissəsi isə ənənəvi formada baş verir

  1. Augmented and Virtual Reality – Artırılmış və Virtual reallıq (AR/VR)

Artırılmış reallıq virtual dünya ilə real aləmi özündə birləşdirən müasir texnologiyadır.

Virtual reallıq isə tamamı ilə kompüter elementləri vasitəsi ilə mövcüd olan, real həyatda mövcud olmayan reallıq formasıdır. Artırılmış reallıqda real həyat elementlərinin üzərinə müxtəlif ünsürlər əlavə edilməklə əldə olunursa, virtual reallıq adından da görüldüyü kimi yalnız virtual olaraq mövcuddur. İstifadəçi virtual reallığa adətən xüsusi baş geyimi, eynək və s. istifadə edərək daxil olur.

Nümunə link: https://youtu.be/o05bTHc2jpU

Məqalənin mənbəyi: https://www.edtech.az/blog/blog10

Öyrədici oyunlar və resurslar tapa biləcəyiniz 10 sayt

Uşaqların asudə vaxtlarını səmərəli təşkil etmək, 61686093_2164604943653088_6899431865111805952_nəylənərkən öyrənmələri üçün istifadə edə biləcəyiniz 10 saytı sizə təqdim edirik. Saytlarda riyaziyyat, təbiət elmlərinə, ingilis dilinə aid maraqlı oyunlar, videolar yerləşdirilmişdir.

1.https://www.mathgames.com – riyaziyyat oyunları
2. https://www.mathplayground.com/grade_1_games.html -riyaziyyat oyunları
3. https://www.grammaropolis.com/books.php- İngilisi dilinə aid qramatika tapşırıqları, oyunlar və kitablar
4. https://sciencebob.com– Təbiət elmlərinə aid təcrübələr, videolar
5. https://en.e-learningforkids.org/math -riyaziyyat, təbiət elmləri və s.
6. https://www.abcya.com/games/base_ten_bingo – riyaziyyat və digər fənnlərə aid oyunlar
7. http://sciencewithme.com/learn-about-reactions/ – təbiət elmləri, təcrübələr
8. http://www.readingbear.org/ -İngilis dilində oxu və tələffüz proqramı
9. https://www.coolmathgames.com/0-math-man-riyaziyyat oyunları
10. http://www.mycapstonelibrary.com/menu/#/bookshelf ingilis dilində interaktiv kitablar

Active Inspire proqramında Poly Up maşınlarında istifadə

Hörmətli müəllimlər,

Poly Up maşınlarından asanlıqla elektron lövhə üçün dərslərpA hazırlayan zaman istifadə etmək mümkündür. Bu sizə imkan verəcək ki, Poly up maşınlarını dərsinizin bir hissəsinə çevirəsiniz və dərsin müxtəlif hissələrində ondan istifadə edəsiniz. Məlumdur ki, Poly up maşınlarının və chiplərinin hər birini link vasitəsi ilə paylaşmaq mümkündür. Bu linklərdən eyni zamanda Active İnspire proqramında da istifadə edə bilərsiniz. Bunun üçün:

  1. Poly Up səhifəsinə açıb, istədiyiniz maşının və ya chipin linkini (ünvanını) kopyalayırsınız
  2. Active İnspire proqramını açıb, Poly Up maşınını link kimi daxil etmək istədiyiniz şəkili daxil edirsiniz.
  3. Daxil etdiyiniz şəkili seçib- İnsert bölməsinə daxil olursunuz
  4. İnsert bölməsindən- Link alt menyusunu seçib- website əmrini seçirsiniz
  5. Poly Up maşının və ya chipinin linkini və ya adressini “Enter a website to link” hissəsinə yapışdırırsınız.
  6. Add link as  bölməsində isə sonuncu əmr olan “existing object” seçimi seçdikdən sonra “…” işarəsinə klikləyib istinadı və ya linki  daxil etmək istədiyiniz şəkili seçirsiniz. Ok düyməsinə klikləməklə prosesi başa çatdırırsınız.

Eyni zamanda Poly Up maşınlarının linklərindən  sinifdə istifadə edə biləcəyiniz oyunlar hazırlaya bilərsiniz. Bunun üçün, Active inspire proqramında şəkillərə müxtəlif maşınları link kimi əlavə edirsiniz. Şagirdlər şəkili seçməklə, açılan maşını və ya chipi həll edirlər və əvvəlcədən elan olunmuş xalı qazanırlar. Müəyyən zaman məhdudiyyəti qoymaqla, oyunu bir qədər mürəkkəbləşdirmək olar.

Video dərsi izləmək üçün link: https://youtu.be/ilRioor9R0w

Nümünə faylı yükləmək üçün link: https://drive.google.com/file/d/1i4wjagaUOTx-YC-4k5tLHtfdvU0ExTcp/view?usp=sharing

Yaradıcılıqla öyrənmə- Oyun başlasın ! -onlayn kurs

Kursun məqsədi: Yaradıcılıq ilə öyrənmə: oyun başlasın! coursekursu, bütün fənlərdən ibtidai və orta məktəb müəllimlərini oyun vasitəsilə öyrənməyin əhəmiyyətini başa düşməyə və sinifdə oyunların istifadə  edilməsi yollarını göstərməyi hədəfləyir. Bu onlayn kurs oyunlarla öyrətmək, oyunlar vasitəsilə yaratmaq və oyun yaratmaq istəyən müəllimlər üçün xüsusilə qiymətlidir və iştirakçılara daha məhsuldar və yenilikçi tədris və təlim üçün müxtəlif vasitələr, qaynaqlar və tətbiqlər təqdim etməyi nəzərdə tutmuşdur.

Başlama tarixi: 29 Aprel 2019

Müddəti: 6.5 həftə

Təlim dili: Ingilis dili

Bütün mərhələləri uğurla tamamlayan iştirakçılara sertifikat veriləcəkdir.

Link: http://academy.schooleducationgateway.eu

Poly Up resursu haqqında video dərslər

Poly Up Riyaziyyat və alqoritmik düşüncənin tədrisində istifadə olunan onlayn resursudur. Resurs:

  • Müxtəlif yaş qrupları ilə istifadə oluna bilər
  • Kompüter, planşet, telefon üzərindən istifadə oluna bilər
  • Oyun əsaslı olduğu üçün uşaqlar üçün maraqlı və cəlb edicidir
  • Layihə əsaslı öyrənmədə müxtəlif layihələrin hazırlanmasında istifadə oluna bilər
  • Bir məsələyə müxtəlif yanaşmalar ortaya qoymağa imkan verir
  • Şagirdlərin problem həll etmə, yaradıcılıq, tənqidi düşüncə bacarıqlarını inkişaf etdirir

Daha ətraflı məlumat üçün aşağıdakı video dərsləri izləməyinizi tövsiyyə edərdim:

1. Poly Up platforması ilə tanışlıq

2. Poly Up maşınları və onlardan necə istifadə etməli?

 

3. Poly Up- da qeydiyyat və maşınları kəşf et !

4. Poly Up da öz maşınını yarat !

 

“STEM hər yerdə !” online kurs

Hörmətli müəllimlər,

29 Oktyabr tarixində European Schoolnet Academy və Scientix tərəfindən müəllimlər üçün ödənişsiz, onlayn STEM hər yerdə kursu başlayacaqdır. Kurs 5.5 həftə davam edəcəkdir və 4 moduldan ibarətdir. Kurs ibtidai və orta məktəb müəllimləri üçün nəzərdə tutulub və uğurla tamamlayanlar sertifikatla təmin olunur.

Kurs  zamanı müəllimlər öyrənəcəklər:

  • Real həyatda STEM- i tanıyaq və dərslərimizə real həyat problemlərini inteqrasiya edək
  • Fənnlərarası inteqrasiya kimi yeni metodlardan istifadədə inam yaratmaq
  • STEMi- gərçək həyatda əlaqələndirmək üçün istifadə olunan fəaliyyətlər, resurslar və strategiyalar
  • 21 əsr bacarıqları və sinifdə onları necə tədris etməli
  • Dərs nümünələrinin nəzərdən keçirilməsi, beynəlxalq səviyyədə həmkarlarla əməkdaşlıq və s.

Kurs ingilis dilində tədris olunacaqdır.

Qeydiyyatdan keçmək üçün link: https://www.europeanschoolnetacademy.eu/web/stem-is-everywhere

Klaviaturadan istifadəni öyrətmək üçün proqram

typeŞagirdlərə klaviaturadan istifadəni öyrətmək üçün müxtəlif oyunlardan istifadə olunur. Belə oyunlardan istifadə uşaqlarda erkən yaşlardan surətli və düzgün yazmaq bacarığının formalaşmasında əhəmiyyətlidir. Bu yazıda təqdim etdiyim Typetastic saytı həm oyunlarının dizaynı, asan istifadə oluna bilməsinə görə digərlərindən fərqlənir. Saytdan həm kompüterdə, həm də tabletdə istifadə etmək mümkündür. Saytada müxtəlif çətinlik səviyyəsində 13 oyun- tapşırıq  mövcüddur.

  1.  Sayta daxil olmaq üçün link: https://typetastic.com/
  2. İstədiyiniz oyun növünü seçin
  3. Öyrənməkdən zövq alın 🙂