Şagirdlər üçün onlayn resurslar

Hörmətli səhifə izləyiciləri,

Məlumunuz olduğu kimi, martın 3-dən 9-dək təhsil müəssisələrində tədris prosesi müvəqqəti dayandırılıb. Bu zaman övladlarınızın vaxtını səmərəli keçirmələri və təhsil prosesindən yayınmamaları üçün verilmiş resurslardan istifadə edə bilərsiniz.

Online müzakirə aparmaq üçün resurs və onun faydaları

Təhsildə İKT-nin tətbiqi ilə  yaranmış yeni https://www.neatchat.com/metodlardan  biri də online müzakirə aparmaqdır. Bəs online müzakirənin xüsusiyyətləri nələrdir? Dərslərimizdə sinif daxili apardığımız müzakirədən fərqi nədədir?  Bu sualların cavabları qısa qeydlər şəkilində belə göstərə bilərik.

  • Siz online müzakirəni həm sinif daxilində dərs zamanı, həmdə dərsdən əlavə vaxtda sinif xaricində apara bilərsiniz.
  • Şagirdləriniz bu müzakirəyə istənilən zaman və istənilən yerdən qoşula bilərlər.
  • Ev tapşırığının bir növü kimi siz şagirdlərinizə müəyyən saatda , hansısa bir resursa daxil olub müzakirə aparmaqlarının tapşıra bilərsiniz.
  • Dərsdə xəstəlik və digər səbəblərə görə iştirak edə bilməyən şagirdlər, daha sonra müzakirəyə daxil ola bilər və onlar dərslərindən geri qalmazlar.
  • Online müzakirə şagirdlərinizdə şəbəkə etikası, internetdən istifadə mədəniyyəti, virtual vətəndaşlıq mədəniyyətinin inkişafına kömək edəcək.
  • Siz mövzunun müzakirəsindən sonra, müzakirəni çap edib resurs kimi şagirdlərə paylaya bilərsiniz.


Online müzakirə aparmaq üçün resurs: https://www.neatchat.com/

Saytdan istifadə ilə bağlı video təlimat: https://youtu.be/7HjxT_7W99k