Uşaqlar üçün təhlükəsiz axtarış sistemləri

Hörmətli müəllimlər. İnternetin həyatımızın ayrılmaz bir hissəsi olduğu bir dövrdə yaşayırıq. İnternetin müsbət tərəfləri ilə yanaşı mənfi tərəfləri də qeyd etmək lazımdır.safesearch Xüsusi ilə internetin şagirdlərimizin, övladlarımızın da həyatlarının bir hissəsinə çevrildiyini unutmamaq lazımdır. İnternetdən istifadə edərkən, onlar tez-tez öz yaşlarına uyğun olmayan məlumatlarla rastlaşırlar. Belə olan halda onların internetdə təhlükəsizliyini təmin etmək biz müəllimlərin və valideynlərin üzərinə düşür. Bugünki yazımızda sizə şagirdlərin təhlükəsiz axtarış apara biləcəkləri bir neçə axtarış sistemini təqdim edirik. Bu axtarış sistemlərindən istifadə pulsuzdur, adətən 6- 12 yaş arası şagirdlər arası nəzərdə tutulur.

  1. http://www.safesearchkids.com
  2. http://www.kidrex.org
  3. http://www.kidzsearch.com

Unutmayın ! Şagirdlərimizin və övladlarımızın
internet təhlükəsizliyini təmin etmək hər birimizin borcudur !