İbtidai sinif müəllimləri üçün interaktiv riyaziyyat alətləri

“Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır.”  Bu ifadə riyaziyyatın tədrisi üçün də doğrudur. Riyazi anlayışların vizuallaşdırılması mövzunun və izah edilən anlayışın şagirdlər tərəfindən daha yaxşı dərk edilib, uzun müddət yaddaşlarında qalmasına kömək edir. Bu videomuzda sizləri riyazi anlayışların və mövzuların tədrisində istifadə olunan interaktiv alətlərdən ibarət saytlarla tanış edəcəyik. Video dərsdə ibtidai sinif müəllimlərinin riyaziyyat dərslərində istifadə edə biləcəkləri müxtəlif alətlər nəzərdən keçirilmişdir. Videoda təqdim olunan alətlərin istifadə qaydalarına aid nümumələr verilmişdir. Alətlərdən istər virtual sinif mühitində istərsə də üzbəüz siniflərdə istifadə etmək olar. Təqdim olunan alətlər interaktiv lövhə ilə də istifadəsi mümkündür.

Bu kimi öyrədici resurslarla bağlı paylaşımlardan xəbər tutmaq üçün bizi facebook səhifəmizi bəyənməyə dəvət edirik

Facebook: https://www.facebook.com/EdtechAzerbaijan/

İDEYA XƏRİTƏSİ NƏDİR? ONU NECƏ HAZIRLAMALI?

İdeya xəritələri öyrədənlər və öyrənənlər tərəfindən öyrənmə fəaliyyətlərində uzun müddətdir istifadə olunan bir vasitədir. Aparılan tədqiqatlar göstərir ki, ideya xəritələrinin hazırlanması yaddaşı möhkəmləndirir və məlumatın uzun müddət yadda qalmasına kömək edir. Eyni zamanda öyrənənin tənqidi düşüncə, analiz etmək kimi bacarıqlarını inkişaf etdirir. Öyrənilən mövzunun, fəaliyyətin, prosesin ideya xəritəsinin hazırlanması zamanı bu fəaliyyətin və ya mövzunun elementləri müəyyən olunur, onlar arasındakı əlaqələr araşdırılır. Nəticədə tədqiq edilən mövzu öyrənən üçün daha aydın, başa düşülən bir formaya çevrilir. İdeya xəritələrindən öyrənmə prosesində müxtəlif məqsədlər üçün istifadə etmək mümkündür: 

  • Qeydlər aparmaq üçün
  • Təhlil və analiz prosesində
  • Tədqiqat prosesində
  • Xülasə hazırlamaq üçün
  • Konsept və proseslərin vizullaşdırılması
  • Problemin həll yolunu araşdırmaq
  • Yaradıcılıq prosesində yeni məhsulun hazırlanması üçün
  • Planlaşdırma işlərində

Günümüzdə ideya xəritələri hazırlamaq üçün ödənişli və ödənişsiz müxtəlif alətlər mövcuddur. Əgər əvvələr bu alətlərdən istifadə edən zaman ideya xəritəsinə yalnız mətn və oxlar daxil etmək olurdusa, günümüzün alətləriə ideya xəritələrinə, fiqurlar, şəkil, video, linklər kimi müxtəlif obyektləri daxil etməyə imkan verir.  İdeya xəritəsiz hazırlanan zaman bu iki yanaşmadan istifadə edə bilərsiniz. 

1- ci üsulda ideya xəritəsinin əsas sualı daha sonra onun cavabını tapmağa kömək edən yardımçı suallar daxil edilir. Hər bir sualın cavabı xəritəyə əlavə olunur və cavablar arasındakı əlaqələr müəyyənləşdirilir.

2- ci üsulda isə ideya xəritəsi ilə bağlı şagird bütün bildiklərini xəritəyə daxil edir. Daha sonra bu elementlər müəyyən əlamətlərə görə qruplaşdırılır. Qruplar isə onları birləşdirən əlamətlərə -suallara birləşdirilir. Daha sonra qruplar arasındakı daxili əlaqələr müəyyən edilir.

İdeya xəritəsi hazırlayan zaman aşağıdakılara diqqət etməkdə fayda var:

  • Əsas tədqiqat obyektini və ya sualını ölçüsünə və rənginə görə digərlərindən fərqləndirin
  • İdeya xəritənizin eyni qrupa məxsus qollarının eyni ölçüdə və rəngdə edin
  • İdeya xəritənizin daha aydın olması üçün uyğun və düşündürücü şəkillərdən istifadə edin
  • İstinad mənbəyi kimi linklərdən istifadə ideya xəritənizi daha zəngin edəcəkdir

Bu yazımızıda sizə ideya xəritələri hazırlamaq üçün istifadə edə biləcəyiniz 5 müxtəlif aləti təqdim edirik.

  1. https://coggle.it/  – ödənişsiz platformadır. İnternet brauzeri  üzərindən çalışır. Hazırladığınız xəritəni şəkil və ya pdf kimi yükləmək imkanı təqdim edir. 
  2. https://www.mindmup.com/ – internet brauzeri üzərindən çalışan növbəti platforma. Hazırladığınız ideya xəritələrini müxtəlif ölçülərdə və formatlarda yaddaşda saxlamağa imkan verir.
  3. Bubbl.us– asan istifadəçi imkanlarına görə digər ideya xəritəsi proqramlarından fərqlənir. Əgər bu işdə yenisinizsə qısa müddətdə öyrənib yüksək keyfiyyətli işlər hazırlaya bilərsiz.
  4. https://www.mindomo.com/ – brauzer üzərindən işləyir. İlk 3 ideya xəritəsini hazırlamaq pulsuzdur. Hazırladığınız xəritələri müxtəlif formatlarda saxlamaq və paylaşmaq imkanı təqdim edir.
  5. https://simplemind.eu/ – proqram şəkilində kompüterə yüklənən bu alət ideya xəritələrində səs və digər media resurslarından asanlıqla istifadəsinə imkan verir.

Verlmiş videoda Bubbl.us ilə ideya xəritəsinin hazırlanması qaydası ilə tanış ola bilərsiz.

İdeya xəritələrinin hazırlanması

Youtube portalından dərslərdə istifadə və youtubedən videonu mahnı şəkilində yükləmək

Youtube artıq balacadan – böyüyə hər kəsin istifadə etdiyi, özündə minlərlə video saxlayan youportaldır. Bəs nə üçün bu portaldan dərslərimizdə istifadə etməyək? Bir çox halda youtubedən dərslərimizdə yalnız müəyyən videonu tapmaq və yükləmək üçün istifadə edirik. Əslində youtube şagrdlərin dərsə marağını artırmaq üçün əvəzsiz vasitədir. Siz şagirdlərə müyəən mövzu haqqında video hazırlamalarını söyləyin daha sonra hazırlanmış videoları youtube portalına əlavə edin. Şagirdlər bir birlərinin işlərinə baxsınlar, müzakirə etsinlər. Şagirdin işini video portala artırmaqla siz, şagirddə göstərirsiniz ki sənin zəhmətin hədər getmədi,” bir vərəq üzərində müəllimin şkafına qoyulmadı”. Şagird hiss edəndə ki onun işini başqa insanlar izləyir, faydalanır bu onun üçün çox böyük sevinc olacaq, o çalışacaq ki növbəti dəfə daha yaxşı iş hazırlasın, daha çox izləyici cəlb edə bilsin.  Bir dəfə yuxarıda yazılanlar sinifinizdə yoxlayın, şagirdlərinizin dərsə olan münasibətinin necə dəyişdiyini özünüz hiss edəcəksiniz.

Saytdan istifadə etmək üçün video dərs: https://youtu.be/0G7-22jAjgg

Video konfrans aləti

Bu internet resursundan video konfranslar təşkil etmək, şagirdlərə online dərs keçmək üçün  üçün istifadə edə bilərsiniz. Eyni vaxtda 8 nəfər bir video konfransda iştirak edə bilir. Resursdan istifadə etmək üçün Screen Shot 2015-06-24 at 8.57.54 AM

  • https://appear.in– saytına daxil olin
  • Create a room and talk together yazısının altındakı hissədə video dərsin, konfransın adını daxil edin və Start düyməsinə basın

  • Video dərsə yeni şəxsləri dəvət etmək üçün Screen Shot 2015-06-24 at 9.04.55 AMdüyməsindən istifadə edib, saytın linkini kopyalayıb dəvət etdiyiniz insanlara göndərin.