Pulsuz onlayn kurs: “Gələcək sinif ssenariləri”

Hörmətli müəllimlər,

“Gələcək sinif ssenariləri” kursunun məqsədi məktəblərdəki müəllimləri, pedaqoji heyəti sinif otaqlarında gələcəkdə ola  biləcək dəyişikliklər haqqında məlumatlandırmaqdır.  Kurs  6 moduldan ibarətdir və 9 yanvar 2017- ci il tarixində başlayacaqdır.  Kurs pulsuzdur və ingilis dilindədir.  Kursu uğurla tamamlayanlara sertifikat verilir.

Kurs aşağıdakı modullardan ibarət olacaqdır:

  1. Gələcəkdəki sinif nəyə bənzəyir?
  2. Gələcəkdəki sinifiniz – real viziona doğru
  3. Viziondan reallığa- gələcəkdəki sinifinizdə texnologiya
  4.  21- ci əsr bacarıqları üçün öyrənmə fəaliyyətləri
  5.  Öyrənmə fəaliyyətlərindən Öyrənmə hekayələrinə
  6. Siz hələ də gələcəkdəki sinifi görməmisiniz?

Kurs haqqında ətraflı məlumat almaq üçün link:

Kursa qoşulmaq üçün link:
http://academy.schooleducationgateway.eu/en/web/future-classroom-scenarios-second-round

Nə üçün sinif bloqumuzu yaratmalıyıq?

blogs2

  1. Şagirdlər və valideynlərlə ünsiyyət vasitəsi kimi sinif bloqundan istifadə edə bilərsiniz. Bu sizə dərsdən sonra da şagirdlərinizlə əlaqə qurmağa, onlarla müəyyən məsələləri müzakirə etməyə imkan verəcək.
  2. Məktəbdə və sinifdə baş tutacaq mühüm tədbirlər, baş vermiş tədbirlər haqqında məlumatları təqvimdə yerləşdirməklə ümumi sinif təqvimi yarada bilərsiniz .
  3. Şagirdlərin dərs zamanı hazırladığı işləri nümayiş etdirmək, müzakirə etmək üçün.
  4. Dərs matreallarını, tapşırıqları şagirdlərlə paylaşmaq üçün
  5. Şagirdlərdə internetdən düzgün istifadə bacarığını formalaşdırmaq üçün
  6. Şagirdlərin yazı bacarığını, yaradıcılığını inkişaf etdirmək üçün

Texnologiya ilə bir çox müəllimin edə biləcəyi bəzi yeniliklər

Hörmətli müəllimlər.

Dərslərində texnologiyanı tətbiq etmək istəyən hər bir müəllimin aşağıdakılarıdownload  yoxlamasını məsləhət görərdim.

  1. Sinif bloqunuzu yaradın. Sinif bloqunu yaratmaq üçün Blogspot, WordPress, Wix, Weebly kimi hazır sistemlərdən istifadə edə bilərsiniz. Bloqda keçilən mövzular haqqında məlumatlar, videolar, tapşırıqlar, faydalı saytlar, öyrədici oyunlar, dərsdəki fəaliyyətlərdən şəkillər paylaşa bilərsiniz. Bloq həmçinin şagirdlərinizlə, valideynlərlə əlaqə saxlamaq üçün, şagirdlərlə dərsdən sonra, tətil müddətində müzakirələr aparmaq üçün gözəl vasitədir.
  2. Sinifinizin video kanalını yaradın və şagirdlərin fəaliyyətindən videoları, onların hazırladığı işlər haqqında videolar hazırlayıb bu kanala əlavə edin. Şagirdlərin hazrladığı işləri nümayiş etdirmək, onlar üçün əlavə motivasiya olacaq. Kanalı yaradarkən təhlükəsizlik məsələlərini də nəzərə almağı unutmayın
  3. Dərslərinizdə kompüterlərdən istifadə edin. Əgər sinif otağınızda kifayət qədər kompüter yoxdursa, kompüter labaratoriyasından istifadə edə bilərsiniz. Bu zaman məktəbin informatika müəlliminin köməyindən də istifadə edə bilərsiniz.
  4. Skype vasitəsi ilə sinifinizə, tədris  mövzusuna uyğun  mütəxəssis dəvət edin. Digər məktəblərlə video konfranslar təşkil edin, müəyyən mövü ətrafında müzakirələr aparın. Bu şagirdlərinizdə əməkdaşlıq, başqasının fikrinə hörmətlə yanaşma kimi bacarıqların inkişaf etməsinə imkan verəcək.
  5. Dərslərinizdə öyrədici saytlardan, öyrədici oyunlardan istifadə edin. Bu dərsinizə qarşı şagirdlərdə böyük marağın yaranmasına, eyni zamanda şagirdlərinizdə texnologiyadan, internetdən düzgün istifadə bacarığının formalaşmasına mühüm təsir edəcək.
  6. Sinif daxilində email sisteminizi yaradın. Mənim sizə məsləhətim gmail xidmətindən istifadə etməyinizdir. Çünki Gmail hesabı yaratmaqla siz, Google şirkətinin təqdim etdiyi digər xidmətlərdən də istifadə etmək imkanı əldə edəcəksiniz. Sini daxilində email sisteminizin olması, sinif daxilində informasiya mübadiləsini asanlaşdırcaq, siz rahatlıqla şagirdlərinizlə müxtəlif məlumatları bölüşə bilcəksiniz.
  7. “Bulud yaddaşından” istifadə edin. Google Drive, Dropbox və bir çox bulud texnologiyası təqdim edən xidmətlər var ki, sizə öz sənədlərinizi, şəkillərinizi, videolarınızı internetdə təhlükəsiz saxlamağa imkan verir. Dərs planlarınızı, tapşırıq vərəqlərinizi belə buludlarda saxlamaq, sizi fayllarınızı itirmək təhlükəsindən azad edir, lazım olan anda lazımı faylı kompüterinizə yükləyib yenidən istifadə edə bilirisiniz. Həmçinin belə texnologiyalar sizə imkan verir ki, sənədlərinizi digər həmkarlarınızla asanlıqla bölüşəsiniz, onlarla əməkdaşlıq edib yeni sənədlər hazırlayasınız.