Bir neçə addımda komiks, karikatura hazırlama

Şagirdlərinizə yerinə yetirə biləcəyiniz tapşırıq növlərindən biri də komiks, karikatura hazırlamaqdır. Əksər hallarda müəllimlər komiks və yaxud karikatura hazırlamaq kimi proqramların çətin olduğuna görə, dərslərində belə proqramlardan istifadə etmirlər. Bu  video dərsimizdə sizləri istifadəsi olduqca asan Toonytool.com aləti ilə tanış etmək istəyirəm. Saytdan istifadə etməklə komiks, poster, karikatura hazırlamaq olar.

image (3)

Saytdan müxtəlif məqsədlərlə və müxtəlif formalarda  istifadə etmək mümkündür. Məsələn:

  1. Müəllim şagirdlər üçün qısa zamanda öyrədici material, poster hazırlaya bilər.
  2. Şagirdlər saytdan istifadə edib dərs zamanı hansısa mövzuda poster, komiks, karikatura hazırlaya, dialoq qura bilərlər.
  3. Müəllim dərsdən sonra şagirdlərə, dərs zamanı öyrəndikləri bir faktı poster şəklində hazırlamağı tapşıra bilər.

Dərslərdə bu kimi tapşırıqlardan və saytlardan istifadə şagirdlər üçün dərsi daha maraqlı, cəlbedici edir. Eyni zamanda şagirdlərin yaradıcılıq, İKT bacarıqlarının inkişafına müsbət təsir göstərir. Hazırladığınız posterləri, dərsdə  saytdan istifadə ilə bağlı ideyalarınızı şərh hissəsində bizimlə paylaşmağı unutmayın.

 

 

Artırılmış reallıq nədir?

Artırılmış reallıq (Augumented reality) texnologiyanın müasir sahələrindən biridir. Şübhəsiz ki, günümüzdə müxtəlif sahələrdə istifadə bu texnologiya təhsil sahəsində də tətbiq edilməyə başlanılıb. Uşaqlar tərəfindən maraqla qarşılanan bu texnologiyadan istifadə  hər gün daha da artr. Artıq internetdə artırılmış reallıqla bağlı müxtəlif fənnlərə aid çoxlu sayda proqram, dərs nümunələri, fəaliyyətlər tapa bilərsiniz. Artırılmış reallıq  virtual dünya ilə real aləmi özündə birləşdirən yeni bir texnologiyadır. Artırılmış reallığın müsbət tərəfləri: 

  • Uşaqlar üçün maraqlı və əyləncəlidir
  • Güclü motivasiya vasitələridir
  • Uşaqlar üçün müxtəlif tapşırıqları yerinə yetirərək öyrənmək imkanı vardır
  • Artırılmış  reallıqla verilən məlumat uşaqların daha uzun müddət yaddaşında qalır

Mənfi tərəfləri: 

  • Fəaliyyət ciddi planlaşdırılmasa, sadəcə oyun olaraq qala bilər.
  • Əlavə texnologiyadan istifadə tələb olunur
  • Bəzən əlavə vaxt itkisinə səbəb olur.
  • Ödənişli olan nümunələrin sayı çoxdur.

 

Günümüzdə müxtəlif  fənnlərin tədrisində geniş istifadə olunan bu texnologiya haqqında   bir nümunəni sizinlə paylaşmaq istəyirəm. Videoda istifadə edilmiş proqramın adı Quliverdir. Həm Android qurğularda həmdə İOS qurğularda istifadə etmək mümkündür.

 

 

Sphero ilə proqramlaşdırma və robotiks

Sphero – uşaqlara proqramlaşmanı öyrətmək, robotiks, STEAM dərslərində istifadə olunan resurslardan biridir. Robot – kürə şagirdlərə yazdıqları proqramın nəticəsini görməyə imkan veridyi üçün , onlarda proqramlaşdırmaya qarşı böyük  maraq yaradır. Bugün ki, videomda sizə sphero haqqında məlumat verməyə, nümunə tapşırıq göstərməyə çalışacam:

 

 

 

İnternetdə məlumatın etibarlılığını yoxlamaq

Günümüzdə şagirdlər tədqiqat aparan zaman, tez- tez internetdə axtarış aparmalı olurlar. Bəzən isə axtarış nəticəsində yanlış məlumatlar əldə  edirlər. Bun görə də, şagirdlərdə internetdə tapdıqları məlumatların etibarlılığını yoxlamaq kimi bacarıq formalaşdırmaq tələb olunur. Bu bacarıq onlardan verilən məlumata tənqidi yanaşmalarını tələb edir. Bir neçə  meyar var ki bu meyarların əsasında verilən məlumatın etibarlı olduğunu və ya olmadığını yoxlaya bilərsiniz.

  1. Sayt nə vaxtdan fəaliyyətə başlayıb? Məlumatlar tez-tez paylaşılır və yenilənirmi?
  2. Saytda paylaşılan məlumatların mənbələri göstərilibmi? Sayta əlavə olunmuş linklər işləyirmi?
  3. Sayta istifadçilər üçün əks əlaqə imkanları yaradılıbmı? İstifadəçilərin sayt və paylaşılan məlumatlar  haqqında fikirləri və şərhləri nələrdir?
  4. Saytın məxsus olduğu şəxs və ya təşkilat kimlərdir? Sayt hansı məqsədlə məlumat paylaşır? Məlumatı paylaşan şəxs bu sahədə nə qədər təcrübəlidir?
  5. Saytın ünvanı, domain adı, məlumatlarda orfoqrafik səhvlərin olmaması xüsusi əhəmiyyət daşıyır.
  6. Saytda tapdığınız məlumat digər saytlarda və mənbələrdə də öz təstiqini tapırmı.

Bu meyarların sayını daha da artırmaq olar. Mühüm olan odur ki, şagirdlərdə bu bacarıqları formalaşdıra bilək. Nümunə üçün şagirdlərinizlə istifadə edə biləcəyiniz iş vərəqi formasını sizinlə paylaşıram:

https://docs.google.com/document/d/1lZ-T6vf7fVwW5x1bgGfaxbJIg3Xh5Sp-hhFlw37FnTA/edit?usp=sharinginternet2

Eyni zamanda müxtəlif insanlar öz seçimlərində müxtəlif meyarlara üstünlük verirlər. Fikirlərinizi bizimlə bölüşün:  Bəs siz internetdə tapdığınız məlumatın etibarlı olmasını  necə yoxlayırsınız? 

Tinkercad ilə 3D modelləşmə və fəza fiqurları

TinkerCad – Autodesk tərəfindən hazırlanmış 3D modelləşdirmə sistemidir. Saytdan istifadə etməklə modelləşmə, 3D dizayn, fəza fiqurları kimi mövzuları tədris etmək mümkündür. Saytda həmçinin modellər hazırlamaq üçün öyrədici  dərslər verilib. Şagirdlər hazırladıqları işləri saytın galerya hissəsində paylaşa bilər. Əgər 3D printer varsa çap etməkdə mümkündür. Müxtəlif fiqurlardan modellər hazırlamaq şagirdlərin yaradıcılıq, problem həll etmə kimi bacarıqlarını inkişaf etdirir. Resursdan eyni zamanda fəza fiqurlarının tədrisi zamanı resurs kimi də istifadə etmək olar.   Daha ətraflı aşağıdakı video dərsdə :

Voki ilə öz qəhrəmanını canlandır

Hörmətli müəllimlər,

Voki müxtəlif qəhrəmanları canlandırmaq, səsləndirmək üçün istifadə olunan internet servisidir. Servis imkan verir ki saytdakı qəhrəmanları  mikrafonla səsini yazmaqla, və yaxud kompüterdə olan səsi əlavə etməklə canlandırasan. Bundan başqa saytın:

  • Hazır qəhrənamları redaktə etmək,
  • Mikrafondan, kompüterdən səs daxil etmək
  • Klaviaturadan daxil edilmiş mətni səsləndirmək
  • Arxa fonu dəyişmək
  • Hazırlanan işi müxtəlif sosial şəbəkələrdə paylaşmaq və linki olan şəxslərin qeydiyatdan keçmədən işi izləmək kimi imkanları var.

Servisdən müəllimlər və şagirdlər müxtəlif məqsədlərlə istifadə edə bilər. Sayt şagirdlərə geniş yaradıcılıq imkanları, eyni zamanda müəyyən məsələyə özləri üçün maraqlı olar formada münasibət bildirmək imkanı yaradır.

Məsələn: Ev heyvanları haqqında dərs zamanı, şagirdlərin hər biri sayta daxil olur, özünün seçdiyi ev heyvanının canlandırır və onun insanlar üçün əhəmiyyətini izah edir.  Bu sadə tapşırıq zamanı şagirdlərin özlərini ifadə etmək, yaradıclıq bacarıqları inkişaf edir. 

Əgər sizində resursdan istifadə haqqında maraqlı ideyanız varsa, bloqda şərh hissəsində yazmaqla digər həmkarlarınızla bölüşə bilərsiniz.

İnteraktiv tapşırıqlar hazırlamaq üçün sayt

Hörmətli müəllimlər,

Şagirdlər tapşırıqlar hazırlamaq üçün istifadə olunan müxtəlif saytlar var. Bu gün sizləri belə saytlardan biri olan wizer.me saytı ilə tanış etmək istəyirəm . Saytı eyni tipli digər saytlardan fərqləndirən xüsusiyyətlər:

  • Açıq sual, test, boşluqu doldur, şəkil və video üzrə iş, düzgün sırala və s. tapşırıq növlərindən istifadə etmək mümkündür.
  • Tapşırıqların dizaynı üçün daha çox imkan var
  • Hər bir suala ayrıca bal təyin etmək, şagirdin düzgün cavabları görməsi imkanı
  • Müəllim şagirdin nəticəsinə və verdiyi  cavablara fikir bildirə bilməsi imkan

Sayt haqqında daha ətraflı məlumatı  aşağıdakı video dərsdən əldə edə bilərsiniz :

Pulsuz onlayn kurs: “Gələcək sinif ssenariləri”

Hörmətli müəllimlər,

“Gələcək sinif ssenariləri” kursunun məqsədi məktəblərdəki müəllimləri, pedaqoji heyəti sinif otaqlarında gələcəkdə ola  biləcək dəyişikliklər haqqında məlumatlandırmaqdır.  Kurs  6 moduldan ibarətdir və 9 yanvar 2017- ci il tarixində başlayacaqdır.  Kurs pulsuzdur və ingilis dilindədir.  Kursu uğurla tamamlayanlara sertifikat verilir.

Kurs aşağıdakı modullardan ibarət olacaqdır:

  1. Gələcəkdəki sinif nəyə bənzəyir?
  2. Gələcəkdəki sinifiniz – real viziona doğru
  3. Viziondan reallığa- gələcəkdəki sinifinizdə texnologiya
  4.  21- ci əsr bacarıqları üçün öyrənmə fəaliyyətləri
  5.  Öyrənmə fəaliyyətlərindən Öyrənmə hekayələrinə
  6. Siz hələ də gələcəkdəki sinifi görməmisiniz?

Kurs haqqında ətraflı məlumat almaq üçün link:

Kursa qoşulmaq üçün link:
http://academy.schooleducationgateway.eu/en/web/future-classroom-scenarios-second-round

Şagirdlərdən yeni dövrdə tələb olunan XXI əsr bacarıqları

Hər bir dövr öz tələbləri ilə bərabər gəlir. Müasir dövrün də şagirdlərdən öz gözləntiləri var. Şagirdlərdən gözlənilən 21 əsr bacarıqları aşağıdakı posterdə verilmişdir. Bəs biz bir müəllim kimi onların bu bacarıqlara yiyələnməsinə nə dərcədə yardımçı oluruq?

21-esr

Onlayn interaktiv lövhə

Hörmətli müəllimlər,

İnternetdə bir çox onlayn lövhələr var ki, bütün sinifinizlə bu lövhələrdə məlumat mübadiləsi apara bilər, ideya xəritəsi yarada bilər, müzakirələr təşkil edə bilərsiniz. Bu video dərsimdə sizi bel onlayn lövhəələrdən biri ilə tanış edəcəm. Resursun üstünlükləri asan istifadəçi interfeysinin olması, lövhə ilə yanaşı müzakirə üçün chat imkanının olması, eyni zamanda bir snədin üzərində bütün sinifin işləmək imkanının olmasıdır.

Saytda daxil olmaq üçün link:https://awwapp.com/

Scratch ilə akvariumun hazırlanması

Hörmətli müəllimlər.

Aşağıdakı videoda scratch proqramından istifadə etməklə proqramların hazırlanması haqqında məlumat verilmişdir. düşünürəm ki, şagirdlərə proqramlaşdırmanı sevdirmək üçün maraqlı resursdur.

//scratch.mit.edu/projects/embed/128765689/?autostart=false

BYOD nədir?

byod.png

BYOD   – Bring Your Own Device- “Öz Avadanlığını Gətir” təhsildə həyata keçrilən yeni layihələrdən biridir. Layihə  şagirdlərə öz texnoloji qurğularını- telefonlarının, planşetlərini, notebookularını  məktəbdə  gətirib dərslərdə istifadə etməyə icazə verir. Bugün ki yazıda hələ də bir çox məktəbin tətbiqi etməyə tərəddüd etdiyi bu layihə haqqında danışacam. Bu layihənin faydaları nədir?

  1. Texnologiyanın çox böyük sürətlə yenilənməsi nəticəsində məktəblərdəki texnologiya yenilənmək məcburiyyəində qalır. Bu isə çox böyük maliyyə yüküdür. Bu layihə məktəbləri çox böyük maliyyə xərcinən xilas edir.
  2. Şagirdlər məktəb qurğularınan istifadə edərkən, bəzən yerinə yetirdikləri iş yarımcıq qalır və evdən tapşırıqlarını tamamlaya bilimirlər. Lakin öz qurğularını gətirdikdə istənilən yerdən istənilən zaman öz tapşırıqlarına, dərslərinə davam edə bilirlər. Beləliklə layihə “İstənilən zaman istənilən yerdən öyrən” prinsipini dəstəkləyir.
  3. Şagirdlər dərs zamanı, dərsdən sonra elektron resurslara daxil olmaq imkanı qazanırlar
  4. Şagirdlər arasında əməkdaşlıq imkanlarını artırır.
  5. Hər bir şagirdə fərdi yanaşmaq imkanını artırır. Müəllimə şagirdin ehtiyacı olan matrealı asanlıqla şagirdlərlə paylaşa bilir.

Bəs layihəni tətbiq edən zaman nələrə diqqət etmək lazımdır?

  • Məktəb lazımı internet sürəti ilə təmin olunmalıdır, eyni zamanda internet təhlükəsizliyi ilə bağlı məsələlər həll edilməlidir.
  • Yaxşı olar ki, ilkin addımda bir və yaxud bir neçə pilot siniflə layihəyə başlanılsın.
  • Layihəyə başlayacaq məktəbdə “Texnologiyadan düzgün istifadə” haqqında siyasət hazırlanıb şagird və müəllim heyəti ilə bölüşdürülməlidir.
  • Bu layihə ilə işləyəcək müəllimlər layihə, onun məqsədləri barəsində təlimatlandırılmalıdır.
  • Məktəbdə istifadə LMS sistemi qurulmalıdır.
  • Valideynlər bu prosesin bir hissəsi olmalıdır.
  • Öz qurğusunu olmayan şagirdlər nəzərə alınmalıdır.

Pulsuz onlayn kurs : “Məktəblər üçün 21 əsr bacarıqları”

Hörmətli müəllimlər.

19 sentyabr 2016- cı il tarixində European Schoolnet Academy tərəfindən təşkil olunan müəllimlər üçün onlayn kurs başlayacaqdır.
Kurs 3 həftə davam edəcək və ingilis dilində olacaqdır.
Kurs 3 bölmədən ibarətdir:

  1. Məktəblər üçün 21 əsr bacarıqları ilə tanışlıq
  2. Layihə Əsaslı Öyrənmə prosesində əsas bacarıqların tədris edilməsi
  3. Əsas bacarıqların qiymətləndirilməsi

Hər bölmənin sonunda iştirakçılar testi yerinə yetirirlər. eyni zamanda kurs ərzində müxtəlif ölkələrdən olan insanlarla fikir mübadiləsi aparmaq, müxtəlif tapşırıqları yerinə yetirmək imkanı qazanırsınız. Kursu uğurla tamamlayanlar sertifikat qazanır.

Qeydiyatdan keçmək üçün link: http://academy.schooleducationgateway.eu/en/web/competences-for-21st-century-schools

Kurs tanıtım videosu :

 

Tədrisdə istifadə olunan yeni üsullardan biri -STEM nədir?

Screen Shot 2016-07-05 at 12.32.36 AM.pngSTEM  termini  Science (Təbiət elmləri), Technology (Texnologiya), Engineering (Mühəndislik) ve Mathematics (Riyaziyyat) sözlərinin ilk hərflərindən götürülmüşdür. Təhsildə istifadə olunan yeni  yanaşmalardan  biridir. Bu tədris metodunda riyaziyyat, texnologiya, mühəndislik, təbiət fənnlərinin tədrisinin ayrı ayrılıqda yox birlikdə əlaqaləli şəkildə həyata keçrilməsi tövsiyyə edilir. Bu tədris metodu müxtəlif ölkələrdə 1950- ci ildən bəri tətbiq edilir. Hal – hazırda ən çox tətbiq olunduğu ölkələr ABŞ, İngiltərə, Almaniyadır. Bu metodun əsas məqsədi şagirdlərdə “XXI əsr bacarıqlarını” formalaşdırmaq və inkişaf etdirməkdir. Bu tədris üsulunda şagirdlər riyaziyyat və təbiət fənnlərində öyrəndikləri müxtəlif məlumatları gündəlik həyatlarında qarşılarına çıxan müxtəlif problemlərə, müxtəlif layihələrdə tətbiq etməklə öz yaradıcılıqlarını, komanda şəkilində işləmək bacarıqlarını, məntiqi  təfəkkürlərini, problem həll etmə bacarıqlarını inkişaf etdirirlər. Eyni zamanda öyrəndiklərini tətbiq etdikləri üçün öyrəndikləri məlumatları daha yaxşı mənimsəyir, daha uzun müddət onların yaddaşında qalır. Seçilən problemlerin və icra olunan layihələrin real həyatla əlaqaləi olmasına, eyni zamanda şagirdyönümlü olmasına xüsusi diqqət edilirş Bu metodla qurulan dərslər şagirdlər üçün daha maraqlı və daha cəlbedici olur, onlar dərslərdə daha fəal və həvəslə iştirak edirlər. Dərslərin keçirilməsi üçün müəllimnən xüsusi bilik və bacaraqırlaq tələb olunur. Çünki layihələr, seçilmiş problemlər nə qədər şagirdyönümlü olsa da müəllim layihələrin hazırlanmasında  və problemlərin həllində şagirdlərlə birlikdə fəaliyyət göstərir, onların fəaliyyətini istiqamətləndirir. Buna görə də STEM dəsləri keçrilən məktəblərdə müəllimlərə xüsusi təlimlər keçirilir.

Öz bloqunu hazırlamaq istəyənlər üçün 10 məsləhət

  1. Bloqunuzun mövzusunu, oxucu kütlənizi müəyyən edin və ona uyğun paylaşımlar edin.
  2. Bloqunuzun dizaynı yerləşdirdiyiniz məlumatlara, bloqunuzun oxucu kütləsinə uyğun olmalıdır. Bloqun dizaynı, istifadə etdiyiniz fontlar, arxa fon oxucunun gözünü yormamalıdır
  3. Paylaşdığınız məlumat keyfiyyətli, oxucu üçün yeni, asan anlaşılan və sadə dildə olmalıdır.
  4. Yazıların başlıqları oxucunun diqqətini özünə cəlb etməlidir. Eyni zamanda yazının məzmununa uyğun olmalıdır.
  5. Uzun cümlələr oxucu üçün cəlb edici deyil, bloqunuzda maraqlı videolar, şəkillər paylaşın
  6. Oxucularınızla ünsiyyətə girin, yazılan rəylərə vaxtında cavab yazın. Yerləşdirdiyiniz yazıların sonunda “Bu barədə siz nə düşünürsünüz?” tipli suallardan istifadə
  7. Bloqunuzu sosial şəbəkələrdə reklam edin. Bloqunuzla eyni adlı səhiflə açın.
  8. Məlumatları tez- tez yeniləyin
  9. Plagiatlıqdan uzaq olun, əmin olmadığınız məlumatı, yarımçıq məlumatı bloqunuzda yerləşdirməyin
  10.  Bloqunuzun quruluşunu elə seçin ki, oxucu üçün axtardığı məlumatı tapmaq asan olsun

Siz necə düşünürsünüz maraqlı bloqda daha nəcə olmalıdır?

Bütün sinifin bir sənədin üzərində işləyə biləcəyi sayt -titanpad.com

Hörmətli müəllimlər.

Bugün ki video dərsimdə sizə titanpad.com saytı haqqında məlumat verəcəm. Sayt sizə sinifinizdəki bütün  şagirdlərlə eyni anda  bir sənədin üzərində işləməyə imkan verir. Hər bir şagirdin əlavə etdiyi mətn, etdiyi dəyişiklik fərqli fərqlə göstərildiyi üçün şagirdlərdən kimin hansı işi gördüyünü izləyə bilirsiniz. Bundan başqa chat hissəsində müzakirə apara, sonda hazırlanan mətni kompüterinizə yükləyə bilərsiniz. Sayt pulsuzdur və qeydiyyat tələb etmir. Saytdan refleksiya mərhələsində, tədqiqat zamanı istifadə etmək olar. Video dərsdə saytdan istifadə ilə bağlı bir neçə ideya verilib, siz öz ideyanınızı şərh bölməsində digər həmkarlarınızla paylaşa bilərsiniz

Saytdan istifadə haqqında video dərs:

Öyrənmə fəaliyyətindəki əməkdaşlıq səviyyəsini müəyyən etmək üçün rubrik

Bu gün şagirdlərdə əməkdaşlıq, komanda şəkilində işləmək  bacarığının formalaşdırılması müasir təhsilin qarşısına qoyduğu əsas məqsədlərdən biridir. Bu bacarıqların əhəmiyyətini kiçik bir faktla vurğulamaq istəyirəm. Forbes jurnalında  2005- ci ildə dərc olunmuş məqaləyə əsasən : ” The National Association of Colleges and Employers (NACE) təşkilatı tərəfindən şirkətlər, biznes təşkilatları, özəl müəssələr arasında  sorğu keçirir. Sorğunun məqsədi onlardan yeni işçi qəbul edərkən hansı xüsusiyyətlərə önəm verdiklərini öyrənməkdir. Aparılan sorğu nəticəsində məlum olur ki, i.’ götürən təşkilatın önəm verdiyi bacarıqlar siyahısında əməkdaşlıq və komanda şəkilində işləmək bacarığı ilk sıradadır.

Şagirdlərlə istifadə etdiyiniz tapşırıqlarda, layihələrdə əməkdaşlıq bacarığının hansı səviyyədə tələb olunduğunu müəyyən etmək üçün, aşağıdakı rubrikdən istifadə edə bilərsiniz.rubric3

  1. Tapşırığı yerinə yetirmək üçün şagirdlərdən cütlər və ya qrup şəkilində birlikdə işləmək, əməkdaşlıq tələb olunmur.
  2. Şagirdlər tapşırığı yerinə yetirmək üçün cütlər və ya qruplar şəkilində birlikdə işləməlidir, lakin onlardan iş bölgüsü tələb olunmur.
  3. Şagirdlər tapşırığı yerinə yetirmək üçün birlikdə işləməlidir, onlar arasında iş bölgüsü olmalıdır, lakin onlardan birlikdə qərar qəbul etmək, müzakirə etmək tələb olunmur.
  4. Şagirdlər tapşırığı yerinə yetirmək üçün birlikdə işləməlidir, onlar arasında iş bölgüsü olmalıdır, onlardan birlikdə qərar qəbul etməlidirlər, lakin onların fəaliyyəti bir -biri ilə əlaqəli deyil
  5. Şagirdlər tapşırığı yerinə yetirmək üçün birlikdə işləməlidir, onlar arasında iş bölgüsü olmalıdır, onlardan birlikdə qərar qəbul etmək, müzakirə etmək tələb olunur, onların fəaliyyəti bir-biri ilə əlaqəlidir