Müəllimin inkişafında şəxsi öyrənmə şəbəkələrinin rolu

Əgər bu gün təhsil sistemimizdə ciddi dəyişikliklər etmək, təhsil səviyyəsini dünya standartları səviyyəsinə qaldırmaq istəyiriksə, dəyişikliyə ilk növbədə özümüzdən başlamalıyıq. Biz müəllim kimi dünya təhsilində istifadə olunan ən son metodlardan, texnologiyalardan xəbərdar olmalı və onları öz dərslərimizdə tətbiq etməliyik. Bu isə müəllimin şəxsi öyrənmə şəbəkəsinin olmasının əhəmiyyətini artırır.  Bəs şəxsi öyrənmə şəbəkəsi nədir?  Şəxsi öyrənmə şəbəkəsi dedikdə sizin ətrafınızda olan, müxtəlif vasitələrlə əlaqə saxladığınız müəllimlər, təlimçilər, pedaqoji sahədə çalışan şəxslər, təhsil işçiləri  nəzərdə tutulur. İnformasiyanın çox böyük sürətlə yayıldığı bir dövrdə yaşayırıq. Öz biliklərimizi digər insanlarla paylaşır, qarşılaşdığımız problemlər, çətinliklər barəsində müxtəlif vasitələrlə həll yolu axtarırıq. Şəxsi öyrənmə şəbəkəsi sizə imkan verir ki, öz təcrübənizi digər insanlarla bölüşəsiniz, müxtəlif şəhərlərdə, ölkələrdə,  dünyanın müxtəlif yerlərində yaşayan təhsil sahəsində çalışan şəxslərlə əlaqə saxlayasınız. Əgər sizdə öz şəxsi öyrənmə şəbəkənizi yaratmaq istəyirsinizsə, ilkin olaraq öz məqsədinizi müəyyən etməlisiniz və buna necə nail olacağınızı dəqiqləşdirməlisiniz:Şəxsi öyrənmə

  • Hansı vasitələrdən, resurslardan istifadə edəcəyinizi planlaşdırın. Şəxsi öyrənmə şəbəkəsi qurmaq üçün siz müxtəlif vasitələrdən istifadə edə bilərsiniz: sosial şəbəkələr, internet saytları, bloqlar, forumlar, müəyyən qurumlar.
  • Kimlərdən öyrənəcəksiniz və kimləri öyrədəcəyinizi planlaşdırın. Öz sahəniz üzrə ekspert insanları müəyyənləşdirin eyni zamanda fikirlərinizi paylaşmaq istədiyiniz insanları seçin.
  • Hansı formada öyrənəcəksiniz və öyrədəcəksiniz. Siz texnologiyanın imkanlarından istifadə edib onlayn və yaxud üzbəüz şəkildə öyrənə və öyrədə bilərsiniz.
  • Öyrənmək üçün vaxtınızı planlaşdırın.

Şəxsi öyrənmə  şəbəkəni yaratmağa sosial media hesablarınızla başlaya bilərsiniz. Facebook, Google +, Twitter, Pinterest kimi sosial şəbəkələrdə təhsillə bağlı müxtəlif qruplara qoşulun, təhsil sahəsində çalışan, açıq fikirli, hər zaman öz bildiklərini bölüşməyə çalışan insanlarla əlaqələr yaradın və onların müntəzəm izləyin. Fikirlərinizi paylaşarkən şəbəkə etikası qaydalarına əməl edin və  münaqişələrdən uzaq olun. Oxumağa davam et “Müəllimin inkişafında şəxsi öyrənmə şəbəkələrinin rolu”

Onlayn seminar elanı

Hörmətli müəllimlər.

22.05.2015 -ci il tarixində saat 11.00- da Google Drive- əməkdaşlığın yeni ünvanı adlı onlayn seminar keçriləcəkdir.

Seminarda iştirak etmək istəyənlər aşağıdakı formu doldurmaları xahiş olunur.

Qeyd: Seminar ödənişsizdir, seminarda qeydiyatdan keçən ilk 10 nəfər iştirak edəcəkdir. Seminar iştirakçılarının Gmail hesabı olması mütləqdir.

Qeydiyyat üçün link:

https://docs.google.com/forms/d/1KEOmnxwHhZLhAHUfAHg6FmEwC-S0XR9XlX1Osq5FbIk/viewform

google drive telimi.jpg