Programlaşdırmanın tədrisi üçün interaktiv sayt

Hörmətli müəllimlər !Screen Shot 2018-02-12 at 11.29.12 AM

Aşağıdakı linkdə, şagirdlərə proqramlaşdırma ilə bağlı  interaktiv tapşırıqlar təqdim edən sayt verilmişdir. Saytın əsas ideyası şagirdləri öz səhvlərindən öyrənməyə yönləndirməsidir. Saytdan həm dərs zamanı, həm də dərsdən əlavə saatlarda istifadə edə bilərsiniz. Hal -hazırda saytda iki müxtəlif tapşırıq növü aktivdir.

Tapşırıq  1: http://silentteacher.toxicode.fr

Tapşırıq  2: http://compute-it.toxicode.fr

Saytın ümumi linki http://www.toxicode.fr/learn#stay-tuned

Saytda suallara düzgün cavab verdikdə  cavabınız yaşıl, səhv cavablarda isə cavabınız qırmızı rəngdə olur. Hər bir rəngi dəyişən dairə keçdiyiniz bir mərhələni göstərir.  Sayt əsasən proqramlaşdırmaya yeni başlayanlar üçün nəzərdə tutulub.

 

 

 

 

Animasiya hazırlamaq üçün proqram

Hörmətli müəllimlər,

Bugünki video dərsimdə sizləri animasiya hazırlamaq üçün istifadə olunan proqramla tanış edəcəm . Proqramın adı Frames -dir və öz asan interfeysinə, geniş imkanlarına görə digər proqramlardan fərqlənir. Dərsi izlədikdən sonra, proqram haqqında fikirlərinizi, dərsdə necə istifadə edəcəyinizlə bağlı ideyaları bizimlə bölüşməyi unutmayın. Hazırladığınız animasiyaları, şərh hissəsində paylaşmaqla həmkarlarınızla paylaşa bilərsiniz.


 

 

 

Bir neçə addımda komiks, karikatura hazırlama

Şagirdlərinizə yerinə yetirə biləcəyiniz tapşırıq növlərindən biri də komiks, karikatura hazırlamaqdır. Əksər hallarda müəllimlər komiks və yaxud karikatura hazırlamaq kimi proqramların çətin olduğuna görə, dərslərində belə proqramlardan istifadə etmirlər. Bu  video dərsimizdə sizləri istifadəsi olduqca asan Toonytool.com aləti ilə tanış etmək istəyirəm. Saytdan istifadə etməklə komiks, poster, karikatura hazırlamaq olar.

image (3)

Saytdan müxtəlif məqsədlərlə və müxtəlif formalarda  istifadə etmək mümkündür. Məsələn:

  1. Müəllim şagirdlər üçün qısa zamanda öyrədici material, poster hazırlaya bilər.
  2. Şagirdlər saytdan istifadə edib dərs zamanı hansısa mövzuda poster, komiks, karikatura hazırlaya, dialoq qura bilərlər.
  3. Müəllim dərsdən sonra şagirdlərə, dərs zamanı öyrəndikləri bir faktı poster şəklində hazırlamağı tapşıra bilər.

Dərslərdə bu kimi tapşırıqlardan və saytlardan istifadə şagirdlər üçün dərsi daha maraqlı, cəlbedici edir. Eyni zamanda şagirdlərin yaradıcılıq, İKT bacarıqlarının inkişafına müsbət təsir göstərir. Hazırladığınız posterləri, dərsdə  saytdan istifadə ilə bağlı ideyalarınızı şərh hissəsində bizimlə paylaşmağı unutmayın.

 

 

İnteraktiv tapşırıqlar hazırlamaq üçün sayt

Hörmətli müəllimlər,

Şagirdlər tapşırıqlar hazırlamaq üçün istifadə olunan müxtəlif saytlar var. Bu gün sizləri belə saytlardan biri olan wizer.me saytı ilə tanış etmək istəyirəm . Saytı eyni tipli digər saytlardan fərqləndirən xüsusiyyətlər:

  • Açıq sual, test, boşluqu doldur, şəkil və video üzrə iş, düzgün sırala və s. tapşırıq növlərindən istifadə etmək mümkündür.
  • Tapşırıqların dizaynı üçün daha çox imkan var
  • Hər bir suala ayrıca bal təyin etmək, şagirdin düzgün cavabları görməsi imkanı
  • Müəllim şagirdin nəticəsinə və verdiyi  cavablara fikir bildirə bilməsi imkan

Sayt haqqında daha ətraflı məlumatı  aşağıdakı video dərsdən əldə edə bilərsiniz :

Smart Notebook ilə “konteyner” hazırlamaq

Elektron lövhələrdə istifadə olunan proqramlardan biri də Smart Notebook proqramıdır. Proqramın üstün cəhəti istifadəsinin və öyrənilməsinin çox asan olmasıdır. Qaleriyasındakı hazır flaş aktivitilərlə digər proqramlarda hazırlanması uzun müddət tələb edən tapşırıqları bir neçə dəqiqədə hazırlaya bilərsiniz.

Learningaps ilə “Düzgün sıralayın ” tipli tapşırıq hazırlamaq

Hörmətli müəllimlər.

Aşağıdakı video dərsdə learningapps.org saytı ilə “Düzgün sıralayın” tipli tapşırıq hazırlamaq qaydası izah edilmişdir. TapşırıqScreen Shot 2015-12-19 at 10.44.23 PM.pngdan kompüterlərdə, elektron lövhələrinizdə, planşetlərdə və telefonlarda
istifadə edə bilərsiniz. Tapşırığı hazırlamaq üçün aşağıdakı təlimata əməl edin:

  1. Learningapps.org saytına daxil olun.
  2. Create App düyməsinə klikləyin
  3. Açılan tapşırıq növlərindən “Simple order”
    növünü seçin və Create Simple Order əmrinə klikləyin
  4. App title hissəsində tapşırığın adını yazın
  5. Task description hissəsində tapşırığı şagirdləriniz üçün təsvir edin
  6. Cards hissəsində Card 1 – in qarşısından A Text (siz şəkil, video, səs də seçə bilərsiniz) yazısını seçib,  birinci hissəni daxil edin
  7. Add another element hissəsindən yeni cardlar artırın və eyni qayda ilə yeni kartlara  digər hissələri əlavə edin
  8. Feedback hisəssində şagirdləriniz üçün təşəkürlə bağlı sözləri yaza bilərsiniz
  9. Ekranın aşağı hissəində verilmiş Final editing and show preview hissəsindən tapşırığın hazır formasına baxa bilərsiniz.
  10. Səhifənin aşağısındakı Save app hissəsindən tapşırığı yaddaşda saxlaya bilərsiniz.
  11. İstifadəçi adını və şifrəni daxil etdikdən sonra tapşırığı My Apps hisəsində tapa bilərsiniz

Saytdan istifadə haqqında video təlimat:

Tapşırıq nümunəsi: http://LearningApps.org/display?v=pku2i88yk15

 

 

Faydalı resurslar tapa biləcəyiniz 3 sayt

Hörmətli müəllimlər.mainpage2

Aşağıda verilmiş saytlarda dərslərinizdə istifadə edə biləcəyiniz müxtəlif şəkillər, dərs planları, tapşırıq növləri, iş vərəqləri,
şəkillər tapa bilərsiniz. Resurslar əsasən ibtidai siniflər üçün nəzərdə tutulmuşdur. Aşağıdakı  videoda saytlardan istifadə qaydası verilmişdir.

  1. http://www.primaryresources.co.uk
  2. http://www.egitimhane.com
  3. http://www.kidscanhavefun.com

 

Dərslərinizdə istifadə edə biləcəyiniz 60 tapşırıq oyun növü

Hörmətli müəllimlər.

Aşağıdakı videonda dərslərinizdə istifadə edə biləcəyiniz 60 tapşırıq və oyun növü verilmişdir. Siz də öz istifadə etdiyiniz tapşırıq, oyun nözlərini bizimlə paylaşaraq, digər müəllimlərin də faydalanmasını təmin edə bilrsiniz. Faylı həmçinin videoun aşağısında verilmiş linkdən pdf formtında yükləyə bilərsiniz.


Faylı pdf formatında yükləmək üçün link : https://drive.google.com/file/d/0B7uyMv1mHyxBZnNsRG8zMFZHYVE/view?usp=sharing

Faylın video linki: https://youtu.be/dclBJdB10D4

Crosswordlabs ilə krosvord hazırlamaq

Müəllim hər zaman çalışmalıdır ki dərsini şagirdlər üçün maraqlı və fərqli hazırlasın. Bu Screen Shot 2015-10-29 at 5.03.09 PMməqsədlə siz dəsrslərinizdə müxtəlif tapşırıq tiplərindən istifadə edə bilərsiniz. Dərslərinizdə istifadə edə biləcəyiniz tapşırıq növlərindən biri krosvordlardır. Crosswordlabs.com saytı ilə siz 4 addımla krosvord hazırlaya bilərsiniz.

  1. https://crosswordlabs.com -saytına daxil olun
  2. Title krosvordunuza ad daxil edin
  3. Kiçik hərflərlə cavabı yazın boşluq buraxıb, böyük hərflə cavabın izahatını daxil edin. Daha sonra bu qayda ilə növbəti sözləri daxil edin. Nümüunə ”  printer İnformasiyanı daxil edən qurğu
  4. Generate düyməsi ilə krasvordu hazır formaya salın, save düyməsi ilə yaddaşda pdf formasında saxlayın.


Saytdan istifadə ilə bağlı video dərs:https://youtu.be/2bq9N9j_Pw0 

Blogla bağlı fikrinizi bildirmək üçün link : https://padlet.com/embed/91u8a42qyfbs

Learningapps.org ilə “söz seçimi” tipli tapşırıq hazırlamaq

Hörmətli müəllimlər, Screen Shot 2015-10-09 at 2.03.17 PM

Aşağıdakı linkdə learningapps.org saytı haqqında video dərs verilmişdir. Sayt sizə müxtəlif növ interaktiv tapşırıqlar hazırlamağa imkan verir.  Saytda hazırladığınız tapşırıqları elektron lövhədə, kompüterlərinizdə, İPad-lərdə istifadə edə bilərsiniz.


Saytdan istifadə ilə bağlı video dərs: https://youtu.be/3GNGf58Olwc

Sayta daxil olmaq üçün link : http://learningapps.org/

Nümunə : http://LearningApps.org/watch?v=pog3ijag501

“1 şagird 1 kompüter” layihəsi üzrə tapşırıq nümunəsi

Hörmətli müəllimlər.

Aşağıda linkdə faylda “1 şagird 1 kompüter” layihəsi əsasında hazırlanmış dərsə aid tapşırıq nümunəsi verilmişdir. Tapşırıq nümunəsindən Elektron Təhsil müsabiqəsində bu nominasiya üzrə iş vermək istəyən müəllimlər   istifadə edə bilərlər.

Faylı yükləmək üçün link : https://drive.google.com/file/d/0B7uyMv1mHyxBUHl3T0RvNU1uNDQ/view?usp=sharing

Biologiya fənninə aid resurs

Hörmətli müəllimlər dərslərdə oyunlardan, maraqlı saytlardan istifadə etmək , şagirdlərin dərsə qarşı marağını artırmaqla yanaşı, dərsi daha mükəmməl dərk etmələrinə imkan verir.  Screen Shot 2015-09-19 at 9.15.57 PMAşağıdakı linkdə Biologiya fənninə aid müxtəlif tapşırıqlar tapa bilərsiniz.


Sayta daxil olmaq üçün link :http://switchzoo.com/zoo.htm

Saytdan istifadə ilə bağlı video dərs : https://youtu.be/oKhLboMmiZk

WWW.LEARNİNGAPPS.ORG- ilə Milyonçu oyunu hazırlamaq

learningLearningaps. org dərsdə istifadə edə biləcəyiniz müxtəlif növ interaktiv tapşırıqlar hazırlaya biləcəyiniz internet səhifəsidir. Bu gün sizə Milyonçu oyunu hazırlamaq üçün video dərs təqdim edirik.


Sayta daxil olmaq üçün link : http://learningapps.org

Saytdan istifadə ilə bağlı video resurs :https://youtu.be/XLsj87nsGnI