Microsoftun trend təhsil alətlərindən Wakelet

Son zamanlarda Wakelet trend təhsil aləti kimi müəllimlərin ən çox istifadə etdiyi alətlərdən birinə çevrilmişdir. Bəs Wakelet dərs mühitinizi necə dəyişdirir və sizin üçün daha asan bir öyrənmə mühiti yaradır? Növbəti yazımızda bu haqqda sizə məlumat verməyə çalışacağıq.

Wakelet platformu nədir?
Wakelet həm müəllimlər, həm şagirdlər üçün əlçatan və izləməsi asan olan ödənişsiz platformadır.Tədris zamanı lazım olan material və məzmunların rahatlıqla bir araya gətirilməsinə şərait yaradaraq, tədris prosesini asanlaşdırır. Wakelet öz istifadəçilərinə hər media tipinə uyğun məlumatların toplanması və məqsədəuyğun şəkildə təşkil olunması üçün imkan yaradır. 

Bəs müəllimlər və şagirdlər Wakelet platformuna necə daxil olur və ondan necə istifadə edirlər ?

Hal-hazırda dünyanın bir çox yerində müxtəlif sahədən insanlar Wakelet platformundan gündəlik fəaliyyətlərində istifadə edirlər: tədris sahəsində işçilər, tələbələr, idmançılar, bloggerlər, tədqiqatçılar, səyahətçilər, jurnalistlər, kitabxanaçılar, fotoqraflar və hətta təşkilatlar.  

İlk öncə, düşünürük ki, Wakelet platformunun şagirdlərin təhsil həyatındakı asanlaşdırıcı rolunu analiz etməklə, platformun önəmini vurğulaya bilərik. Şagirdlər Wakelet üzərindən rəqəmsal portfoliyo yarada bilərlər ki, bu da onların professional inkişafına və sinifdənkənar fəaliyyətlərdə iştiraklarının artmasına gətirib çıxarır. Bundan əlavə, hər hansı mövzuda tədqiqat işi apararkən Wakelet platformunun məlumatların toplanması və onun yenidən təşkilində, şagirdlərin öz qeydlərinin, video və ya şəkil məlumatlarının daxil edilməsində, qrup halında çalışarkən fikir mübadiləsində, həyata keçirdikləri layihələrin daha çox insana çatmasında olan rolu vurğulanmalıdır. Bir sözlə, tələbələr Wakelet Goggle Chrome uzantısından yaralanaraq, Wakelet kolleksiyasının gücündən istifadə etməklə araşdırmalarını asanlıqla idarə edə bilərlər.

Wakelet platformunun müəllimlərin tədris prosesində də müsbət rolu danılmaz faktdır. Biz bilirik ki, dərs planlanması müəllimlər üçün ən vaxt aparan və zəhmət tələb edən prosesdir. Wakelet isə bu prosesi daha əyləncəli hala gətirməklə yanaşı, müəllimlərin dərs planlanmasındakı kreativliyini də artırır. Həmçinin, dərs zamanı istifadə oluna bilən bütün növ materiallar sistemli halda bu platformda toplana və istənilən şəkildə nizamlana bilər, hansı ki, bu dərs zamanı lazım olan məlumat və materialların asan yolla əlçatan edir. Müəllimlər aktiv öyrənən olaraq daim yeni bacarıq və texnika inkişaf etdirir. Bu fikirdən yanaşsaq, onlar istər ilham verici bir podcast dinləmək, istər konfransdan ən yaxşı tövsiyələri götürmək, istərsə də düşündürücü bir məqalə oxumaq olsun, hamısını Wakelet kolleksiyalarına əlavə edə və istədikləri zaman yenidən nəzərdən keçirə bilərlər. 

Wakelet platformunun öyrənən üçün üstünlükləri:

  • 21-ci əsr bacarıqlarını inkişaf etdirir → yaradıcılıq, kommunikasiya bacarıqları, komandada işləmək qabiliyyəti, kritik düşüncə tərzi və s.
  • Rəqəmsali bacarıqlarını artırır;
  • Təqdimat bacarıqlarını inkişaf etdirir;
  • Qlobal əlaqələr yaradır;
  • Microsoft Teams daxilində bir tətbiq olaraq mövcuddur;
  • Məzuniyyət mərasimləri kimi tədbirləri dərc edərək, əsas çıxışların videolarını paylaşaraq, əlaqəli sosial media söhbətlərini arxivə qoyaraq və gündən foto yükləyərək dünyanın hər yerindən əlçatandır
  • Harda olursanız olun, hər zaman şagird və ya tələbələrinizlə, iş kollektivinizlə, həmkar və partnyorlarınızla bağlantıda qalmaqda yardım edir və s.

Sonda, onu deyə bilərik ki, Wakelet insanlara veb üzərindəki məzmunu tez və asanlıqla yadda saxlamağa, məqsədəuyğun təşkil etməyə və paylaşmağa imkan verir. Dünyanın bütün yerindən müxtəlif sahədə çalışan insanlar çox sayda qaynaq əldə etmək, portfel kolleksiyası yaratmaq üçün, xəbər bülleteni kimi və digər bir çox məqsədlər üçün Wakelet platformundan istifadə edirlər!

Daxil olmaq üçün link: https://wakelet.com/

Mənbə

İbtidai sinif müəllimləri üçün interaktiv riyaziyyat alətləri

“Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır.”  Bu ifadə riyaziyyatın tədrisi üçün də doğrudur. Riyazi anlayışların vizuallaşdırılması mövzunun və izah edilən anlayışın şagirdlər tərəfindən daha yaxşı dərk edilib, uzun müddət yaddaşlarında qalmasına kömək edir. Bu videomuzda sizləri riyazi anlayışların və mövzuların tədrisində istifadə olunan interaktiv alətlərdən ibarət saytlarla tanış edəcəyik. Video dərsdə ibtidai sinif müəllimlərinin riyaziyyat dərslərində istifadə edə biləcəkləri müxtəlif alətlər nəzərdən keçirilmişdir. Videoda təqdim olunan alətlərin istifadə qaydalarına aid nümumələr verilmişdir. Alətlərdən istər virtual sinif mühitində istərsə də üzbəüz siniflərdə istifadə etmək olar. Təqdim olunan alətlər interaktiv lövhə ilə də istifadəsi mümkündür.

Bu kimi öyrədici resurslarla bağlı paylaşımlardan xəbər tutmaq üçün bizi facebook səhifəmizi bəyənməyə dəvət edirik

Facebook: https://www.facebook.com/EdtechAzerbaijan/

Polyup ilə bir nöqtədə toxunan çevrələrin qurulması

Poly up şagirdlərin riyazi-məntiqi təfəkkürünü, alqoritmləşdirmə bacarığını inkişaf etdirmək üçün hazırlanmış resursdur. Bu platformada şagirdlər öz robotlarını dizayn edib, ona müxtəlif əmrlər daxil edə bilirlər. Aşağıdakı videoda bir birinə bir nöqtədə toxunan iki çevrə çəkən Polyup robotunun hazırlanması qaydası ilə tanış olacaqsız.

Robotun linki: https://m.polyup.com/MA4K4EV