Smart Notebook ilə “konteyner” hazırlamaq

Elektron lövhələrdə istifadə olunan proqramlardan biri də Smart Notebook proqramıdır. Proqramın üstün cəhəti istifadəsinin və öyrənilməsinin çox asan olmasıdır. Qaleriyasındakı hazır flaş aktivitilərlə digər proqramlarda hazırlanması uzun müddət tələb edən tapşırıqları bir neçə dəqiqədə hazırlaya bilərsiniz.

Smart Notebook

Günümüzdə  istifadə olunan elektron lövhələrin  bir növü dəsmart Smart lövhələrdir. Öz imkanlarına, hazır resurslarına görə digər lövhələrdən fərqlənən bu lövhələrdə dərs hazırlamaq üçün Smart Notebook proqramından istifadə edilir.

Aşağıdakı linkdə bu proqramdan istifadə ilə bağlı Azərbaycan dilində təlimat kitabını yükləyə bilərsiniz.

Təlimat kitabını yükləmək üçün link: https://drive.google.com/file/d/0B7uyMv1mHyxBNEZKbWNoYi10clU/view?usp=sharing

Smart lövhələrdə istifadə edə biləcəyiniz resurslar

Hörmətli istifadəçilər. Aşağıdakı saytda Smart lövhələrdə istifadə edə biləcəyinizSmart
müxtəlif resurslar, dərs planları tapa bilər, online təlimlərdən xəbərdar ola bilərsiniz. Rahat istifadə və tədbirlərdən xəbərdar olmaq üçün qeydiyyatdan keçməyi
unutmayın.

Sayta daxil olmaq üçün link : http://exchange.smarttech.com