“Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır.” Bu ifadə riyaziyyatın tədrisi üçün də doğrudur. Riyazi anlayışların vizuallaşdırılması mövzunun və izah edilən anlayışın şagirdlər tərəfindən daha yaxşı dərk edilib, uzun müddət yaddaşlarında qalmasına kömək edir. Bu videomuzda sizləri riyazi anlayışların və mövzuların tədrisində istifadə olunan interaktiv alətlərdən ibarət saytlarla tanış edəcəyik. Video dərsdə ibtidai sinif müəllimlərinin riyaziyyat dərslərində istifadə edə biləcəkləri müxtəlif alətlər nəzərdən keçirilmişdir. Videoda təqdim olunan alətlərin istifadə qaydalarına aid nümumələr verilmişdir. Alətlərdən istər virtual sinif mühitində istərsə də üzbəüz siniflərdə istifadə etmək olar. Təqdim olunan alətlər interaktiv lövhə ilə də istifadəsi mümkündür.
Bu kimi öyrədici resurslarla bağlı paylaşımlardan xəbər tutmaq üçün bizi facebook səhifəmizi bəyənməyə dəvət edirik
İdeya xəritələri öyrədənlər və öyrənənlər tərəfindən öyrənmə fəaliyyətlərində uzun müddətdir istifadə olunan bir vasitədir. Aparılan tədqiqatlar göstərir ki, ideya xəritələrinin hazırlanması yaddaşı möhkəmləndirir və məlumatın uzun müddət yadda qalmasına kömək edir. Eyni zamanda öyrənənin tənqidi düşüncə, analiz etmək kimi bacarıqlarını inkişaf etdirir. Öyrənilən mövzunun, fəaliyyətin, prosesin ideya xəritəsinin hazırlanması zamanı bu fəaliyyətin və ya mövzunun elementləri müəyyən olunur, onlar arasındakı əlaqələr araşdırılır. Nəticədə tədqiq edilən mövzu öyrənən üçün daha aydın, başa düşülən bir formaya çevrilir. İdeya xəritələrindən öyrənmə prosesində müxtəlif məqsədlər üçün istifadə etmək mümkündür:
Qeydlər aparmaq üçün
Təhlil və analiz prosesində
Tədqiqat prosesində
Xülasə hazırlamaq üçün
Konsept və proseslərin vizullaşdırılması
Problemin həll yolunu araşdırmaq
Yaradıcılıq prosesində yeni məhsulun hazırlanması üçün
Planlaşdırma işlərində
Günümüzdə ideya xəritələri hazırlamaq üçün ödənişli və ödənişsiz müxtəlif alətlər mövcuddur. Əgər əvvələr bu alətlərdən istifadə edən zaman ideya xəritəsinə yalnız mətn və oxlar daxil etmək olurdusa, günümüzün alətləriə ideya xəritələrinə, fiqurlar, şəkil, video, linklər kimi müxtəlif obyektləri daxil etməyə imkan verir. İdeya xəritəsiz hazırlanan zaman bu iki yanaşmadan istifadə edə bilərsiniz.
1- ci üsulda ideya xəritəsinin əsas sualı daha sonra onun cavabını tapmağa kömək edən yardımçı suallar daxil edilir. Hər bir sualın cavabı xəritəyə əlavə olunur və cavablar arasındakı əlaqələr müəyyənləşdirilir.
2- ci üsulda isə ideya xəritəsi ilə bağlı şagird bütün bildiklərini xəritəyə daxil edir. Daha sonra bu elementlər müəyyən əlamətlərə görə qruplaşdırılır. Qruplar isə onları birləşdirən əlamətlərə -suallara birləşdirilir. Daha sonra qruplar arasındakı daxili əlaqələr müəyyən edilir.
İdeya xəritəsi hazırlayan zaman aşağıdakılara diqqət etməkdə fayda var:
Əsas tədqiqat obyektini və ya sualını ölçüsünə və rənginə görə digərlərindən fərqləndirin
İdeya xəritənizin eyni qrupa məxsus qollarının eyni ölçüdə və rəngdə edin
İdeya xəritənizin daha aydın olması üçün uyğun və düşündürücü şəkillərdən istifadə edin
İstinad mənbəyi kimi linklərdən istifadə ideya xəritənizi daha zəngin edəcəkdir
Bu yazımızıda sizə ideya xəritələri hazırlamaq üçün istifadə edə biləcəyiniz 5 müxtəlif aləti təqdim edirik.
https://coggle.it/ – ödənişsiz platformadır. İnternet brauzeri üzərindən çalışır. Hazırladığınız xəritəni şəkil və ya pdf kimi yükləmək imkanı təqdim edir.
https://www.mindmup.com/ – internet brauzeri üzərindən çalışan növbəti platforma. Hazırladığınız ideya xəritələrini müxtəlif ölçülərdə və formatlarda yaddaşda saxlamağa imkan verir.
Bubbl.us– asan istifadəçi imkanlarına görə digər ideya xəritəsi proqramlarından fərqlənir. Əgər bu işdə yenisinizsə qısa müddətdə öyrənib yüksək keyfiyyətli işlər hazırlaya bilərsiz.
https://www.mindomo.com/ – brauzer üzərindən işləyir. İlk 3 ideya xəritəsini hazırlamaq pulsuzdur. Hazırladığınız xəritələri müxtəlif formatlarda saxlamaq və paylaşmaq imkanı təqdim edir.
https://simplemind.eu/ – proqram şəkilində kompüterə yüklənən bu alət ideya xəritələrində səs və digər media resurslarından asanlıqla istifadəsinə imkan verir.
Verlmiş videoda Bubbl.us ilə ideya xəritəsinin hazırlanması qaydası ilə tanış ola bilərsiz.
Polyup platformasında hazır obyektlərdən və bloklardan istifadə edib, öz məsələnizi də hazırlaya bilərsiz
Məsələnin şərti:
Əligilin binasında liftdə nasazlıq yaranıb. Lift hansı düymənin basılmasından aslı olmayaraq yalnız 5-ci mərtəbəyə qalxır. Əli liftin proqram təminatında elə dəyişiklik etmək istəyir ki, lift daxil olunan ədədə uyğun mərtəbəyə qalxsın. Əliyə proqram təminatında düzəliş etməyə kömək et.
Məlumunuz olduğu kimi, martın 3-dən 9-dək təhsil müəssisələrində tədris prosesi müvəqqəti dayandırılıb. Bu zaman övladlarınızın vaxtını səmərəli keçirmələri və təhsil prosesindən yayınmamaları üçün verilmiş resurslardan istifadə edə bilərsiniz.
Uşaqların asudə vaxtlarını səmərəli təşkil etmək, əylənərkən öyrənmələri üçün istifadə edə biləcəyiniz 10 saytı sizə təqdim edirik. Saytlarda riyaziyyat, təbiət elmlərinə, ingilis dilinə aid maraqlı oyunlar, videolar yerləşdirilmişdir.
ClassDojo sinif idarə etmə alətlərindən biridir. Əsasən sinifdə şagirdləri düzgün davranışa istiqamətləndimək üçün istifadə olunsa da, müəllimlər üçün faydalı bir çox funksiyası da vardır. Gəlin bunlara qısa şəkildə nəzər salaq:
Toolkit- Dərsdə istifadə edə biləcəyiniz alətlər qutusudur. Daxilindəki. alətlərdən bəziləri:
Timer– İrəliyə və geriyə doğru sayım saatları
Random– Təsadufi şagird seçmək üçün istifadə olunur
Group Maker– Şagirdləri qısa zamanda, verilmiş sayda qrupa bölür
Noise Meter- Sinifdəki səs- küyün səviyyəsini göstərən interaktiv şkala
Classroom- Bu bölmədə şagirdlərə xal vermək və yaxud xal çıxmaqla yarış təşkil olunur və düzgün davranışa motivasiya olunur. Meyarlar və onlara veriləcək xallar sizin tərəfinizdən seçilir. Valideynləri əlavə etməklə onlar verilən və yaxud çıxılan istənilən xaldan xəbərdar olmalarını, hesabatlar almalarını təmin etmək mümkündür. Proqramn oyunlaşdırma hissəsidir.
Stories- Bütün sinif jurnalında və yaxud individual formada mətn, şəkil, fayl paylaşmaq mümkündür. Bu proqramın rəqəmsal portfolyo kimi istifadə olunan hissəsidir.
Messages– valideynlərə toplu və yaxud individual məktublar göndərmək mümkündür.
Kahoot sinifdə bilik yarışı təşkil etmək üçün istifadə edə biləcəyiniz maraqlı saytlardan biridir. Xüsusi ilə formativ qiymətləndirmə zamanı istifadə edə biləcəyiniz bu sayt uşaqlarda dərsə qarşı böyük maraq yaradır. Müəllim əvvəlcə kahoot saytında oyunu hazırlayır və oyunu proyektor və ya elektron lövhə vasitəsi ilə nümayiş etdirir. Şagirdlər telefon və ya kompüter ilə lövhədəki kodu yazıb, oyuna qoşulur və bir – birlərinə qarşı yarışırlar. Suallar lövhədə, cavablar isə uşaqların qurğularında görünür. Ən tez və ən çox düzgün cavab verən şagird (komanda ) daha çox xal toplayır və qalib olur.
Aşağıdakı linkdə active inspire proqramında hazırlanmış hazır oyun şablonu tapa bilərsiniz.
Aşağıdakı linkdən istifadə edərək faylı kompüterinizə yükləyin.
Faylı açıb səhifələrə suallarınızı daxil edin.
Sinifdəki şagirdləri 4 qrupa bölün və hər qrupa bir “monster” seçin.
Sualı seç hissəsindən qrup üçün sual seçilir. Seçilmiş suala düzgün cavab verən qrup zəri atır. Zərdə düşən xal qədər, həmin qrupun “monsteri” hərəkət etdirilir. Finala ilk çatan komanda qalib hesab edilir
Şagirdlər iki qrupa bölünür və hər komandaya uyğun rəngli dairə seçilir
.
İlkin olaraq şagirdlər rəqəm seçir və seçilmiş rəqəmin üzərinə kliklənəndə sual olan səhifəyə keçilir.
Komanda suala düzgün cavab versə, özlərinə uyğun dairəni istənilən yerdə yerləşdirmək hüququ qazanır.
Ardıcıl olaraq 3 dairəni xətt üzrə yerləşdirən komanda qalib hesab edilir
Müəllim tərəfindən əvvəlcədən şablona suallar əlavə olunmalıdır. Sual əlavə olunmalı olan səhifələrə Sual sözü yazılıb. Əsas səhifə düymsinə klikləməklə bir başa əsas səhifəyə geri qayıtmaq olar.
Kateqoriyalar yazılmış hissəni dəyişib suallarınızın aid olduğu kateqoriyaların adlarını yazın. Məsələn, Nizami Gəncəviyə aid oyun hazırlayırsınızsa kateqoriyalar aşağıdakı kimi ola bilər: Həyatı, Xosrov və Şirin, Leyli və Məcnun, Sirlər xəzinəsi, İsgəndərnamə
Üzərində S yazılmış səhifələrə suallarınızı daxil edin. Suallar kateqoriyalara və suala görə veriləcək xala uyğun olsun. Səhifədəki rəngli sahəyə klikləsəniz cavab olan səhifəyə keçəcək
Üzərində C yazılmış səhifələrə, onan əvvəlki səhifəyə daxil etdiyiniz sualın cavabını yazın. Səhifədəki rəngli sahəyə klikləməklə birinci səhifəyə qayıda bilərsiniz.
dərslərinizdə istifadə edə biləcəyiniz səs şkalasını sizinlə payalaşmaq istəyirəm. Fayl powerpoint proqramında hazırlanıb. Şkaladan sinifdə sakitliyi təmin etmək üçün istifadə edə bilərsiniz. Şkala əvvəlcədən şagirdlərə izah edilməlidir ki, hansı göstəricidə nə etməlidirlər.
Əvvəlcə aşağıdakı linkdə verilmiş faylı kompüterinizə yükləyin
Təqdimatı açın və nümayiş rejiminə keçin.
Yaşıl, sarı, qırmızı düymələrə klikləməklə səhifələrə keçid edə bilərsiniz.
Aşağıda verilmiş saytlarda dərslərinizdə istifadə edə biləcəyiniz müxtəlif şəkillər, dərs planları, tapşırıq növləri, iş vərəqləri,
şəkillər tapa bilərsiniz. Resurslar əsasən ibtidai siniflər üçün nəzərdə tutulmuşdur. Aşağıdakı videoda saytlardan istifadə qaydası verilmişdir.
Aşağıdakı saytlarda müxtəlif öyrədici oyunlar tapa bilərsiniz. Oyunlar uşaqlar üçün təhlükəsizdir və bir çoxu elektron lövhə üzərində də işləyir. Əgər sizin şagirdinizin kompüter oyunlarına marağı çoxdursa, bu saytlar sizə imkan verəcək ki, onların bu marağından dərslərində istifadə edə biləsiniz.
Texnologiya artıq həyatımızın bir hissəsinə çevrilib və bizimlə yanaşı artıq şagirdlərimizin və övladlarımızın da həyatlarının bir hissəsinə çevrilir. Şagirdlərimizin və övladlarımızın texnologiyaya, internetə çox böyük marağı var Bəs nə üçün onların bu marağından təhsililərində istifadə etməyək? Bu gün ki yazımda mən sizinlə online öyrənmə resursları haqqında danışmaq istəyirəm. Online resurs dedikdə nə nəzərdə tutulur? Fikrimcə bu anlayışa dəqiq tərif vermək çətindir. Online öyrənmə resurslar dedikdə şagirdlərin daxil olub müəyyən öyrədici matrealları, videoları əldə etdikləri, müəyyən tapşrıqları yerinə yetirdikləri internet səhifələri kimi qəbul etmək olar. Bəs nə üçün bu resurslardan istifadə vacibdir? Müasir təhsil tələb edir ki, tədris prosesi sinifdə yekunlaşmasın. Biz şagirdlərin istənilən yerdən və istənilən zaman öyrənə bilmələrini təmin etməliyik. İstər evdən, istər məktəbdən, istər dərs zamanı və ya dərsdən sonra. Online resurslardan istifadə zamanı şagird, evdən və yaxud məktəbdən bu resurslara daxil olub müəyyən tapşırıqları həll edir, dərsləri izləyir. Online resurslarını digər bir üstünlüyü isə oyunlaşdırma üsullarına üstünlük vermələri və güclü motivasiya vasitələri olmalarıdır. Şagirdlərin görəcəyi iş, həll edəcəyi tapşırıqlar onlara oyun halında, izləyəcəyi və dinləyəcəyi dərs isə animasiya, maraqlı videolar- onlar üçün daha cəlbedici formalarda təqdim olunur. Bu resurslardan istifadə etməklə dərsə qarşı marağı az olan şagirdlərin belə diqqətini dərsə cəlb eləmək mümkündür. Başqa bir məsələ isə şagird yaradıcılığı ilə bağlıdır. Online resurslardan düzgün istifadə, şagirdin yaradıcılıq qabiliyyətin artmasına kömək edir. Online resurslardan istifadə etməklə şagird öz yaradıcılığını müxtəlif formalarda əks etdirə bilir. Siz bu resurslardan istifadə eməklə müxtəlif tipli öyrənmə üsullarına malik şagirdlərin fəaliyyətini dəstəkləyirsiniz. Onlar özlərinə uyğun öyrənmə üsulundan istifadə etməklə daha yaxşı öyrənirlər.
Online resurlardan istifadə həmçinin şagirdin uğurlarının və nəticələrinin izlənilməsi üçün, onun güclü və zəif olduğu nöqtələri aşkarlamaq üçün gözəl vasitədir. Siz daima şagirdinizin nəticələrini izləyə bilər , güclü və zəif olduğu məqamları öyrənərək, şagirdinizə fərdi yanaşma imkanı qazana bilərsiniz. Online resurlardan istifadə etmək şagirdin bu prosesdə yalnız buraxılması kimi başa düşülməməlidir. Şagird daima müəllim və valdeyn nəzarətində olmalı, dəstəklənməlidir. İlk növbədə müəllim şagirdin bacarıqalarına,maraqlarına uyğun resurslardan istifadə etməlidir. Valideyn isə şagirdə evdə bu resurslardan istifadəyə köməklik göstərməli, şagirdə evdə nəzarət etməlidir. Bu prosesdə valideyn və müəllim əməkdaşlığı mühüm rol oynayır.
Ölkəmizdə bu resurslardan istifadə zamanı yaranan problemlərdən biri dil problemidir. Çünki belə resurslar əksər hallarda rus, ingilis və ya digər dillərdə olur. Lakin digər tərəfdən şagirdin başqa dildə bu resurslardan istifadə etməsi onun xarici dil biliklərinin inkişafına da öz köməyini göstərəcəkdir.
Aşağıdakı linkdə milyonçu oyunun PowerPoint faylı verilmişdir. Zəhmət olmasa, sizində belə resurslarınız varsa bizimlə bölüşün ki, digər müəllimlər də istifadə edə bilsin.
Linkə daxil olun və faylı kompüterinizə yükləyib,açın
Oyun PowerPoint proqramında hazırlanmışdır
” Sualı bura yazın ” sözünü pozub yerinə sualınızı daxil edin
” Düzgün cavab ” sözünü pozub yerinə düzgün cavabı daxil edin
” cavab 1, cavab 2, cavab 3, cavab 4 ” sözlərini pozub yerinə düzgün cavablarıı daxil edin
Faylı yaddaşda saxlayın və dərsdə mütləq nümayiş rejimində istifadə edin
Aşağıdakı 9 saytdan təqdimat üçün müxtəlif resurslar tapmaq üçün istifadə edə bilərsiniz. Əgər sizin istifadə etdiyiniz digər saytlar varsa rəy hissəsində paylaşa bilərsiniz.
http://www.worldofteaching.com– müxtəlif fənnlərə aid hazır dərslər. Dərslər ingilis dilindədir və PowerPoint faylı şəkilindədir.
Aşağıdakı videoda Learningapps.org ilə “Uyğun olanları birləşdir” tipli tapşırıq hazırlamağı öyrənəcəksiniz. Həmçinin aşağıda nümunə kimi hazırrlanmış iki resurs da tapa bilərsiniz
Pinterest son illər məşhurlaşmış sosial şəbəkələrdən biridir. Pin və interest sözlərindən götürülmüşdür. Hərfi mənası sənə maraqlı olanı sancaqla, iynə ilə seç mənasını verir.bu sosial şəbəkə müxtəlif maraqlı şəkillər paylaşılır və sən özünə maraqlı lanları pinləyirsən. Pinterestdə müxtəlif mövzuda şəkillər paylaşılır ki Təhsil kateqoriyasına aid maraqlı şəkillər posterlər olur. Siz bu soial şəbəkədən həm öz resurslarınızı paylaşmaq üçün, həm də digər müəllimlərin işləri ilə tanış olmaq, yeni ideyalar axtarmaq üçün istifadə edə bilərsiniz.