Hörmətli müəllimlər,
“Gələcək sinif ssenariləri” kursunun məqsədi məktəblərdəki müəllimləri, pedaqoji heyəti sinif otaqlarında gələcəkdə ola biləcək dəyişikliklər haqqında məlumatlandırmaqdır. Kurs 6 moduldan ibarətdir və 9 yanvar 2017- ci il tarixində başlayacaqdır. Kurs pulsuzdur və ingilis dilindədir. Kursu uğurla tamamlayanlara sertifikat verilir.
Kurs aşağıdakı modullardan ibarət olacaqdır:
- Gələcəkdəki sinif nəyə bənzəyir?
- Gələcəkdəki sinifiniz – real viziona doğru
- Viziondan reallığa- gələcəkdəki sinifinizdə texnologiya
- 21- ci əsr bacarıqları üçün öyrənmə fəaliyyətləri
- Öyrənmə fəaliyyətlərindən Öyrənmə hekayələrinə
- Siz hələ də gələcəkdəki sinifi görməmisiniz?
Kurs haqqında ətraflı məlumat almaq üçün link:
Kursa qoşulmaq üçün link:
http://academy.schooleducationgateway.eu/en/web/future-classroom-scenarios-second-round