Effektiv formativ qiymətləndirməyə necə nail olmalı?

Formativ

Advertisements

Müəllimlər üçün Beynəlxalq İSTE standartları

İSTE (Beynəlxalq Təhsil Texnologiyaları Cəmiyyəti) təhsildə texnologiyadan istifadə ilə bağlı müxtəlif tədqiqatları həyata keçirən beynəlxalq təşkilatdır. İSTE—nin müəllimlər, şagirdlər və digər təhsil işçiləri üçün nəzərdə tutulmuş müxtəlif standartları var. Effektiv müəllim modeli və İSTE- nin şagirdlər üçün nəzərdə tutulmuş standartlarını tətbiq etməklə tədrisi inkişaf etdirmək, zəngin öyrənmə təcrübəsi yaratmaq və şagirdlər, müəllimlər, təhsil işçiləri üçün müsbət model yaratmaq mümkündür.  Bütün müəllimlərin bu standartlar və performans göstəriciləri ilə tanış olması və tətbiq etməsi tövsiyyə edilir:İSTESEKİL.jpg

  1. Şagirdlərin öyrənmələrini asanlaşdırmaq və yaradıcılığa təşviq etmək

 Müəllim fənnə aid biliklərindən, öyrənmə və öyrətmə imkanlarından, texnologiyadan  istifadə edərək, üzbəüz və yaxud distant şəkildə şagirdlərin öyrənmələrini asanlaşdıracaq, yaradıcılıq, yenilikçilik bacarıqlarını inkişaf etdirən fəaliyyətlər təşkil edir.

  1. Texnologiya əsrinin tələblərinə uyğun öyrənmə fəaliyyətləri və qiymətləndirmə hazırlamaq və inkişaf etdirmək.

 Müəllim effektiv öyrənmənin baş verməsi üçün müasir dövrün yeni texnologiyalarından, rəqəmsal resurslarından istifadə edərək müxtəlif öyrənmə fəaliyyətləri təşkil edir, onları inkişaf etdirir və nəticəsini qiymətləndirir. Öyrənənin tiplərinə görə rəqəmsal resurslardan və texnologiyadan istifadə edərək hazırladığı tapşırıqları fərdiləşdirir, şagirdlərin xüsusiyyətlərinə və bacarıqlarına uyğun resurslardan istifadə edir, texnologiyadan istifadə edərək müxtəlif formalarda  formativ və summativ qiymətləndirmə vasitələri hazırlayıb şagirdlərə təqdim edir.

  1. Rəqəmsal texnologiyalar dövründə iş və öyrənmə mövzusunda nümunə olmaq

 Yenilikçi bir peşə sahəsinin nümayəndəsi olan müəllim texnologiya əsrinin tələblərinə uyğun şəkildə işləyir, buna uyğun olan bilik və bacarıqlarını nümayiş etdirir. Şagirdlər, valideynlər və təhsil sahəsində çalışan digər şəxslərlə müasir texnologiyalardan istifadə etməklə ünsiyyət qurur və əməkdaşlıq edir.

  1. Rəqəmsal vətəndaşlığı təbliğ edir

 Sürətlə dəyişən və inkişaf edən bir rəqəmsal cəmiyyətdə yaşayan müəllimlər bu rəqəmsal cəmiyyətin yerli və qlobal problemlərini, qaydaları bilir və onlara əməl edir. Müəllif hüquqlarına, intelektual mülkiyyətə  hörmətlə yanaşır.

  1. Peşəkar inkişaf və liderlik

 Müəllim daima peşəkar inkişafına diqqətlə yanaşmalı, özünü peşəkar olaraq inkişaf etdirməli və həyat boyu fasiləsiz öyrənmə mövzusunda nümunə olmalıdır. Bu məqsədlə müəllim beynəlxalq və yerli tədbirlərdə iştirak etməli, şagirdlərin öyrənmə imkanlarını inkişaf etdirmək üçün yeni proqramlar, onlayn resurslar tapmalıdır.

Digər standartları və müəllimlər üçün olan standartların İngilis dilində olan versiyasını oxumaq üçün link:

https://drive.google.com/drive/folders/0B7uyMv1mHyxBbEduTXlYMHhubzA?usp=sharing

 

Peşəkar inkişaf üçün təlim seçərkən diqqət etməli olduğumuz meyarlar

Günümüzdə müəllimlik hər zaman özünü inkişaf etdirməyi tələb edən peşə sahəsidir. Müəllim hər zaman öz biliklərini artırmalı, bacarıqlarını inkişaf etdirməli və yeniliklərdən xəbərdar olmalıdır. Bunun üçün təhsil sahəsində təşkil olunan təlimlərdə iştirak etmək hər bir müəllimin arzusu və istəyidir. Bəs təlim seçərkən hansı faktorlara diqqət etmək lazımdır? Bu yazımda  təlim seçərkən diqqətli olmanız gərəkən meyarlar haqqında danışacam.

  1. Təlimin mövzusu nədir? Bəzən təlimin adı qulağa gözəl səslənsə də təlim bildiyiniz bir mövzuda və yaxud sizin üçün maraqlı olmayan bir mövzuda ola bilər. Ona görə də təlimə qoşulmazdan əvvəl təlimin mövzusu ilə maraqlanın və özünüzə sual verin bu mövzunu bilmək sizə nə qədər lazımdır? Gələcək işlərinizdə bu mövzu sizə nə qədər faydalı olacaq? Təlim seçərkən çalışın ki, sizə bugün ki  işinizdə daha çox lazım olan mövzularda olan təlimlərə üstünlük verəsiniz.
  2. Təlimçi kimdir? Təlimin mövzusu nə qədər əhəmiyyətlidirsə, təlimi keçən təlimçi də bir o qədər mühüm meyardır. Təlimini keçdiyi mövzuya  tam bələd olmayan bir təlimçinin təlimində vaxtınızı və pulunuzu itirməyi sizdə istəməzsiniz. Buna görə də, təlimində iştirak etmək istədiyiniz təlimçini təliminə getməzdən əvvəl təcrübəsini, əvvəlki təlimlərini araşdırın. Əvvələr həmin təlimçinin təlimində iştirak etmiş dostlarınızdan və həmkarlarınızdan təlimçi haqqında məlumat əldə edin.
  3. Təlimin müddəti mövzuya uyğun olmalıdır. Nəzərə alın ki təlim əgər çox qısa müddətlidirsə, sizə öyrəndiklərinizi tətbiq etmək və yaxud müzakirə etmək imkanı verməyəcək. Bu zaman təlim sizin gözlədiyiniz effekti verməyəcək, elə öyrəndiklərinizin böyük hissəsini təlimdən bir neçə gün sonra unudacaqsınız. Buna görə də, təlim seçən zaman bir və yaxud bir neçə gün davam edən təlimlərə üstünlük verin.
  4. Təlimin planı və ya toxunulacaq mövzunun qısa xülasəsi paylaşılıbmı? Peşəkar insanlar tərəfindən hazırlanan təlimlərin planı və yaxud qısa xülasasi iştirakçıları məlumatlandırmaq məqsədi ilə əvvəlcədən paylaşılır, təlimdə toxunulacaq mövzular haqqında iştirak etmək istəyən şəxslərə məlumat verilir. Siz bu plan və yaxud məlumatla tanış olmaqla, təlimdən öncə təlimin mövzusu haqqında məlumat əldə etmiş olursunuz. Bu isə sizi sizin üçün maraqlı olmayan bir mövzuda olan təlimdə iştirak etməkdən qoruyur.
  5. Təlimin qiyməti. Təlimi seçərkən mühüm faktorlardan biri də təlimin qiymətləridir. Ölkəmizdə bu gün keçirilən təlimlərin bəzilərinin qiymətlərinin normadan yüksək olduğunu düşünürəm. Əgər təlimdə danışılacaq mövzunu özünüz interetdən öyrənə bilərsinizsə, niyə həmin mövzunun təliminə vəsaitinizi xərcləyəsiniz? Eyni zamanda həmin təlimə xərclədiyiniz vəsaitə bir neçə kitab da alıb oxuya bilərsiniz. Təlimlərə “Yüksək ödəniş tələb olunur, keyfiyyəti də yaxşı olar” fikri ilə yanaşmayın. Unutmayın ki, “Aşbaz yaxşı olduqda, ucuz ətdən də şorba olur”. 
  6. SERTIFIKAT- Sertifikat əldə etdiyimiz uğurun bir göstəricisi olsa da, gedəcəyiniz təlimləri sertifikat verib -verməməsinə görə seçməyin. Sonda sertifikat verilməyən faydalı təlimlər və sonda sertifikat verilən heç bir faydası olmayan təlimlər də var. Əgər getdiyiniz təlim ikinci qrupa aiddirsə aldığınız sertifikatın heç bir dəyəri olmayacaq. Sertifikata görə təlim seçib gedirsinizsə, sertifikatı verən qurumun buna nə qədər səlahiyyəti olmasını, sertifikatın TN tərəfindən tanınıb-tanınmaması əvvəlcədən aydınlaşdırın.

Bəs siz təlim seçərkən hansı meyarlara görə seçirsiniz? Fikirlərinizi paylaşmağı unutmayın.

Onlayn konfrans: “Celebrate Collaborative Education”

Hörmətli müəllimlər ! 

İnternetdə diqqətimi çəkən və sizin üçün də maraqlı olacağını düşündüyüm bir onlayn konfransı sizinlə paylaşmaq istəyirəm. Konfransın əsas çıxışçıları dünyaca məşhur təhsil şirkətlərinin və təşkilatlarının (Khan akademi, İSTE, Amerka üçün öyrət və s. ) içraçı direktorları və dünyanın müxtəlif yerlərindən olan təhsil işçiləridir.

Tarix: 1 avqust 2017 ci il

Başlama saatı: 18.00

Yer: Onlayn, qeydiyatdan keçməklə istənilən internetə çıxışı olan qurğudan izləmək və müzakirələrdə iştirak etmək olar.

Çıxış edənlər:

  • Sal Khan, CEO of Khan Academy
  • Richard Culatta, CEO of ISTE
  • Steven Farr of Teach for All and Teach for America
  • Anthony Salcito, VP of Worldwide Education at Microsoft
  • And 13 teachersfrom across the globe, ready to share their classroom secrets

dbirin dili: İngilis dili

Qeydiyatdan keçmək və ətraflı məlumat almaq üçün link:

https://www.edmodocon.com/?utm_medium=email&utm_source=fatbird&utm_campaign=marketing-edmodocon-2017&utm_content=marketing-july-30-edmodocon-48-hr-reminder-0-26w-actives-english

Animasiya hazırlamaq üçün proqram

Hörmətli müəllimlər,

Bugünki video dərsimdə sizləri animasiya hazırlamaq üçün istifadə olunan proqramla tanış edəcəm . Proqramın adı Frames -dir və öz asan interfeysinə, geniş imkanlarına görə digər proqramlardan fərqlənir. Dərsi izlədikdən sonra, proqram haqqında fikirlərinizi, dərsdə necə istifadə edəcəyinizlə bağlı ideyaları bizimlə bölüşməyi unutmayın. Hazırladığınız animasiyaları, şərh hissəsində paylaşmaqla həmkarlarınızla paylaşa bilərsiniz.


 

 

 

Bir neçə addımda komiks, karikatura hazırlama

Şagirdlərinizə yerinə yetirə biləcəyiniz tapşırıq növlərindən biri də komiks, karikatura hazırlamaqdır. Əksər hallarda müəllimlər komiks və yaxud karikatura hazırlamaq kimi proqramların çətin olduğuna görə, dərslərində belə proqramlardan istifadə etmirlər. Bu  video dərsimizdə sizləri istifadəsi olduqca asan Toonytool.com aləti ilə tanış etmək istəyirəm. Saytdan istifadə etməklə komiks, poster, karikatura hazırlamaq olar.

image (3)

Saytdan müxtəlif məqsədlərlə və müxtəlif formalarda  istifadə etmək mümkündür. Məsələn:

  1. Müəllim şagirdlər üçün qısa zamanda öyrədici material, poster hazırlaya bilər.
  2. Şagirdlər saytdan istifadə edib dərs zamanı hansısa mövzuda poster, komiks, karikatura hazırlaya, dialoq qura bilərlər.
  3. Müəllim dərsdən sonra şagirdlərə, dərs zamanı öyrəndikləri bir faktı poster şəklində hazırlamağı tapşıra bilər.

Dərslərdə bu kimi tapşırıqlardan və saytlardan istifadə şagirdlər üçün dərsi daha maraqlı, cəlbedici edir. Eyni zamanda şagirdlərin yaradıcılıq, İKT bacarıqlarının inkişafına müsbət təsir göstərir. Hazırladığınız posterləri, dərsdə  saytdan istifadə ilə bağlı ideyalarınızı şərh hissəsində bizimlə paylaşmağı unutmayın.

 

 

Artırılmış reallıq nədir?

Artırılmış reallıq (Augumented reality) texnologiyanın müasir sahələrindən biridir. Şübhəsiz ki, günümüzdə müxtəlif sahələrdə istifadə bu texnologiya təhsil sahəsində də tətbiq edilməyə başlanılıb. Uşaqlar tərəfindən maraqla qarşılanan bu texnologiyadan istifadə  hər gün daha da artr. Artıq internetdə artırılmış reallıqla bağlı müxtəlif fənnlərə aid çoxlu sayda proqram, dərs nümunələri, fəaliyyətlər tapa bilərsiniz. Artırılmış reallıq  virtual dünya ilə real aləmi özündə birləşdirən yeni bir texnologiyadır. Artırılmış reallığın müsbət tərəfləri: 

  • Uşaqlar üçün maraqlı və əyləncəlidir
  • Güclü motivasiya vasitələridir
  • Uşaqlar üçün müxtəlif tapşırıqları yerinə yetirərək öyrənmək imkanı vardır
  • Artırılmış  reallıqla verilən məlumat uşaqların daha uzun müddət yaddaşında qalır

Mənfi tərəfləri: 

  • Fəaliyyət ciddi planlaşdırılmasa, sadəcə oyun olaraq qala bilər.
  • Əlavə texnologiyadan istifadə tələb olunur
  • Bəzən əlavə vaxt itkisinə səbəb olur.
  • Ödənişli olan nümunələrin sayı çoxdur.

 

Günümüzdə müxtəlif  fənnlərin tədrisində geniş istifadə olunan bu texnologiya haqqında   bir nümunəni sizinlə paylaşmaq istəyirəm. Videoda istifadə edilmiş proqramın adı Quliverdir. Həm Android qurğularda həmdə İOS qurğularda istifadə etmək mümkündür.