Poly Up resursu haqqında video dərslər

Poly Up Riyaziyyat və alqoritmik düşüncənin tədrisində istifadə olunan onlayn resursudur. Resurs:

  • Müxtəlif yaş qrupları ilə istifadə oluna bilər
  • Kompüter, planşet, telefon üzərindən istifadə oluna bilər
  • Oyun əsaslı olduğu üçün uşaqlar üçün maraqlı və cəlb edicidir
  • Layihə əsaslı öyrənmədə müxtəlif layihələrin hazırlanmasında istifadə oluna bilər
  • Bir məsələyə müxtəlif yanaşmalar ortaya qoymağa imkan verir
  • Şagirdlərin problem həll etmə, yaradıcılıq, tənqidi düşüncə bacarıqlarını inkişaf etdirir

Daha ətraflı məlumat üçün aşağıdakı video dərsləri izləməyinizi tövsiyyə edərdim:

1. Poly Up platforması ilə tanışlıq

2. Poly Up maşınları və onlardan necə istifadə etməli?

 

3. Poly Up- da qeydiyyat və maşınları kəşf et !

4. Poly Up da öz maşınını yarat !

 

Tinkercad ilə 3D modelləşmə və fəza fiqurları

TinkerCad – Autodesk tərəfindən hazırlanmış 3D modelləşdirmə sistemidir. Saytdan istifadə etməklə modelləşmə, 3D dizayn, fəza fiqurları kimi mövzuları tədris etmək mümkündür. Saytda həmçinin modellər hazırlamaq üçün öyrədici  dərslər verilib. Şagirdlər hazırladıqları işləri saytın galerya hissəsində paylaşa bilər. Əgər 3D printer varsa çap etməkdə mümkündür. Müxtəlif fiqurlardan modellər hazırlamaq şagirdlərin yaradıcılıq, problem həll etmə kimi bacarıqlarını inkişaf etdirir. Resursdan eyni zamanda fəza fiqurlarının tədrisi zamanı resurs kimi də istifadə etmək olar.   Daha ətraflı aşağıdakı video dərsdə :

Sertifikat verən öyrədici oyun

Aşağıdakı saytda riyaziyyat fənninə aid öyrədici oyunlar oyunverilmişdir. Oyunlar ibtidai sinif
şagirdlərinin toplama, çıxma, vurma, bölmə kimi bacarıqlarını inkişaf etdirmək məqsədi ilə istifadə edilə bilər. Şagird oyunu uğurla tamamladıqda sayt ona sertifikat verir.


Sayta daxil olmaq üçün link : http://www.oswego.org/ocsd-web/games/Mathmagician/cathymath.html

Saytdan istifadə ilə bağlı video təlimat : https://youtu.be/pI2aH2rZ2cM