ClassDojo alətinin sinifdə istifadəsi

ClassDojo sinif idarə etmə alətlərindən biridir. Əsasən sinifdə şagirdləri düzgün davranışa    istiqamətləndimək üçün istifadə olunsa da, müəllimlər üçün faydalı bir çox funksiyası da vardır. Gəlin bunlara qısa şəkildə nəzər salaq:

Toolkit- Dərsdə istifadə edə biləcəyiniz alətlər qutusudur. Daxilindəki. alətlərdən bəziləri:

  • Timer– İrəliyə və geriyə doğru sayım saatları
  • Random– Təsadufi şagird seçmək üçün istifadə olunur
  • Group Maker– Şagirdləri qısa zamanda, verilmiş sayda qrupa bölür
  • Noise Meter- Sinifdəki səs- küyün səviyyəsini göstərən interaktiv şkala

Classroom-  Bu bölmədə şagirdlərə xal vermək və yaxud xal çıxmaqla yarış təşkil olunur və düzgün davranışa motivasiya olunur. Meyarlar və onlara veriləcək xallar sizin tərəfinizdən seçilir. Valideynləri əlavə etməklə onlar verilən və yaxud çıxılan istənilən xaldan xəbərdar olmalarını, hesabatlar almalarını təmin etmək mümkündür. Proqramn oyunlaşdırma hissəsidir.

Stories- Bütün sinif jurnalında və yaxud individual formada mətn, şəkil, fayl paylaşmaq mümkündür. Bu proqramın rəqəmsal portfolyo kimi istifadə olunan hissəsidir.

Messages– valideynlərə toplu və yaxud individual məktublar göndərmək mümkündür.

Resursdan istifadə ilə bağlı video təlimat:

Advertisements

TPACK modeli nədir?

Təhsildə texnologiyanı tətbiq etmək üçün istifadə olunan modellərdən biri də TPACK modelidir. TPACK modelinin mərkəzində 3 mühüm anlayış dayanır: Texnologiya, Pedaqoqika, Məzmun. TPACK modelinə görə dərs planlaşdırılarkən bu 3 mərkəzi anlayış nəzərə alınmalıdır.

  1. Texnologiya- dərsi planlaşdıran zaman siz hansı texnologiyalardan istifadə edəcəyinizi planlaşdırırsınız.
  2. Pedaqoqika – dərsi planlaşdıran zaman siz hansı iş üsullarından, iş formalarından istifadə edəcəyinizi planlaşdırırırsınız.
  3. Məzmun –siz dərsdə şagirdlərə nəyi öyrədəcəksiniz?, hansı fənni? Hansı bölməni? Hansı mövzunu?

SAMR modeli nədir?

Hörmətli müəllimlər.

Texnologiyanı tədris prosesinə inteqrasiya etmək üçün müxtəlif modellərdən istifadə edilir. Bi modellrdən biri də SAMR modelidir. Bu videoda SAMR modelini elektron lövhədən və Google docs-dan nümunələr göstərməklə izah etmişəm. Ümid edirəm ki, hər biriniz üçün faydalı olar