AVROPA KOD HƏFTƏSİ 2018 başlayır !

Avropa Kod həftəsi nədir? -Avropa kod həftəsi hər kəsə kodlaşdırmanı və rəqəmsal savadlılığı əyləncəli və maraqlı formada öyrətmək və təbliğ etmək məqsədi daşıyan innovativ, könüllü təşəbbüsdür.
 
Nə zaman?- 6-21 Oktyabr 2018 -ci il
 
Niyə?- Proqramlaşdırmanı öyrənmək bizə ətrafımızdakı sürətlə dəyişən dünyaya uyğunlaşmaq, texnologiyanın necə işlədiyini bilmək və yeni fikirləri araşdırmaq və yeniləmək üçün bacarıq və qabiliyyətləri inkişaf etdirməyə kömək edir.
 
Nəcə iştirak etməli?
1.Proqramlaşdırma və ya kodlaşdırma ilə bağlı dərs, tədbir, seminar təşkil edin və təşkil etdiyiniz dərsi, tədbiri Events hissəsində qeydiyyatdan keçirin.
2.Tədbirin nəticələrini Facebook, Twitter, Məktəbinizin saytında və ya digər sosial media hesablarınızda, Eu Code Week rəsmi səhifəsində #codeEU, #AzerbaijanCodeWeek haştaqları ilə paylaşın
3. Codeweek.eu saytında hesabat formasını dolduraraq sertifikat əldə edin
 
 
Rəsmi səhifə: https://codeweek.eu/
 
Advertisements

Oyun kartları ilə proqramlaşdırmanın tədrisi- Cody Roby

Günümüzdə proqramlaşdırmanı  tədris etmək, robyalqoritmik düşüncə bacarığını inkişaf etdirmək üçün müxtəlif resurslardan istifadə edilir. Lakin bu resursların əksəriyyəti online olduğu üçün ölkəmizdəki bütün məktəblilər və müəllimlər üçün əlçatan deyil. Bu səbəbədən sizi Cody roby resursu ilə tanış etmək istəyirəm. Cody Roby proqramlaşdırmanı tədris etmək üçün istifadə olunan kart oyunudur. Oyunun prinsiplərinə görə code.org saytındakı oyunlara bənzəyir. Oyun bir ədəd şahmat lövhəsinə bənzəyən oyun lövhəsi, personajlar, personajların çatacağı yeri göstərən qara xanalar və personajın hərəkət alqoritmini qurmaq üçün istifadə olunan sola dönmə, sağa dönmə, hərəkət kartlarından ibarətdir. Oyundan müəllim-şagird və şagird- şagird formasında istifadə etmək mümkündür. Müəllim- şagird modelində müəllim tapşırığı qurur və şagird məsələni həll edir. Şagird- Şagird modelində isə müəllim məsələni qurur, şagirdlər öz aralarında məsələni qısa müddətdə həll etmək üçün yarışırlar. Oyundan eyni zamanda hərəkət, istiqamət, məsafə, kordinat sistemi kimi mövzuların tədrisində də istifadə etmək olar

Resurslar, elektron lövhə üçün  hazırlanmış oyunu yükləmək üçün və istifadə təlimatı ilə tanış olmaq üçün daxil olun : link

Resurs Code Week Eu səhifəsindən götürülmüşdür. Ətraflı məlumat üçün daxil olun: link