Öyrənməni əyləncəyə çevir ! – Kahoot

Kahoot sinifdə bilik yarışı təşkil etmək üçün istifadə edə biləcəyiniz maraqlı saytlardan biridir. Xüsusi ilə formativ qiymətləndirmə zamanı istifadə edə biləcəyiniz bu sayt uşaqlarda dərsə qarşı böyük maraq yaradır.  Müəllim əvvəlcə kahoot saytında oyunu hazırlayır və oyunu proyektor və ya elektron lövhə vasitəsi ilə nümayiş etdirir. Şagirdlər telefon və ya kompüter ilə lövhədəki kodu yazıb, oyuna qoşulur və bir – birlərinə qarşı yarışırlar. Suallar lövhədə, cavablar isə uşaqların qurğularında görünür. Ən tez və ən çox düzgün cavab verən şagird (komanda ) daha çox xal toplayır və qalib olur.

Oyun hazırlamaq üçün link (müəllimlər  üçün): https://kahoot.com

Oyun oynamaq üçün link: (uşaqlar  üçün ): https://kahoot.it

İstifadəsinin üstünlükləri:

  1. Şagirdlərin dərsə motivasiyasını artırır, dərsə qarşı maraq yaradır.
  2. Müxtəlif qurğular (kompüter, telefon, planşet) vasitəsi ilə qoşulmaq və oynamaq mümkündür.
  3. Sadə dizaynı var, istifadəsi rahat və asan öyrənilə biləndir.
  4. Müxtəlif növ suallardan istifadə etmək mümkündür.
  5. Suallarda şəkillərdən, videolardan istifadə etmək mümkündür.
  6. Oyun birdikdən sonra, proqram müəllimə detallı şəkildə nəticələri təqdim edir.

Resursdan istifadə haqqında video:

Classdojo ilə sinifin yaradılması

Classdojo oyunlaşdırma üsullarından biridir. Oyunlaşdırma dedikdə görülməli olan işin Classdojodaha maraqlı formaya salınmasıdır. Müasir təhsildə bu üsullardan çox istifadə edilir. Oyunlaşdırmada ilkin məqsəd dərsi, sinif qaydalarının şagirdlər üçün maraqlı etməkdir.Classdojo şagirdlər üçün maraqlı olduöu üçün onlar dərsdə daha fəal iştirak edir, sinif qaydalarını pozmaqdan çəkinirlər. Calssdojo saytı sizə imkan veriri ki, saytda öz siniflərinizi yaradasınız və şagirdlərinizi əlavə edəsiniz. Classdojo vasitəsi ilə siz şagirdlərinizə onların fəaliyyətinə, davranışlarına, qrup işlərindəki fəaliyyətlərinə görə xallar əlavə edəsiniz və yaxud düzgün olmayan davranışına, fəaliyyətinə görə xal çıxasınız. Siz valideynləri də online sinifə dəvət edə bilərsiniz ki,valideynlər sinif fəaliyyətləri, övladlarının fəaliyyətləri barəsində daima məlumatlı olsunlar.


Sayta daxil olmaq üçün link:https://www.classdojo.com

Sayt haqqında video dərs:https://youtu.be/qEIO7BcZxq8