Hörmətli müəllimlər,
29 Oktyabr tarixində European Schoolnet Academy və Scientix tərəfindən müəllimlər üçün ödənişsiz, onlayn STEM hər yerdə kursu başlayacaqdır. Kurs 5.5 həftə davam edəcəkdir və 4 moduldan ibarətdir. Kurs ibtidai və orta məktəb müəllimləri üçün nəzərdə tutulub və uğurla tamamlayanlar sertifikatla təmin olunur.
Kurs zamanı müəllimlər öyrənəcəklər:
- Real həyatda STEM- i tanıyaq və dərslərimizə real həyat problemlərini inteqrasiya edək
- Fənnlərarası inteqrasiya kimi yeni metodlardan istifadədə inam yaratmaq
- STEMi- gərçək həyatda əlaqələndirmək üçün istifadə olunan fəaliyyətlər, resurslar və strategiyalar
- 21 əsr bacarıqları və sinifdə onları necə tədris etməli
- Dərs nümünələrinin nəzərdən keçirilməsi, beynəlxalq səviyyədə həmkarlarla əməkdaşlıq və s.
Kurs ingilis dilində tədris olunacaqdır.
Qeydiyyatdan keçmək üçün link: https://www.europeanschoolnetacademy.eu/web/stem-is-everywhere