Poly Up resursu haqqında video dərslər

Poly Up Riyaziyyat və alqoritmik düşüncənin tədrisində istifadə olunan onlayn resursudur. Resurs:

  • Müxtəlif yaş qrupları ilə istifadə oluna bilər
  • Kompüter, planşet, telefon üzərindən istifadə oluna bilər
  • Oyun əsaslı olduğu üçün uşaqlar üçün maraqlı və cəlb edicidir
  • Layihə əsaslı öyrənmədə müxtəlif layihələrin hazırlanmasında istifadə oluna bilər
  • Bir məsələyə müxtəlif yanaşmalar ortaya qoymağa imkan verir
  • Şagirdlərin problem həll etmə, yaradıcılıq, tənqidi düşüncə bacarıqlarını inkişaf etdirir

Daha ətraflı məlumat üçün aşağıdakı video dərsləri izləməyinizi tövsiyyə edərdim:

1. Poly Up platforması ilə tanışlıq

2. Poly Up maşınları və onlardan necə istifadə etməli?

 

3. Poly Up- da qeydiyyat və maşınları kəşf et !

4. Poly Up da öz maşınını yarat !

 

Pulsuz onlayn kurs: “Gələcək sinif ssenariləri”

Hörmətli müəllimlər,

“Gələcək sinif ssenariləri” kursunun məqsədi məktəblərdəki müəllimləri, pedaqoji heyəti sinif otaqlarında gələcəkdə ola  biləcək dəyişikliklər haqqında məlumatlandırmaqdır.  Kurs  6 moduldan ibarətdir və 9 yanvar 2017- ci il tarixində başlayacaqdır.  Kurs pulsuzdur və ingilis dilindədir.  Kursu uğurla tamamlayanlara sertifikat verilir.

Kurs aşağıdakı modullardan ibarət olacaqdır:

  1. Gələcəkdəki sinif nəyə bənzəyir?
  2. Gələcəkdəki sinifiniz – real viziona doğru
  3. Viziondan reallığa- gələcəkdəki sinifinizdə texnologiya
  4.  21- ci əsr bacarıqları üçün öyrənmə fəaliyyətləri
  5.  Öyrənmə fəaliyyətlərindən Öyrənmə hekayələrinə
  6. Siz hələ də gələcəkdəki sinifi görməmisiniz?

Kurs haqqında ətraflı məlumat almaq üçün link:

Kursa qoşulmaq üçün link:
http://academy.schooleducationgateway.eu/en/web/future-classroom-scenarios-second-round

Onlayn interaktiv lövhə

Hörmətli müəllimlər,

İnternetdə bir çox onlayn lövhələr var ki, bütün sinifinizlə bu lövhələrdə məlumat mübadiləsi apara bilər, ideya xəritəsi yarada bilər, müzakirələr təşkil edə bilərsiniz. Bu video dərsimdə sizi bel onlayn lövhəələrdən biri ilə tanış edəcəm. Resursun üstünlükləri asan istifadəçi interfeysinin olması, lövhə ilə yanaşı müzakirə üçün chat imkanının olması, eyni zamanda bir snədin üzərində bütün sinifin işləmək imkanının olmasıdır.

Saytda daxil olmaq üçün link:https://awwapp.com/

Scratch ilə akvariumun hazırlanması

Hörmətli müəllimlər.

Aşağıdakı videoda scratch proqramından istifadə etməklə proqramların hazırlanması haqqında məlumat verilmişdir. düşünürəm ki, şagirdlərə proqramlaşdırmanı sevdirmək üçün maraqlı resursdur.

//scratch.mit.edu/projects/embed/128765689/?autostart=false

Bütün sinifin bir sənədin üzərində işləyə biləcəyi sayt -titanpad.com

Hörmətli müəllimlər.

Bugün ki video dərsimdə sizə titanpad.com saytı haqqında məlumat verəcəm. Sayt sizə sinifinizdəki bütün  şagirdlərlə eyni anda  bir sənədin üzərində işləməyə imkan verir. Hər bir şagirdin əlavə etdiyi mətn, etdiyi dəyişiklik fərqli fərqlə göstərildiyi üçün şagirdlərdən kimin hansı işi gördüyünü izləyə bilirsiniz. Bundan başqa chat hissəsində müzakirə apara, sonda hazırlanan mətni kompüterinizə yükləyə bilərsiniz. Sayt pulsuzdur və qeydiyyat tələb etmir. Saytdan refleksiya mərhələsində, tədqiqat zamanı istifadə etmək olar. Video dərsdə saytdan istifadə ilə bağlı bir neçə ideya verilib, siz öz ideyanınızı şərh bölməsində digər həmkarlarınızla paylaşa bilərsiniz

Saytdan istifadə haqqında video dərs:

Activinspire proqramında Position funksiyasından istifadə etməklə Anaqram hazırlamaq

Hörmətli müəllimlər.  Screen Shot 2016-04-23 at 8.56.13 PM

Aşağıdakı video dərsdə active inspire proqramında Position funksiyasından istifadə etməklə Anaqramın hazırlanması haqqında məlumat verilmişdir:

 

Videolarınıza sual daxil edə biləcəyiniz resurs

Edpuzzle saytının digər video hazırlamaq üçün saytlardan əsas fərqi ondadır kihttps://edpuzzle.comsiz videonuzun istənilən yerinə şagirdləriniz üçün açıq sual , test əlavə edə bilərsiniz. Həmçinin sayt sizə imkan veriri ki virtual sinif yaradıb, hansı şagirdlərin video dərsi izləyib izləmədiyini, sualla hansı şagirdlərin düzgün cavab verdiyini ya da cavab verə bilmədiyini müəyyən edə biləsiniz.


Saytdan istifadə ilə bağlı video dərs : https://youtu.be/FB6knb1G42Y

Sayta daxil olmaq üçün link : https://edpuzzle.com

Poster hazırlamaq üçün resurs

Sinif otağımızın tərtibatı dərslərimizin keyfiyyətinə təsir edən mühüm amillərdəndir.https://www.canva.com/Bu gün sizinlə poster hazırlamaq üçün resursla tanış olacağıq. Sayt sadə interfeysinə görə digər saytlardan fərqlənir.


Saytdan istifadə ilə bağlı video dərs:https://youtu.be/QhqYIiYTyFs

Sayta daxil olmaq üçün link:https://www.canva.com