Scratch proqramında Flappy Bird oyunun hazırlanması

Hörmətli izləyicilərimiz, 

Bu yazımızda sizləri Scratch proqramında Flappy Bird oyunun hazırlanması qaydası ilə tanış edəcəyik. Təlimatdan uşaqlar üçün olan proqramlaşdırma fəaliyyəti kimi İnformatika və STEAM dərslərinizdə istifadə edə bilərsiniz.

Hazırlayacağımız oyunun məqsədi quşu maneyələrdən qaçırmaq və yerə toxunmasına mane olmaqdır. Quş maneyələrə və ya yerə toxunduğu halda oyun bitəcəkdir.

Gəlin ilk öncə proqrama daxil olaq: https://scratch.mit.edu/ 

Proqrama daxil olduqdan sonra Yaratmaq (Create) əmrini seçək. Əgər proqramın interfeysi Azərbaycan dilində deyilsə qlobus işarəsindən Azərbaycan dilini seçə bilərsiniz. Uyğun dil seçimini etdikdən sonra personajları və arxa fonu daxil etməyə başlayaq.

Arxa fon olaraq Flappy Bird oyununda olan fonlara bənzər təsvirlərdən birini seçək. 

Əgər arzu etsəniz başqa fon da seçə bilərsiz. 

Bundan başqa oyunun bitmə səhnəsini də da seçib üzərinə oyun bitdi mesajı yazırıq.

Pişik personajından istifadə etməyəcəyimiz üçün onu silək. Quş və Maneyə olmaqla 2 ədəd personajlar əlavə edək. Arzu etsəniz, fərqli personajlardan istifadə edə bilərsiz. Quş personajını əlavə etmək üçün Scratchın Sprite kitabxanasından istifadə edək. Borunu isə internetdə Flappy Bird pipe açar sözlərindən istifadə etməklə axtarıb tapa bilərsiniz. Boru maneyəsini tapdıqdan sonra Sprite-lər bölməsindən kompüterdən yükləmə əmrini seçməklə Scratch proqramına daxil edin. Daha sonra quşun maneyənin arasından keçə bilməsi üçün ölçüsünü kiçildək. Bunu üçün quş personajını seçib, onun hər iki libasının ölçüsünü kiçildirik. Ölçü kiçildikdən sonra əmin olmalıyıq ki, personaj iş sahəsinin mərkəzindədir. Hər dəfəsində eyni maneyə səhnəsinin gəlməsinin qarşısını almaq üçün maneyə personajını  fərqli  libaslara keçirirəcəyik. Bunun üçün boru-maneyə personajını seçib, libaslar bölməsinə keçirik. Burada mövcud libasın iki dublikatını yaradıb, birində alt, digərində isə üst borunu pozanla silirik.

Beləliklə, 3 fərqli formada maneyə əldə etmiş oluruq. Artıq arxa fon və personajları seçdiyimizə görə kod hissəsinə keçə bilərik. 

İlk növbədə quş personajını seçək və ona uyğun kod bloklarını iş sahəsinə daxil edək.

Oyunun işə düşməsi üçün Yaşıl bayraqdan istifadə edəcəyik. Hadisələr bölməsindən Yaşıl bayraq kliklənəndə əmrini seçək. Oyun başlayanda uyğun arxa fona keçməsi üçün Görünüş bölməsindən Blue Sky fonuna keç blokunu, personajın oyunun əvvəlində görünməsi üçün Görün blokların seçək. Hərəkət bloklarından Keç x: y: bloku vasitəsi ilə personajın ilkin mövqeyini təyin edirik. Daha sonra idarəetmə blokundan həmişə təkrarla komandasını iş sahəsinə daxil edirik. Əgər boşluq düyməsi sıxılıbsa hərəkət bloklarından y -i artır əmri ilə  y koordinatını 5 vahid artırırıq, əks halda sıxılmayıbsa personajın aşağı düşməsi üçün y koordinatını -5 dəyişirik. Bu kod üçün idarəetmədən əks halı olan Əgər blokundan və Sensorlar blokundan boşluq düyməsi sıxılıbsa əmrlərindən istifadə edirik. 

Oyunun maneyə və ya yerə toxunanda başa çatması üçün idarəetmə bölməsindən ikinci bir əgər bloku daxil edirik. Maneyəyə və ya səthə toxunmasını müəyyən etmək üçün Sensorlar bölməsindən rəngə toxunur, personja toxunur kimi komandalarından istifadə edirik. Əgər personaj maneyə və ya yerə toxnursa personajı gizlədib, uduzdum ismarıcı göndəririk. Oyunun bitməsi effektini yaratmaq üçün Arxa fonu dəyişirik. Görünüş bölməsindən fonuna dəyiş komandasında istifadə edirik.  Daha sonra bütün kodların dayanması tapşırığını veririk.  Eyni zamanda quşun uçmaq effektini yaratmaq üçün yeni bir bayraq bloku qoyub daxilində həmişə 0.3 saniyə gözləyib yeni libasa keçməsini təmin edirik. Bütün bu dediklərimizdən sonra quş personajı üçün kod şəkildəki kimi olacaqdır. 

İndi isə maneyə boruları üçün kodları yazmağa başlayaq. İlk öncə Yaşıl bayraq blokunu daxil edək. Oyun ilk başlayanda mane olmasın deyə maneyə personajını gizlədirik. Hərəkət blokundan  Keç X: Keç Y: komandası ilə maneyyənin ilkin vəziyyətini təyin edirik.  Maneyələrin fərqli zamanlarda gəlməsi üçün saniyə gözlə bloku seçirik və Gözlə blokunun vaxtı göstərdiyimiz dəyər hissəsində 2 və 4 arası təsadüfi ədəd seç bloku daxil edirik. Təsadüfi ədəd seç blokunu Operatorlar hissəsində tapa bilərsiz. Daha sonra bir seçə maneyənin gəlməsi üçün öz klonunu yarat komandasını daxil edirik. Prosesin oyun boyu davam etməsi üçün bütün bu kodları həmişə blokunun içərisinə salırıq. Klon kimi başlayan personajla iş üçün İdarəetmə Mən klon kimi başlayanda komandasını iş sahəsinə daxil edirik. Maneyənin hər dəfə təsadüfi bir formada gələsi üçün görünüşdən Libasına dəyiş və operatorlardan təsadüfi ədəd seç komandalarından istifadə edirik. Klon yarandıkdan sonra kodu 1 saniyə gözlədib Y koordinatın təyin edirik. Oyun başlayanda gizlədildiyi üçün görün əmrini daxil edirik.  Oyunda hərəkət edən quş personajı kimi görünsə də əslində ona tərəf hərəkət edən maneyə borularıdır. Bu hərəkəti təmin etmək üçün onların klonlarını yaradıb. X koordinatını müəyyən miqdar azaldırıq. Əgər X koordinatı dəyişərək Quşun olduğu mövqeni keçibsə onu artıq silə bilərik. Bu  prosesi davamlı oyun ərzində davam etməsi üçün həmişə dövrlərindən istifadə edirik.  Uduzmaq ismarıcı gələndə isə, maneyəni gizlədib, 1 saniyə gözləməklə bütün kodları saxlayırıq. Bütün bu qeyd etdiklərimizdən sonra kodlar şəkildə verilmiş kimi olacaqdır.

Oyun tam hazır olduqda videodakı kimi işləyəcəkdir:

Oyunu necə inkişaf etdirə bilərsiz?

Quş aşağı düşən zaman əyilməni necə təmin etmək olar?

Necə edə bilərik ki hər maneyəni keçdikcə oyunçu bir xal qazansın?

Necə edə bilərik ki, əgər oyunçu 180 saniyə heç bir maneyəyə toxunmasa qalib elan olunsun. 

Fikirlərinizi bizimlə Facebookİnstagram hesabımızda şərh bölməsində paylaşın

Microsoftun trend təhsil alətlərindən Wakelet

Son zamanlarda Wakelet trend təhsil aləti kimi müəllimlərin ən çox istifadə etdiyi alətlərdən birinə çevrilmişdir. Bəs Wakelet dərs mühitinizi necə dəyişdirir və sizin üçün daha asan bir öyrənmə mühiti yaradır? Növbəti yazımızda bu haqqda sizə məlumat verməyə çalışacağıq.

Wakelet platformu nədir?
Wakelet həm müəllimlər, həm şagirdlər üçün əlçatan və izləməsi asan olan ödənişsiz platformadır.Tədris zamanı lazım olan material və məzmunların rahatlıqla bir araya gətirilməsinə şərait yaradaraq, tədris prosesini asanlaşdırır. Wakelet öz istifadəçilərinə hər media tipinə uyğun məlumatların toplanması və məqsədəuyğun şəkildə təşkil olunması üçün imkan yaradır. 

Bəs müəllimlər və şagirdlər Wakelet platformuna necə daxil olur və ondan necə istifadə edirlər ?

Hal-hazırda dünyanın bir çox yerində müxtəlif sahədən insanlar Wakelet platformundan gündəlik fəaliyyətlərində istifadə edirlər: tədris sahəsində işçilər, tələbələr, idmançılar, bloggerlər, tədqiqatçılar, səyahətçilər, jurnalistlər, kitabxanaçılar, fotoqraflar və hətta təşkilatlar.  

İlk öncə, düşünürük ki, Wakelet platformunun şagirdlərin təhsil həyatındakı asanlaşdırıcı rolunu analiz etməklə, platformun önəmini vurğulaya bilərik. Şagirdlər Wakelet üzərindən rəqəmsal portfoliyo yarada bilərlər ki, bu da onların professional inkişafına və sinifdənkənar fəaliyyətlərdə iştiraklarının artmasına gətirib çıxarır. Bundan əlavə, hər hansı mövzuda tədqiqat işi apararkən Wakelet platformunun məlumatların toplanması və onun yenidən təşkilində, şagirdlərin öz qeydlərinin, video və ya şəkil məlumatlarının daxil edilməsində, qrup halında çalışarkən fikir mübadiləsində, həyata keçirdikləri layihələrin daha çox insana çatmasında olan rolu vurğulanmalıdır. Bir sözlə, tələbələr Wakelet Goggle Chrome uzantısından yaralanaraq, Wakelet kolleksiyasının gücündən istifadə etməklə araşdırmalarını asanlıqla idarə edə bilərlər.

Wakelet platformunun müəllimlərin tədris prosesində də müsbət rolu danılmaz faktdır. Biz bilirik ki, dərs planlanması müəllimlər üçün ən vaxt aparan və zəhmət tələb edən prosesdir. Wakelet isə bu prosesi daha əyləncəli hala gətirməklə yanaşı, müəllimlərin dərs planlanmasındakı kreativliyini də artırır. Həmçinin, dərs zamanı istifadə oluna bilən bütün növ materiallar sistemli halda bu platformda toplana və istənilən şəkildə nizamlana bilər, hansı ki, bu dərs zamanı lazım olan məlumat və materialların asan yolla əlçatan edir. Müəllimlər aktiv öyrənən olaraq daim yeni bacarıq və texnika inkişaf etdirir. Bu fikirdən yanaşsaq, onlar istər ilham verici bir podcast dinləmək, istər konfransdan ən yaxşı tövsiyələri götürmək, istərsə də düşündürücü bir məqalə oxumaq olsun, hamısını Wakelet kolleksiyalarına əlavə edə və istədikləri zaman yenidən nəzərdən keçirə bilərlər. 

Wakelet platformunun öyrənən üçün üstünlükləri:

  • 21-ci əsr bacarıqlarını inkişaf etdirir → yaradıcılıq, kommunikasiya bacarıqları, komandada işləmək qabiliyyəti, kritik düşüncə tərzi və s.
  • Rəqəmsali bacarıqlarını artırır;
  • Təqdimat bacarıqlarını inkişaf etdirir;
  • Qlobal əlaqələr yaradır;
  • Microsoft Teams daxilində bir tətbiq olaraq mövcuddur;
  • Məzuniyyət mərasimləri kimi tədbirləri dərc edərək, əsas çıxışların videolarını paylaşaraq, əlaqəli sosial media söhbətlərini arxivə qoyaraq və gündən foto yükləyərək dünyanın hər yerindən əlçatandır
  • Harda olursanız olun, hər zaman şagird və ya tələbələrinizlə, iş kollektivinizlə, həmkar və partnyorlarınızla bağlantıda qalmaqda yardım edir və s.

Sonda, onu deyə bilərik ki, Wakelet insanlara veb üzərindəki məzmunu tez və asanlıqla yadda saxlamağa, məqsədəuyğun təşkil etməyə və paylaşmağa imkan verir. Dünyanın bütün yerindən müxtəlif sahədə çalışan insanlar çox sayda qaynaq əldə etmək, portfel kolleksiyası yaratmaq üçün, xəbər bülleteni kimi və digər bir çox məqsədlər üçün Wakelet platformundan istifadə edirlər!

Daxil olmaq üçün link: https://wakelet.com/

Mənbə

İbtidai sinif müəllimləri üçün interaktiv riyaziyyat alətləri

“Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır.”  Bu ifadə riyaziyyatın tədrisi üçün də doğrudur. Riyazi anlayışların vizuallaşdırılması mövzunun və izah edilən anlayışın şagirdlər tərəfindən daha yaxşı dərk edilib, uzun müddət yaddaşlarında qalmasına kömək edir. Bu videomuzda sizləri riyazi anlayışların və mövzuların tədrisində istifadə olunan interaktiv alətlərdən ibarət saytlarla tanış edəcəyik. Video dərsdə ibtidai sinif müəllimlərinin riyaziyyat dərslərində istifadə edə biləcəkləri müxtəlif alətlər nəzərdən keçirilmişdir. Videoda təqdim olunan alətlərin istifadə qaydalarına aid nümumələr verilmişdir. Alətlərdən istər virtual sinif mühitində istərsə də üzbəüz siniflərdə istifadə etmək olar. Təqdim olunan alətlər interaktiv lövhə ilə də istifadəsi mümkündür.

Bu kimi öyrədici resurslarla bağlı paylaşımlardan xəbər tutmaq üçün bizi facebook səhifəmizi bəyənməyə dəvət edirik

Facebook: https://www.facebook.com/EdtechAzerbaijan/

Google Forms ilə onlayn qiymətləndirmə

Google Forms Google şirkəti tərəfindən təqdim olunan xidmətlərdən biridir. Forms əvvələr məlumat toplamaq, sorğu aparmaq üçün istifadə edilsə də, hal-hazırda Quiz imkanı ilə müəllimlərə onlayn qiymətləndirmə aparmaq imkanı təqdim edir.

Google Forms üçün link: https://www.google.com/forms

 

 

Mənbə: https://www.edtech.az/blog/google-forms-ile-onlayn-qiymetlendirme

PolyUp ilə proqramlaşdırmada dəyişən- Lift məsələsi

Polyup platformasında hazır obyektlərdən və bloklardan istifadə edib, öz məsələnizi də hazırlaya bilərsiz

Məsələnin şərti:
Əligilin binasında liftdə nasazlıq yaranıb. Lift hansı düymənin basılmasından aslı olmayaraq yalnız 5-ci mərtəbəyə qalxır. Əli liftin proqram təminatında elə dəyişiklik etmək istəyir ki, lift daxil olunan ədədə uyğun mərtəbəyə qalxsın. Əliyə proqram təminatında düzəliş etməyə kömək et.

 

Şagirdlər üçün onlayn resurslar

Hörmətli səhifə izləyiciləri,

Məlumunuz olduğu kimi, martın 3-dən 9-dək təhsil müəssisələrində tədris prosesi müvəqqəti dayandırılıb. Bu zaman övladlarınızın vaxtını səmərəli keçirmələri və təhsil prosesindən yayınmamaları üçün verilmiş resurslardan istifadə edə bilərsiniz.

Poly Up resursu haqqında video dərslər

Poly Up Riyaziyyat və alqoritmik düşüncənin tədrisində istifadə olunan onlayn resursudur. Resurs:

  • Müxtəlif yaş qrupları ilə istifadə oluna bilər
  • Kompüter, planşet, telefon üzərindən istifadə oluna bilər
  • Oyun əsaslı olduğu üçün uşaqlar üçün maraqlı və cəlb edicidir
  • Layihə əsaslı öyrənmədə müxtəlif layihələrin hazırlanmasında istifadə oluna bilər
  • Bir məsələyə müxtəlif yanaşmalar ortaya qoymağa imkan verir
  • Şagirdlərin problem həll etmə, yaradıcılıq, tənqidi düşüncə bacarıqlarını inkişaf etdirir

Daha ətraflı məlumat üçün aşağıdakı video dərsləri izləməyinizi tövsiyyə edərdim:

1. Poly Up platforması ilə tanışlıq

2. Poly Up maşınları və onlardan necə istifadə etməli?

 

3. Poly Up- da qeydiyyat və maşınları kəşf et !

4. Poly Up da öz maşınını yarat !

 

Təhsil və onunla bağlı mövzular insanları nə qədər maraqlandırır?

Təhsil və onunla bağlı mövzular vətəndaşlarımızı nə qədər maraqlandırır? Bu suala cavab tapmaq üçün Google Trends vasitəsi ilə kiçik bir araşdırma apardım. Google Trends  ilə son 12 ayda ölkəmizdən və bir neçə başqa ölkədə Google ilə  müəyyən açar sözlərlə aparılan axtarışlara baxdım. Aşağıda göstərilən statistikada 100 rəqəmi yüksək populyarlığı, 50 -isə orta populyarlıq üçün verilən qiymət hesab olunur:

1. Google vasitəsi ilə  ölkəmizdə “Texnologiya” və “Messi” açar sözləri ilə axtarışların nisbəti: 16- 37

Screen Shot 2018-07-10 at 5.32.08 PM 

2. Google vasitəsi ilə  Türkiyə ərazisində “Teknoloji” və “Messi” açar sözləri ilə axtarışların nisbəti: 61- 17

Screen Shot 2018-07-10 at 5.34.26 PM

3.Google vasitəsi ilə  ABŞ ərazisində “Technology” və “Messi” açar sözləri ilə axtarışların nisbəti: 89- 13

Screen Shot 2018-07-10 at 5.36.11 PM

4. Google vasitəsi ilə  ölkəmizdə “Kurikulum” və “Serial” açar sözləri ilə axtarışların nisbəti: 28- 63

Screen Shot 2018-07-10 at 5.43.57 PM

Düşünürəm ki, qrafiklər Google üzərində insanların daha çox hansı mövzulara maraq göstərdiklərini aydın göstərir. Təəssüf olsun ki, insanlar seriala, Messiyə və s. göstərdikləri marağı təhsilə, texnologiyaya göstərmirlər.

Əgər özünüz müqayisələr aparmaq istəyirsinizsə, aşağıdakı addımları izləyin:

  1. Verilmiş linkə daxil olun : https://trends.google.com/trends/?geo=AZ
  2. Nəticələrinə baxmaq istədiyiniz açar sözü daxil edib, ENTER düyməsinə klikləyin
  3. Digər bir açar sözlə müqayisə etmək istəyirsinizsə, İkinci açar sözü   “+Compare” hissəsinə daxil edin.
  4. Nəticələrə fərqli ölkələr və müddət üçün baxmaq mümkündür.

 

Elektron lövhələrdən istifadə təlimatı

IWB-01

  1. Elektron lövhələrin üzərinə maqnit və digər əşyaları yapışdırmaq olmaz. Yapışdırılan əşyalar və maqnit elektron lövhənin kalibrasiyasına və yazının dəqiqliyinə pis təsir edir.
  2. Elektron lövhələrin üzəridə markerlə yazmayın. Markerlə yazılmış lövhələrin görüntüsünün keyfiyyəti aşağı düşür. İti əşyalardan yazı aləti kimi istifadə etməyin. Elektron lövhənin səthini cızmayın.
  3. Elektron lövhələrin lampalarının istifadə müddətində məhdudiyyət olduğu üçün, istifadə etmədiyininiz vaxtlarda elektron lövhələri söndürün. Elektron lövhə söndürüldükdən sonra, dərhal cərəyandan ayırmayın. Bir neçə dəqiqə gözləyib daha  sonra cərəyandan ayırmağınız tövsiyyə edilir.
  4. Elektron lövhənin kabellərinə qarşı diqqətli olun: qatlamayın, asanlıqla tapdalana biləcək yerlərə qoymayın .
  5. Elektron lövhə işləyərkən onun proyektorunun həddindən çox isinə biləcəyi üçün proyektora toxunmamaları barəsində şagirdlərinizi təlimatlandırın. Eyni zamanda onlara izah edin ki, elektron lövhənin lampasına bir başa baxmaq gözləri üçün zərərlidir.
  6. Şagirdlərin boyu yazmaq üçün lövhənin yuxarı hissəsinə çatmırsa, stuldan və digər əşyalardan  istifadə etməyin.
  7. Elektron lövhənin ekranını və kənar çərçivəsini  hər zaman təmiz saxlayın. Elektron lövhəni təmizləməzdən əvvəl onu söndürün və  kompüterdən ayırın. Interaktiv lövhənin ekranın üzərinə bir başa təmizləyici  maddəni püskürtməyin, bunun əvəzinə təmizləyici maddəni lövhəni təmizlədiyiniz parçanın üzərinə püskürdün və və lövhəni onun vasitəsi ilə yumuşaq şəkildə təmizləyin. Proyektorun lampasına heç vaxt bir başa  əl ilə toxunmayın
  8. Elektron lövhədə hansısa texniki problem yarandıqda bu barədə lazımı qurumlara məlumat verin.

ClassDojo alətinin sinifdə istifadəsi

ClassDojo sinif idarə etmə alətlərindən biridir. Əsasən sinifdə şagirdləri düzgün davranışa    istiqamətləndimək üçün istifadə olunsa da, müəllimlər üçün faydalı bir çox funksiyası da vardır. Gəlin bunlara qısa şəkildə nəzər salaq:

Toolkit- Dərsdə istifadə edə biləcəyiniz alətlər qutusudur. Daxilindəki. alətlərdən bəziləri:

  • Timer– İrəliyə və geriyə doğru sayım saatları
  • Random– Təsadufi şagird seçmək üçün istifadə olunur
  • Group Maker– Şagirdləri qısa zamanda, verilmiş sayda qrupa bölür
  • Noise Meter- Sinifdəki səs- küyün səviyyəsini göstərən interaktiv şkala

Classroom-  Bu bölmədə şagirdlərə xal vermək və yaxud xal çıxmaqla yarış təşkil olunur və düzgün davranışa motivasiya olunur. Meyarlar və onlara veriləcək xallar sizin tərəfinizdən seçilir. Valideynləri əlavə etməklə onlar verilən və yaxud çıxılan istənilən xaldan xəbərdar olmalarını, hesabatlar almalarını təmin etmək mümkündür. Proqramn oyunlaşdırma hissəsidir.

Stories- Bütün sinif jurnalında və yaxud individual formada mətn, şəkil, fayl paylaşmaq mümkündür. Bu proqramın rəqəmsal portfolyo kimi istifadə olunan hissəsidir.

Messages– valideynlərə toplu və yaxud individual məktublar göndərmək mümkündür.

Resursdan istifadə ilə bağlı video təlimat:

Öyrənməni əyləncəyə çevir ! – Kahoot

Kahoot sinifdə bilik yarışı təşkil etmək üçün istifadə edə biləcəyiniz maraqlı saytlardan biridir. Xüsusi ilə formativ qiymətləndirmə zamanı istifadə edə biləcəyiniz bu sayt uşaqlarda dərsə qarşı böyük maraq yaradır.  Müəllim əvvəlcə kahoot saytında oyunu hazırlayır və oyunu proyektor və ya elektron lövhə vasitəsi ilə nümayiş etdirir. Şagirdlər telefon və ya kompüter ilə lövhədəki kodu yazıb, oyuna qoşulur və bir – birlərinə qarşı yarışırlar. Suallar lövhədə, cavablar isə uşaqların qurğularında görünür. Ən tez və ən çox düzgün cavab verən şagird (komanda ) daha çox xal toplayır və qalib olur.

Oyun hazırlamaq üçün link (müəllimlər  üçün): https://kahoot.com

Oyun oynamaq üçün link: (uşaqlar  üçün ): https://kahoot.it

İstifadəsinin üstünlükləri:

  1. Şagirdlərin dərsə motivasiyasını artırır, dərsə qarşı maraq yaradır.
  2. Müxtəlif qurğular (kompüter, telefon, planşet) vasitəsi ilə qoşulmaq və oynamaq mümkündür.
  3. Sadə dizaynı var, istifadəsi rahat və asan öyrənilə biləndir.
  4. Müxtəlif növ suallardan istifadə etmək mümkündür.
  5. Suallarda şəkillərdən, videolardan istifadə etmək mümkündür.
  6. Oyun birdikdən sonra, proqram müəllimə detallı şəkildə nəticələri təqdim edir.

Resursdan istifadə haqqında video:

Müəllimlər üçün Beynəlxalq İSTE standartları

İSTE (Beynəlxalq Təhsil Texnologiyaları Cəmiyyəti) təhsildə texnologiyadan istifadə ilə bağlı müxtəlif tədqiqatları həyata keçirən beynəlxalq təşkilatdır. İSTE—nin müəllimlər, şagirdlər və digər təhsil işçiləri üçün nəzərdə tutulmuş müxtəlif standartları var. Effektiv müəllim modeli və İSTE- nin şagirdlər üçün nəzərdə tutulmuş standartlarını tətbiq etməklə tədrisi inkişaf etdirmək, zəngin öyrənmə təcrübəsi yaratmaq və şagirdlər, müəllimlər, təhsil işçiləri üçün müsbət model yaratmaq mümkündür.  Bütün müəllimlərin bu standartlar və performans göstəriciləri ilə tanış olması və tətbiq etməsi tövsiyyə edilir:İSTESEKİL.jpg

  1. Şagirdlərin öyrənmələrini asanlaşdırmaq və yaradıcılığa təşviq etmək

 Müəllim fənnə aid biliklərindən, öyrənmə və öyrətmə imkanlarından, texnologiyadan  istifadə edərək, üzbəüz və yaxud distant şəkildə şagirdlərin öyrənmələrini asanlaşdıracaq, yaradıcılıq, yenilikçilik bacarıqlarını inkişaf etdirən fəaliyyətlər təşkil edir.

  1. Texnologiya əsrinin tələblərinə uyğun öyrənmə fəaliyyətləri və qiymətləndirmə hazırlamaq və inkişaf etdirmək.

 Müəllim effektiv öyrənmənin baş verməsi üçün müasir dövrün yeni texnologiyalarından, rəqəmsal resurslarından istifadə edərək müxtəlif öyrənmə fəaliyyətləri təşkil edir, onları inkişaf etdirir və nəticəsini qiymətləndirir. Öyrənənin tiplərinə görə rəqəmsal resurslardan və texnologiyadan istifadə edərək hazırladığı tapşırıqları fərdiləşdirir, şagirdlərin xüsusiyyətlərinə və bacarıqlarına uyğun resurslardan istifadə edir, texnologiyadan istifadə edərək müxtəlif formalarda  formativ və summativ qiymətləndirmə vasitələri hazırlayıb şagirdlərə təqdim edir.

  1. Rəqəmsal texnologiyalar dövründə iş və öyrənmə mövzusunda nümunə olmaq

 Yenilikçi bir peşə sahəsinin nümayəndəsi olan müəllim texnologiya əsrinin tələblərinə uyğun şəkildə işləyir, buna uyğun olan bilik və bacarıqlarını nümayiş etdirir. Şagirdlər, valideynlər və təhsil sahəsində çalışan digər şəxslərlə müasir texnologiyalardan istifadə etməklə ünsiyyət qurur və əməkdaşlıq edir.

  1. Rəqəmsal vətəndaşlığı təbliğ edir

 Sürətlə dəyişən və inkişaf edən bir rəqəmsal cəmiyyətdə yaşayan müəllimlər bu rəqəmsal cəmiyyətin yerli və qlobal problemlərini, qaydaları bilir və onlara əməl edir. Müəllif hüquqlarına, intelektual mülkiyyətə  hörmətlə yanaşır.

  1. Peşəkar inkişaf və liderlik

 Müəllim daima peşəkar inkişafına diqqətlə yanaşmalı, özünü peşəkar olaraq inkişaf etdirməli və həyat boyu fasiləsiz öyrənmə mövzusunda nümunə olmalıdır. Bu məqsədlə müəllim beynəlxalq və yerli tədbirlərdə iştirak etməli, şagirdlərin öyrənmə imkanlarını inkişaf etdirmək üçün yeni proqramlar, onlayn resurslar tapmalıdır.

Digər standartları və müəllimlər üçün olan standartların İngilis dilində olan versiyasını oxumaq üçün link:

https://drive.google.com/drive/folders/0B7uyMv1mHyxBbEduTXlYMHhubzA?usp=sharing

 

Artırılmış reallıq nədir?

Artırılmış reallıq (Augumented reality) texnologiyanın müasir sahələrindən biridir. Şübhəsiz ki, günümüzdə müxtəlif sahələrdə istifadə bu texnologiya təhsil sahəsində də tətbiq edilməyə başlanılıb. Uşaqlar tərəfindən maraqla qarşılanan bu texnologiyadan istifadə  hər gün daha da artr. Artıq internetdə artırılmış reallıqla bağlı müxtəlif fənnlərə aid çoxlu sayda proqram, dərs nümunələri, fəaliyyətlər tapa bilərsiniz. Artırılmış reallıq  virtual dünya ilə real aləmi özündə birləşdirən yeni bir texnologiyadır. Artırılmış reallığın müsbət tərəfləri: 

  • Uşaqlar üçün maraqlı və əyləncəlidir
  • Güclü motivasiya vasitələridir
  • Uşaqlar üçün müxtəlif tapşırıqları yerinə yetirərək öyrənmək imkanı vardır
  • Artırılmış  reallıqla verilən məlumat uşaqların daha uzun müddət yaddaşında qalır

Mənfi tərəfləri: 

  • Fəaliyyət ciddi planlaşdırılmasa, sadəcə oyun olaraq qala bilər.
  • Əlavə texnologiyadan istifadə tələb olunur
  • Bəzən əlavə vaxt itkisinə səbəb olur.
  • Ödənişli olan nümunələrin sayı çoxdur.

 

Günümüzdə müxtəlif  fənnlərin tədrisində geniş istifadə olunan bu texnologiya haqqında   bir nümunəni sizinlə paylaşmaq istəyirəm. Videoda istifadə edilmiş proqramın adı Quliverdir. Həm Android qurğularda həmdə İOS qurğularda istifadə etmək mümkündür.

 

 

Voki ilə öz qəhrəmanını canlandır

Hörmətli müəllimlər,

Voki müxtəlif qəhrəmanları canlandırmaq, səsləndirmək üçün istifadə olunan internet servisidir. Servis imkan verir ki saytdakı qəhrəmanları  mikrafonla səsini yazmaqla, və yaxud kompüterdə olan səsi əlavə etməklə canlandırasan. Bundan başqa saytın:

  • Hazır qəhrənamları redaktə etmək,
  • Mikrafondan, kompüterdən səs daxil etmək
  • Klaviaturadan daxil edilmiş mətni səsləndirmək
  • Arxa fonu dəyişmək
  • Hazırlanan işi müxtəlif sosial şəbəkələrdə paylaşmaq və linki olan şəxslərin qeydiyatdan keçmədən işi izləmək kimi imkanları var.

Servisdən müəllimlər və şagirdlər müxtəlif məqsədlərlə istifadə edə bilər. Sayt şagirdlərə geniş yaradıcılıq imkanları, eyni zamanda müəyyən məsələyə özləri üçün maraqlı olar formada münasibət bildirmək imkanı yaradır.

Məsələn: Ev heyvanları haqqında dərs zamanı, şagirdlərin hər biri sayta daxil olur, özünün seçdiyi ev heyvanının canlandırır və onun insanlar üçün əhəmiyyətini izah edir.  Bu sadə tapşırıq zamanı şagirdlərin özlərini ifadə etmək, yaradıclıq bacarıqları inkişaf edir. 

Əgər sizində resursdan istifadə haqqında maraqlı ideyanız varsa, bloqda şərh hissəsində yazmaqla digər həmkarlarınızla bölüşə bilərsiniz.

BYOD nədir?

byod.png

BYOD   – Bring Your Own Device- “Öz Avadanlığını Gətir” təhsildə həyata keçrilən yeni layihələrdən biridir. Layihə  şagirdlərə öz texnoloji qurğularını- telefonlarının, planşetlərini, notebookularını  məktəbdə  gətirib dərslərdə istifadə etməyə icazə verir. Bugün ki yazıda hələ də bir çox məktəbin tətbiqi etməyə tərəddüd etdiyi bu layihə haqqında danışacam. Bu layihənin faydaları nədir?

  1. Texnologiyanın çox böyük sürətlə yenilənməsi nəticəsində məktəblərdəki texnologiya yenilənmək məcburiyyəində qalır. Bu isə çox böyük maliyyə yüküdür. Bu layihə məktəbləri çox böyük maliyyə xərcinən xilas edir.
  2. Şagirdlər məktəb qurğularınan istifadə edərkən, bəzən yerinə yetirdikləri iş yarımcıq qalır və evdən tapşırıqlarını tamamlaya bilimirlər. Lakin öz qurğularını gətirdikdə istənilən yerdən istənilən zaman öz tapşırıqlarına, dərslərinə davam edə bilirlər. Beləliklə layihə “İstənilən zaman istənilən yerdən öyrən” prinsipini dəstəkləyir.
  3. Şagirdlər dərs zamanı, dərsdən sonra elektron resurslara daxil olmaq imkanı qazanırlar
  4. Şagirdlər arasında əməkdaşlıq imkanlarını artırır.
  5. Hər bir şagirdə fərdi yanaşmaq imkanını artırır. Müəllimə şagirdin ehtiyacı olan matrealı asanlıqla şagirdlərlə paylaşa bilir.

Bəs layihəni tətbiq edən zaman nələrə diqqət etmək lazımdır?

  • Məktəb lazımı internet sürəti ilə təmin olunmalıdır, eyni zamanda internet təhlükəsizliyi ilə bağlı məsələlər həll edilməlidir.
  • Yaxşı olar ki, ilkin addımda bir və yaxud bir neçə pilot siniflə layihəyə başlanılsın.
  • Layihəyə başlayacaq məktəbdə “Texnologiyadan düzgün istifadə” haqqında siyasət hazırlanıb şagird və müəllim heyəti ilə bölüşdürülməlidir.
  • Bu layihə ilə işləyəcək müəllimlər layihə, onun məqsədləri barəsində təlimatlandırılmalıdır.
  • Məktəbdə istifadə LMS sistemi qurulmalıdır.
  • Valideynlər bu prosesin bir hissəsi olmalıdır.
  • Öz qurğusunu olmayan şagirdlər nəzərə alınmalıdır.

Pulsuz onlayn kurs : “Məktəblər üçün 21 əsr bacarıqları”

Hörmətli müəllimlər.

19 sentyabr 2016- cı il tarixində European Schoolnet Academy tərəfindən təşkil olunan müəllimlər üçün onlayn kurs başlayacaqdır.
Kurs 3 həftə davam edəcək və ingilis dilində olacaqdır.
Kurs 3 bölmədən ibarətdir:

  1. Məktəblər üçün 21 əsr bacarıqları ilə tanışlıq
  2. Layihə Əsaslı Öyrənmə prosesində əsas bacarıqların tədris edilməsi
  3. Əsas bacarıqların qiymətləndirilməsi

Hər bölmənin sonunda iştirakçılar testi yerinə yetirirlər. eyni zamanda kurs ərzində müxtəlif ölkələrdən olan insanlarla fikir mübadiləsi aparmaq, müxtəlif tapşırıqları yerinə yetirmək imkanı qazanırsınız. Kursu uğurla tamamlayanlar sertifikat qazanır.

Qeydiyatdan keçmək üçün link: http://academy.schooleducationgateway.eu/en/web/competences-for-21st-century-schools

Kurs tanıtım videosu :

 

Tədrisdə istifadə olunan yeni üsullardan biri -STEM nədir?

Screen Shot 2016-07-05 at 12.32.36 AM.pngSTEM  termini  Science (Təbiət elmləri), Technology (Texnologiya), Engineering (Mühəndislik) ve Mathematics (Riyaziyyat) sözlərinin ilk hərflərindən götürülmüşdür. Təhsildə istifadə olunan yeni  yanaşmalardan  biridir. Bu tədris metodunda riyaziyyat, texnologiya, mühəndislik, təbiət fənnlərinin tədrisinin ayrı ayrılıqda yox birlikdə əlaqaləli şəkildə həyata keçrilməsi tövsiyyə edilir. Bu tədris metodu müxtəlif ölkələrdə 1950- ci ildən bəri tətbiq edilir. Hal – hazırda ən çox tətbiq olunduğu ölkələr ABŞ, İngiltərə, Almaniyadır. Bu metodun əsas məqsədi şagirdlərdə “XXI əsr bacarıqlarını” formalaşdırmaq və inkişaf etdirməkdir. Bu tədris üsulunda şagirdlər riyaziyyat və təbiət fənnlərində öyrəndikləri müxtəlif məlumatları gündəlik həyatlarında qarşılarına çıxan müxtəlif problemlərə, müxtəlif layihələrdə tətbiq etməklə öz yaradıcılıqlarını, komanda şəkilində işləmək bacarıqlarını, məntiqi  təfəkkürlərini, problem həll etmə bacarıqlarını inkişaf etdirirlər. Eyni zamanda öyrəndiklərini tətbiq etdikləri üçün öyrəndikləri məlumatları daha yaxşı mənimsəyir, daha uzun müddət onların yaddaşında qalır. Seçilən problemlerin və icra olunan layihələrin real həyatla əlaqaləi olmasına, eyni zamanda şagirdyönümlü olmasına xüsusi diqqət edilirş Bu metodla qurulan dərslər şagirdlər üçün daha maraqlı və daha cəlbedici olur, onlar dərslərdə daha fəal və həvəslə iştirak edirlər. Dərslərin keçirilməsi üçün müəllimnən xüsusi bilik və bacaraqırlaq tələb olunur. Çünki layihələr, seçilmiş problemlər nə qədər şagirdyönümlü olsa da müəllim layihələrin hazırlanmasında  və problemlərin həllində şagirdlərlə birlikdə fəaliyyət göstərir, onların fəaliyyətini istiqamətləndirir. Buna görə də STEM dəsləri keçrilən məktəblərdə müəllimlərə xüsusi təlimlər keçirilir.

Bütün sinifin bir sənədin üzərində işləyə biləcəyi sayt -titanpad.com

Hörmətli müəllimlər.

Bugün ki video dərsimdə sizə titanpad.com saytı haqqında məlumat verəcəm. Sayt sizə sinifinizdəki bütün  şagirdlərlə eyni anda  bir sənədin üzərində işləməyə imkan verir. Hər bir şagirdin əlavə etdiyi mətn, etdiyi dəyişiklik fərqli fərqlə göstərildiyi üçün şagirdlərdən kimin hansı işi gördüyünü izləyə bilirsiniz. Bundan başqa chat hissəsində müzakirə apara, sonda hazırlanan mətni kompüterinizə yükləyə bilərsiniz. Sayt pulsuzdur və qeydiyyat tələb etmir. Saytdan refleksiya mərhələsində, tədqiqat zamanı istifadə etmək olar. Video dərsdə saytdan istifadə ilə bağlı bir neçə ideya verilib, siz öz ideyanınızı şərh bölməsində digər həmkarlarınızla paylaşa bilərsiniz

Saytdan istifadə haqqında video dərs: