Online kitab hazırlamaq və şagirdlərə faydası

Şagirdlərinizlə dərslərdə istifadə edə biləcəyiniz tapşırıq https://www.mystorybook.com/booksnövlərindən biri də kitab hazırlamaqdır. Müəllim şagirdlərə bölmənin əvvəlində bu bölmə haqqında kitab hazırlamağı tapşırırılar. Həmçinin müəllim şagirdlərə kitabı hansı meyarlar əsasında hazırlamalı olduqlarını izah edir. Bölmənin sonunda şagirdlər hazırladıqları kitabı müəllimə göstərirlər. Bu müəllim üçün qiymətləndirmə vasitəsi şagirdlər üçün isə bölmə haqqında dərs matrealıdır. Sonra şagirdlər istəsələr öz kitablarını öz sinif yoldaşları, məktəb yoldaşları ilə paylaşıb ,onların fikrini öyrənə bilər. Kitab hazırlamağın faydaları hansılardır?

  • Şagirdlərin kitaba qarşı marağını artırır
  • Şagird öz yaradıcılığını nümayiş etdirmək imkanı qazanır
  • Bölmə haqqında dərs matrealı əldə etmiş olur
  • Kitabı digər şagirdlərlə bölüşməklə başqa şagirdlərdən yeni fikirlər, ideyalar öyrənir, informasiya mübadiləsi aparır

 


Sayta daxil olmaq üçün link:  https://www.mystorybook.com

Saytdan istifadə haqqında video dərs:https://youtu.be/icNQW7gigiQ

Advertisements