Animasiya hazırlamaq üçün proqram

Hörmətli müəllimlər,

Bugünki video dərsimdə sizləri animasiya hazırlamaq üçün istifadə olunan proqramla tanış edəcəm . Proqramın adı Frames -dir və öz asan interfeysinə, geniş imkanlarına görə digər proqramlardan fərqlənir. Dərsi izlədikdən sonra, proqram haqqında fikirlərinizi, dərsdə necə istifadə edəcəyinizlə bağlı ideyaları bizimlə bölüşməyi unutmayın. Hazırladığınız animasiyaları, şərh hissəsində paylaşmaqla həmkarlarınızla paylaşa bilərsiniz.


 

 

 

Advertisements

Voki ilə öz qəhrəmanını canlandır

Hörmətli müəllimlər,

Voki müxtəlif qəhrəmanları canlandırmaq, səsləndirmək üçün istifadə olunan internet servisidir. Servis imkan verir ki saytdakı qəhrəmanları  mikrafonla səsini yazmaqla, və yaxud kompüterdə olan səsi əlavə etməklə canlandırasan. Bundan başqa saytın:

  • Hazır qəhrənamları redaktə etmək,
  • Mikrafondan, kompüterdən səs daxil etmək
  • Klaviaturadan daxil edilmiş mətni səsləndirmək
  • Arxa fonu dəyişmək
  • Hazırlanan işi müxtəlif sosial şəbəkələrdə paylaşmaq və linki olan şəxslərin qeydiyatdan keçmədən işi izləmək kimi imkanları var.

Servisdən müəllimlər və şagirdlər müxtəlif məqsədlərlə istifadə edə bilər. Sayt şagirdlərə geniş yaradıcılıq imkanları, eyni zamanda müəyyən məsələyə özləri üçün maraqlı olar formada münasibət bildirmək imkanı yaradır.

Məsələn: Ev heyvanları haqqında dərs zamanı, şagirdlərin hər biri sayta daxil olur, özünün seçdiyi ev heyvanının canlandırır və onun insanlar üçün əhəmiyyətini izah edir.  Bu sadə tapşırıq zamanı şagirdlərin özlərini ifadə etmək, yaradıclıq bacarıqları inkişaf edir. 

Əgər sizində resursdan istifadə haqqında maraqlı ideyanız varsa, bloqda şərh hissəsində yazmaqla digər həmkarlarınızla bölüşə bilərsiniz.