Hörmətli müəllimlər.
Aşağıdakı linkdə “NİM oyunu” -nun hazır faylını tapa bilərsiniz. NİM oyunu qədim oyun növlərindən biridir. Maraqlı eyni zamanda diqqət və düşüncə tələb edən bir oyundur.
Oyunu dərslərinizdə istifadə etmək üçün :
- https://drive.google.com/file/d/0B7uyMv1mHyxBV2hmdVB4dFJOb28/view?usp=sharing linkində verilmiş faylı kompüterinizə yükləyin
- Faylı açıb “Sualı bura yaz” qeyd olunmuş səhifələrə suallarınızı, növbəti səhifədəki “Cavabı bura yazın ” hissəsinə isə cavablarınızı daxil edin
- Şagirdlərinizi iki qrupa ayırın. Şagirdlər daş götürməzdən əvvəl sual seçib, həmin suala düzgün cavab verməlidirlər.
- Oyunun qaydalarına görə bir cəhddə yalnız bir sütündan ama istənilən sayda daş götürmək olar. Sonuncu daşı götürən məğlub hesab edilir.