Onlayn müzakirə və səsvermə aləti

Hörmətıi müəllimlər.Screen Shot 2016-04-18 at 3.05.32 PM.png

Aşağıda verilmiş videoda onlayn müzakirə və səsvermə aləti haqqında məlumat əldə edə bilərsiniz. Saytdan dərs zamanı və dərsdən kənar vaxt ərzində şagirdlərinizlə müəyyən məsələləri müzakirə etmək, ideyaları paylaşmaq üçün istifadə edə bilərsiniz. Sayt eyni zamanda sizə paylaşılan ideyaların sesverməsini həyata keçirməyə imkan verir. Sayt asan istifadəçi interfeysinə malikdir.

Sayta daxil olmaq üçün link: www.stickymoose.com

Saytdan istifadə haqqında video dərs:

Beyin həmləsi üçün online resurs

Aşağıdakı resursdan  beyin həmləsi metodundan istifadə edərkən faydalana bilərsiniz.

  • Sayta daxil olun müzakirə olunacaq ideyanı, fikiri daxil edin.http://www.tricider.com/home İdeyanı və ya fikiri şagirdlərlə paylaşın
  • Saytdan istifadə etməklə daxil etdiyiniz şəkillərin,  linklər vasitəsi ilə videoların və digər faylların da müzakirəsi mümkündür
  • Şagirdlər bu ideya barəsində müsbət , mənfi arqumentlər gətirə bilər, öz fikirlərini əlavə edə bilər, daxil edilmiş ideyalara münasibət bildirə, bəyəndikləri ideyalara səs verə bilərlər.
  • Şagirdlərə bunu ev tapşırığı kimi vermək olar, şagirdlər internet olan istənilən yerdən istənilən zaman müzakirəyə qoşula bilərlər
  • Siz müzakirəyə qoşulmaq üçün son tarix təyin edə bilərsiniz


Saytdan istifadə ilə bağlı video dərs: https://youtu.be/-77gtPPbJck

Sayta daxil olmaq üçün link: http://www.tricider.com/home

Online müzakirə aparmaq üçün resurs və onun faydaları

Təhsildə İKT-nin tətbiqi ilə  yaranmış yeni https://www.neatchat.com/metodlardan  biri də online müzakirə aparmaqdır. Bəs online müzakirənin xüsusiyyətləri nələrdir? Dərslərimizdə sinif daxili apardığımız müzakirədən fərqi nədədir?  Bu sualların cavabları qısa qeydlər şəkilində belə göstərə bilərik.

  • Siz online müzakirəni həm sinif daxilində dərs zamanı, həmdə dərsdən əlavə vaxtda sinif xaricində apara bilərsiniz.
  • Şagirdləriniz bu müzakirəyə istənilən zaman və istənilən yerdən qoşula bilərlər.
  • Ev tapşırığının bir növü kimi siz şagirdlərinizə müəyyən saatda , hansısa bir resursa daxil olub müzakirə aparmaqlarının tapşıra bilərsiniz.
  • Dərsdə xəstəlik və digər səbəblərə görə iştirak edə bilməyən şagirdlər, daha sonra müzakirəyə daxil ola bilər və onlar dərslərindən geri qalmazlar.
  • Online müzakirə şagirdlərinizdə şəbəkə etikası, internetdən istifadə mədəniyyəti, virtual vətəndaşlıq mədəniyyətinin inkişafına kömək edəcək.
  • Siz mövzunun müzakirəsindən sonra, müzakirəni çap edib resurs kimi şagirdlərə paylaya bilərsiniz.


Online müzakirə aparmaq üçün resurs: https://www.neatchat.com/

Saytdan istifadə ilə bağlı video təlimat: https://youtu.be/7HjxT_7W99k

Müzakirə aparmaq üçün resurs

Hörmətli istifadəçilər, bugün sizə sinif daxilində müzakirə aparmaq üçün yeni bir alət təqdim edəcəyik. Sayta daxil olursunuz, sinif üçün müzakirə otağı yaradırsınız.resurs Müzkirə otağına şagirdlərinizi dəvət edirsiniz və onlarla müzakirəyə başlayırsınız. Şagirdlərinizi müzakirəyə dəvət etmək üçün sadəcə ekranın yuxarı hissəsində brauzerin ünvan sətrindəki linki göndərməyiniz kifayətdir.
Resursla ətraflı tanış olmaq üçün resursdan istifadə ilə bağlı video dərsi izləyə bilərsiniz.


Sayta daxil olmaq üçün link: https://todaysmeet.com

Resursdan istifadə ilə bağlı video dərs :https://youtu.be/4TF-mgUX6aY

Refleksiya aləti və Online jurnal

Şagirdlərinizlə birlikdə müəyyən məsələləri müzakirə edə biləcəyiniz, divar qəzeti, gündəlik hazırlaya biləcəyiniz web 2.0 aləti.padlet


Sayta daxil olmaq üçün link : https://padlet.com/auth/login

Saytdan istifadə ilə bağlı video dərs :https://youtu.be/BXf5rkjP5zE