Artırılmış reallıq nədir?

Artırılmış reallıq (Augumented reality) texnologiyanın müasir sahələrindən biridir. Şübhəsiz ki, günümüzdə müxtəlif sahələrdə istifadə bu texnologiya təhsil sahəsində də tətbiq edilməyə başlanılıb. Uşaqlar tərəfindən maraqla qarşılanan bu texnologiyadan istifadə  hər gün daha da artr. Artıq internetdə artırılmış reallıqla bağlı müxtəlif fənnlərə aid çoxlu sayda proqram, dərs nümunələri, fəaliyyətlər tapa bilərsiniz. Artırılmış reallıq  virtual dünya ilə real aləmi özündə birləşdirən yeni bir texnologiyadır. Artırılmış reallığın müsbət tərəfləri: 

  • Uşaqlar üçün maraqlı və əyləncəlidir
  • Güclü motivasiya vasitələridir
  • Uşaqlar üçün müxtəlif tapşırıqları yerinə yetirərək öyrənmək imkanı vardır
  • Artırılmış  reallıqla verilən məlumat uşaqların daha uzun müddət yaddaşında qalır

Mənfi tərəfləri: 

  • Fəaliyyət ciddi planlaşdırılmasa, sadəcə oyun olaraq qala bilər.
  • Əlavə texnologiyadan istifadə tələb olunur
  • Bəzən əlavə vaxt itkisinə səbəb olur.
  • Ödənişli olan nümunələrin sayı çoxdur.

 

Günümüzdə müxtəlif  fənnlərin tədrisində geniş istifadə olunan bu texnologiya haqqında   bir nümunəni sizinlə paylaşmaq istəyirəm. Videoda istifadə edilmiş proqramın adı Quliverdir. Həm Android qurğularda həmdə İOS qurğularda istifadə etmək mümkündür.

 

 

Advertisements

Proqramlaşdırma dərslərində motivasiya üçün təqdimat

Faylı video şəkilində əldə etmək üçün klikləyin :https://youtu.be/uEawwGAfNcU

Faylı PowerPoint faylı şəkilində əldə etmək üçün klikləyin : https://drive.google.com/file/d/0B7uyMv1mHyxBZ1V0UFhITks0Zm8/view?usp=sharing