Tinkercad ilə 3D modelləşmə və fəza fiqurları

TinkerCad – Autodesk tərəfindən hazırlanmış 3D modelləşdirmə sistemidir. Saytdan istifadə etməklə modelləşmə, 3D dizayn, fəza fiqurları kimi mövzuları tədris etmək mümkündür. Saytda həmçinin modellər hazırlamaq üçün öyrədici  dərslər verilib. Şagirdlər hazırladıqları işləri saytın galerya hissəsində paylaşa bilər. Əgər 3D printer varsa çap etməkdə mümkündür. Müxtəlif fiqurlardan modellər hazırlamaq şagirdlərin yaradıcılıq, problem həll etmə kimi bacarıqlarını inkişaf etdirir. Resursdan eyni zamanda fəza fiqurlarının tədrisi zamanı resurs kimi də istifadə etmək olar.   Daha ətraflı aşağıdakı video dərsdə :

Advertisements

TPACK modeli nədir?

Təhsildə texnologiyanı tətbiq etmək üçün istifadə olunan modellərdən biri də TPACK modelidir. TPACK modelinin mərkəzində 3 mühüm anlayış dayanır: Texnologiya, Pedaqoqika, Məzmun. TPACK modelinə görə dərs planlaşdırılarkən bu 3 mərkəzi anlayış nəzərə alınmalıdır.

  1. Texnologiya- dərsi planlaşdıran zaman siz hansı texnologiyalardan istifadə edəcəyinizi planlaşdırırsınız.
  2. Pedaqoqika – dərsi planlaşdıran zaman siz hansı iş üsullarından, iş formalarından istifadə edəcəyinizi planlaşdırırırsınız.
  3. Məzmun –siz dərsdə şagirdlərə nəyi öyrədəcəksiniz?, hansı fənni? Hansı bölməni? Hansı mövzunu?