Öz bloqunu hazırlamaq istəyənlər üçün 10 məsləhət

  1. Bloqunuzun mövzusunu, oxucu kütlənizi müəyyən edin və ona uyğun paylaşımlar edin.
  2. Bloqunuzun dizaynı yerləşdirdiyiniz məlumatlara, bloqunuzun oxucu kütləsinə uyğun olmalıdır. Bloqun dizaynı, istifadə etdiyiniz fontlar, arxa fon oxucunun gözünü yormamalıdır
  3. Paylaşdığınız məlumat keyfiyyətli, oxucu üçün yeni, asan anlaşılan və sadə dildə olmalıdır.
  4. Yazıların başlıqları oxucunun diqqətini özünə cəlb etməlidir. Eyni zamanda yazının məzmununa uyğun olmalıdır.
  5. Uzun cümlələr oxucu üçün cəlb edici deyil, bloqunuzda maraqlı videolar, şəkillər paylaşın
  6. Oxucularınızla ünsiyyətə girin, yazılan rəylərə vaxtında cavab yazın. Yerləşdirdiyiniz yazıların sonunda “Bu barədə siz nə düşünürsünüz?” tipli suallardan istifadə
  7. Bloqunuzu sosial şəbəkələrdə reklam edin. Bloqunuzla eyni adlı səhiflə açın.
  8. Məlumatları tez- tez yeniləyin
  9. Plagiatlıqdan uzaq olun, əmin olmadığınız məlumatı, yarımçıq məlumatı bloqunuzda yerləşdirməyin
  10.  Bloqunuzun quruluşunu elə seçin ki, oxucu üçün axtardığı məlumatı tapmaq asan olsun

Siz necə düşünürsünüz maraqlı bloqda daha nəcə olmalıdır?

Texnologiya ilə bir çox müəllimin edə biləcəyi bəzi yeniliklər

Hörmətli müəllimlər.

Dərslərində texnologiyanı tətbiq etmək istəyən hər bir müəllimin aşağıdakılarıdownload  yoxlamasını məsləhət görərdim.

  1. Sinif bloqunuzu yaradın. Sinif bloqunu yaratmaq üçün Blogspot, WordPress, Wix, Weebly kimi hazır sistemlərdən istifadə edə bilərsiniz. Bloqda keçilən mövzular haqqında məlumatlar, videolar, tapşırıqlar, faydalı saytlar, öyrədici oyunlar, dərsdəki fəaliyyətlərdən şəkillər paylaşa bilərsiniz. Bloq həmçinin şagirdlərinizlə, valideynlərlə əlaqə saxlamaq üçün, şagirdlərlə dərsdən sonra, tətil müddətində müzakirələr aparmaq üçün gözəl vasitədir.
  2. Sinifinizin video kanalını yaradın və şagirdlərin fəaliyyətindən videoları, onların hazırladığı işlər haqqında videolar hazırlayıb bu kanala əlavə edin. Şagirdlərin hazrladığı işləri nümayiş etdirmək, onlar üçün əlavə motivasiya olacaq. Kanalı yaradarkən təhlükəsizlik məsələlərini də nəzərə almağı unutmayın
  3. Dərslərinizdə kompüterlərdən istifadə edin. Əgər sinif otağınızda kifayət qədər kompüter yoxdursa, kompüter labaratoriyasından istifadə edə bilərsiniz. Bu zaman məktəbin informatika müəlliminin köməyindən də istifadə edə bilərsiniz.
  4. Skype vasitəsi ilə sinifinizə, tədris  mövzusuna uyğun  mütəxəssis dəvət edin. Digər məktəblərlə video konfranslar təşkil edin, müəyyən mövü ətrafında müzakirələr aparın. Bu şagirdlərinizdə əməkdaşlıq, başqasının fikrinə hörmətlə yanaşma kimi bacarıqların inkişaf etməsinə imkan verəcək.
  5. Dərslərinizdə öyrədici saytlardan, öyrədici oyunlardan istifadə edin. Bu dərsinizə qarşı şagirdlərdə böyük marağın yaranmasına, eyni zamanda şagirdlərinizdə texnologiyadan, internetdən düzgün istifadə bacarığının formalaşmasına mühüm təsir edəcək.
  6. Sinif daxilində email sisteminizi yaradın. Mənim sizə məsləhətim gmail xidmətindən istifadə etməyinizdir. Çünki Gmail hesabı yaratmaqla siz, Google şirkətinin təqdim etdiyi digər xidmətlərdən də istifadə etmək imkanı əldə edəcəksiniz. Sini daxilində email sisteminizin olması, sinif daxilində informasiya mübadiləsini asanlaşdırcaq, siz rahatlıqla şagirdlərinizlə müxtəlif məlumatları bölüşə bilcəksiniz.
  7. “Bulud yaddaşından” istifadə edin. Google Drive, Dropbox və bir çox bulud texnologiyası təqdim edən xidmətlər var ki, sizə öz sənədlərinizi, şəkillərinizi, videolarınızı internetdə təhlükəsiz saxlamağa imkan verir. Dərs planlarınızı, tapşırıq vərəqlərinizi belə buludlarda saxlamaq, sizi fayllarınızı itirmək təhlükəsindən azad edir, lazım olan anda lazımı faylı kompüterinizə yükləyib yenidən istifadə edə bilirisiniz. Həmçinin belə texnologiyalar sizə imkan verir ki, sənədlərinizi digər həmkarlarınızla asanlıqla bölüşəsiniz, onlarla əməkdaşlıq edib yeni sənədlər hazırlayasınız.