BYOD nədir?

byod.png

BYOD   – Bring Your Own Device- “Öz Avadanlığını Gətir” təhsildə həyata keçrilən yeni layihələrdən biridir. Layihə  şagirdlərə öz texnoloji qurğularını- telefonlarının, planşetlərini, notebookularını  məktəbdə  gətirib dərslərdə istifadə etməyə icazə verir. Bugün ki yazıda hələ də bir çox məktəbin tətbiqi etməyə tərəddüd etdiyi bu layihə haqqında danışacam. Bu layihənin faydaları nədir?

  1. Texnologiyanın çox böyük sürətlə yenilənməsi nəticəsində məktəblərdəki texnologiya yenilənmək məcburiyyəində qalır. Bu isə çox böyük maliyyə yüküdür. Bu layihə məktəbləri çox böyük maliyyə xərcinən xilas edir.
  2. Şagirdlər məktəb qurğularınan istifadə edərkən, bəzən yerinə yetirdikləri iş yarımcıq qalır və evdən tapşırıqlarını tamamlaya bilimirlər. Lakin öz qurğularını gətirdikdə istənilən yerdən istənilən zaman öz tapşırıqlarına, dərslərinə davam edə bilirlər. Beləliklə layihə “İstənilən zaman istənilən yerdən öyrən” prinsipini dəstəkləyir.
  3. Şagirdlər dərs zamanı, dərsdən sonra elektron resurslara daxil olmaq imkanı qazanırlar
  4. Şagirdlər arasında əməkdaşlıq imkanlarını artırır.
  5. Hər bir şagirdə fərdi yanaşmaq imkanını artırır. Müəllimə şagirdin ehtiyacı olan matrealı asanlıqla şagirdlərlə paylaşa bilir.

Bəs layihəni tətbiq edən zaman nələrə diqqət etmək lazımdır?

  • Məktəb lazımı internet sürəti ilə təmin olunmalıdır, eyni zamanda internet təhlükəsizliyi ilə bağlı məsələlər həll edilməlidir.
  • Yaxşı olar ki, ilkin addımda bir və yaxud bir neçə pilot siniflə layihəyə başlanılsın.
  • Layihəyə başlayacaq məktəbdə “Texnologiyadan düzgün istifadə” haqqında siyasət hazırlanıb şagird və müəllim heyəti ilə bölüşdürülməlidir.
  • Bu layihə ilə işləyəcək müəllimlər layihə, onun məqsədləri barəsində təlimatlandırılmalıdır.
  • Məktəbdə istifadə LMS sistemi qurulmalıdır.
  • Valideynlər bu prosesin bir hissəsi olmalıdır.
  • Öz qurğusunu olmayan şagirdlər nəzərə alınmalıdır.
Advertisements

Məktəbdə texnologiyadan istifadə səviyyəsini müəyyən etmək üçün 7 sual

Əgər bir məktəbdə hansı səviyyədə texnologiyadan istifadə olunduğunu bilmək istəyirsinizsə müəyyən suallar var ki onlara cavab tapmalısınız. Bu sualları qısa olaraq sadalayaq.  SEKIL

  1. Məktəb lazım olan qurğularla, kompüterlərlə, elektron lövhələrlə, proyektorlarla və sürətli internetlə təmin olunubmu?
  1. Məktəbdə müəllimlərin fəaliyyətini dəstəkləyən, onlarla əməkdaşlıq edən, texnologiya ilə bağlı qarşılarına çıxan  problemləri həll etməyə kömək edən, onlarla dərs planlaşdıran, dərslərdə iştirak edən, texnologiyadan istifadə ilə bağlı yeni üsullarla tanış edən şəxs və yaxud şəxslər varmı?
  1. Müəllimlərinizin və şagirdlərinizin müntəzəm olaraq istifadə etdikləri online resurslar və saytlar varmı?
  1. Məktəbinizə dərs prosesində  kompüterlərdən istifadə olunurmu?
  1. Məktəbinizdə dərs prosesində planşetlərdən istifadə olunurmu?
  1. Məktəbin müəllimləri dərs hazırlayarkən web 2.0 alətlərindən, internet saytlarından nə dərəcədə istifadə edir?
  1. Məktəbdə elektron lövhələrdən düzgün istifadə olunurmu?

 

Unutmayaq ki, Biz bugün texnologiyadan dərslərdə istifadədən çox texnologiyadan düzgün istifadəyə önəm verməliyik. Dərsinizdə hər hansısa bir texnologiyadan və yaxud yeni üsuldan istifadə etməzdən əvvəl özünüzə sual verin : “Bu üsuldan və yaxud texnolgiyadan istifadə mənim dərsimin keyfiyyətini necə artıracaq?, şagirdlərimin dərsi mənimsəməsinə necə kömək edəcək?” İstənilən halda, dərslərdə texnologiyadan istifadə ilk növbədə dərsin keyfiyətinin artmasına , şagirdlərin bilik və bacarıqlarının inkişafına xidmət etməlidir.

Ölkəmizdə bu sahədə çox ciddi işlər görülür, müxtəlif layihələr həyata keçrilir və artıq nəticələr əldə olunmağa başlanılıb. Hər biriniz bu prosesə dəstək olmağa çağırır, dərslərinizdə uğurlar arzulayıram.