TinkerCad – Autodesk tərəfindən hazırlanmış 3D modelləşdirmə sistemidir. Saytdan istifadə etməklə modelləşmə, 3D dizayn, fəza fiqurları kimi mövzuları tədris etmək mümkündür. Saytda həmçinin modellər hazırlamaq üçün öyrədici dərslər verilib. Şagirdlər hazırladıqları işləri saytın galerya hissəsində paylaşa bilər. Əgər 3D printer varsa çap etməkdə mümkündür. Müxtəlif fiqurlardan modellər hazırlamaq şagirdlərin yaradıcılıq, problem həll etmə kimi bacarıqlarını inkişaf etdirir. Resursdan eyni zamanda fəza fiqurlarının tədrisi zamanı resurs kimi də istifadə etmək olar. Daha ətraflı aşağıdakı video dərsdə :
Etiket: kompüter modelləşməsi
Simulyasiyalar -Kompüter modelləri
Müxtəlif fənnlərə aid simulyasiyalar tapa biləcəyiniz internet resursu.
Resursa daxil olmaq üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz:
https://phet.colorado.edu/en/simulations/category/new