Bir neçə addımda komiks, karikatura hazırlama

Şagirdlərinizə yerinə yetirə biləcəyiniz tapşırıq növlərindən biri də komiks, karikatura hazırlamaqdır. Əksər hallarda müəllimlər komiks və yaxud karikatura hazırlamaq kimi proqramların çətin olduğuna görə, dərslərində belə proqramlardan istifadə etmirlər. Bu  video dərsimizdə sizləri istifadəsi olduqca asan Toonytool.com aləti ilə tanış etmək istəyirəm. Saytdan istifadə etməklə komiks, poster, karikatura hazırlamaq olar.

image (3)

Saytdan müxtəlif məqsədlərlə və müxtəlif formalarda  istifadə etmək mümkündür. Məsələn:

  1. Müəllim şagirdlər üçün qısa zamanda öyrədici material, poster hazırlaya bilər.
  2. Şagirdlər saytdan istifadə edib dərs zamanı hansısa mövzuda poster, komiks, karikatura hazırlaya, dialoq qura bilərlər.
  3. Müəllim dərsdən sonra şagirdlərə, dərs zamanı öyrəndikləri bir faktı poster şəklində hazırlamağı tapşıra bilər.

Dərslərdə bu kimi tapşırıqlardan və saytlardan istifadə şagirdlər üçün dərsi daha maraqlı, cəlbedici edir. Eyni zamanda şagirdlərin yaradıcılıq, İKT bacarıqlarının inkişafına müsbət təsir göstərir. Hazırladığınız posterləri, dərsdə  saytdan istifadə ilə bağlı ideyalarınızı şərh hissəsində bizimlə paylaşmağı unutmayın.

 

 

Advertisements

Comicmaster ilə komiks, hekayə hazırlamaq

Hörmətli müəllimlər, aşağıdakı linklərdə hekayə, komiks hazırlamaq üçün resurs və buhttp://www.comicmaster.org.uk/ resursdan istifadə ilə bağlı video dərslə tanış ola bilərsiniz.


Sayta daxil olmaq üçün link:http://www.comicmaster.org.uk/

Video dərs : https://youtu.be/KiAyPmGIFjM