Programlaşdırmanın tədrisi üçün interaktiv sayt

Hörmətli müəllimlər !Screen Shot 2018-02-12 at 11.29.12 AM

Aşağıdakı linkdə, şagirdlərə proqramlaşdırma ilə bağlı  interaktiv tapşırıqlar təqdim edən sayt verilmişdir. Saytın əsas ideyası şagirdləri öz səhvlərindən öyrənməyə yönləndirməsidir. Saytdan həm dərs zamanı, həm də dərsdən əlavə saatlarda istifadə edə bilərsiniz. Hal -hazırda saytda iki müxtəlif tapşırıq növü aktivdir.

Tapşırıq  1: http://silentteacher.toxicode.fr

Tapşırıq  2: http://compute-it.toxicode.fr

Saytın ümumi linki http://www.toxicode.fr/learn#stay-tuned

Saytda suallara düzgün cavab verdikdə  cavabınız yaşıl, səhv cavablarda isə cavabınız qırmızı rəngdə olur. Hər bir rəngi dəyişən dairə keçdiyiniz bir mərhələni göstərir.  Sayt əsasən proqramlaşdırmaya yeni başlayanlar üçün nəzərdə tutulub.

 

 

 

 

Advertisements

Learningapps ilə “Uyğun olanları birləşdir” tipli tapşırıq hazırlamaq

Hörmətli müəllimlər.Screen Shot 2015-10-09 at 2.03.17 PM

Aşağıdakı videoda Learningapps.org  ilə “Uyğun olanları birləşdir” tipli tapşırıq hazırlamağı öyrənəcəksiniz. Həmçinin aşağıda nümunə kimi hazırrlanmış iki resurs da tapa bilərsiniz


 Video dərs :https://youtu.be/6pvMdvZaJrw

Nümunə resurslar :       http://LearningApps.org/watch?v=pop2w1brj01

 http://LearningApps.org/watch?v=pcc1e3yp301

Sayta daxil olmaq üçün link :  http://LearningApps.org