İDEYA XƏRİTƏSİ NƏDİR? ONU NECƏ HAZIRLAMALI?

İdeya xəritələri öyrədənlər və öyrənənlər tərəfindən öyrənmə fəaliyyətlərində uzun müddətdir istifadə olunan bir vasitədir. Aparılan tədqiqatlar göstərir ki, ideya xəritələrinin hazırlanması yaddaşı möhkəmləndirir və məlumatın uzun müddət yadda qalmasına kömək edir. Eyni zamanda öyrənənin tənqidi düşüncə, analiz etmək kimi bacarıqlarını inkişaf etdirir. Öyrənilən mövzunun, fəaliyyətin, prosesin ideya xəritəsinin hazırlanması zamanı bu fəaliyyətin və ya mövzunun elementləri müəyyən olunur, onlar arasındakı əlaqələr araşdırılır. Nəticədə tədqiq edilən mövzu öyrənən üçün daha aydın, başa düşülən bir formaya çevrilir. İdeya xəritələrindən öyrənmə prosesində müxtəlif məqsədlər üçün istifadə etmək mümkündür: 

  • Qeydlər aparmaq üçün
  • Təhlil və analiz prosesində
  • Tədqiqat prosesində
  • Xülasə hazırlamaq üçün
  • Konsept və proseslərin vizullaşdırılması
  • Problemin həll yolunu araşdırmaq
  • Yaradıcılıq prosesində yeni məhsulun hazırlanması üçün
  • Planlaşdırma işlərində

Günümüzdə ideya xəritələri hazırlamaq üçün ödənişli və ödənişsiz müxtəlif alətlər mövcuddur. Əgər əvvələr bu alətlərdən istifadə edən zaman ideya xəritəsinə yalnız mətn və oxlar daxil etmək olurdusa, günümüzün alətləriə ideya xəritələrinə, fiqurlar, şəkil, video, linklər kimi müxtəlif obyektləri daxil etməyə imkan verir.  İdeya xəritəsiz hazırlanan zaman bu iki yanaşmadan istifadə edə bilərsiniz. 

1- ci üsulda ideya xəritəsinin əsas sualı daha sonra onun cavabını tapmağa kömək edən yardımçı suallar daxil edilir. Hər bir sualın cavabı xəritəyə əlavə olunur və cavablar arasındakı əlaqələr müəyyənləşdirilir.

2- ci üsulda isə ideya xəritəsi ilə bağlı şagird bütün bildiklərini xəritəyə daxil edir. Daha sonra bu elementlər müəyyən əlamətlərə görə qruplaşdırılır. Qruplar isə onları birləşdirən əlamətlərə -suallara birləşdirilir. Daha sonra qruplar arasındakı daxili əlaqələr müəyyən edilir.

İdeya xəritəsi hazırlayan zaman aşağıdakılara diqqət etməkdə fayda var:

  • Əsas tədqiqat obyektini və ya sualını ölçüsünə və rənginə görə digərlərindən fərqləndirin
  • İdeya xəritənizin eyni qrupa məxsus qollarının eyni ölçüdə və rəngdə edin
  • İdeya xəritənizin daha aydın olması üçün uyğun və düşündürücü şəkillərdən istifadə edin
  • İstinad mənbəyi kimi linklərdən istifadə ideya xəritənizi daha zəngin edəcəkdir

Bu yazımızıda sizə ideya xəritələri hazırlamaq üçün istifadə edə biləcəyiniz 5 müxtəlif aləti təqdim edirik.

  1. https://coggle.it/  – ödənişsiz platformadır. İnternet brauzeri  üzərindən çalışır. Hazırladığınız xəritəni şəkil və ya pdf kimi yükləmək imkanı təqdim edir. 
  2. https://www.mindmup.com/ – internet brauzeri üzərindən çalışan növbəti platforma. Hazırladığınız ideya xəritələrini müxtəlif ölçülərdə və formatlarda yaddaşda saxlamağa imkan verir.
  3. Bubbl.us– asan istifadəçi imkanlarına görə digər ideya xəritəsi proqramlarından fərqlənir. Əgər bu işdə yenisinizsə qısa müddətdə öyrənib yüksək keyfiyyətli işlər hazırlaya bilərsiz.
  4. https://www.mindomo.com/ – brauzer üzərindən işləyir. İlk 3 ideya xəritəsini hazırlamaq pulsuzdur. Hazırladığınız xəritələri müxtəlif formatlarda saxlamaq və paylaşmaq imkanı təqdim edir.
  5. https://simplemind.eu/ – proqram şəkilində kompüterə yüklənən bu alət ideya xəritələrində səs və digər media resurslarından asanlıqla istifadəsinə imkan verir.

Verlmiş videoda Bubbl.us ilə ideya xəritəsinin hazırlanması qaydası ilə tanış ola bilərsiz.

İdeya xəritələrinin hazırlanması

İdeya xəritəsi üçün resurs

Hörmətli müəllimlər aşağıdakı saytdan dərslərinizdə ideya xəritəsi hazırlamaq üçün istifadə edə Screen Shot 2015-10-13 at 3.14.41 PMbilərsiniz. İdeya xəritələri müəyyən mövzunu sizə təhlil etməyə imkan verən resurslardır. Bu saytın ideya xəritəsi yaratmaq üçüb nəzərdə tutulmuş digər saytlardan əsas fərqi  şəkilləri, mətn sənədlərinizi və digər faylları ideya xəritəsinə əlavə edə bilmək imkanıdır.


Sayta daxil olamaq üçün link :http://www.spiderscribe.net

Saytdan istifadə etmək üçün video təlimat :https://youtu.be/BgFHRxHW4sw

Learningapps.org ilə ideya xəritəsi hazırlamaq

Hörmətli müəllimlər, bu video dərsdə learningapps.org saytı vasitəsi ilə ideya xhttps://youtu.be/3zHKh1OOpdAəritəsi hazırlamaq barədə məlumat verilir. İdeya xəritələrindən  müəyyən məlumatların, müəyyən dərsi şagirdlərlə təhlil etmək üçün istifadə edə bilərsiniz.


Video dərsə baxmaq üçün link :https://youtu.be/3zHKh1OOpdA 

Xəritə hazırlamaq üçün online alət

Hörmətli müəllimlər, aşağıdakı saytdan istifadə edərək, xəritə üzərində şagirdlərə müxtəlif tapşırıqlar verə bilərsiniz. Saytdan bir şagir bir kompüter layihəsi çərçivəsində şagirdlərə tapşırıq vermək üçün və yaxud müəyyən xəritələr hazırlamaq üçün istifadə edə bilərsiniz.

Sayta daxil olmaq üçün link : https://scribblemaps.com/

Saytdan istifadə ilə bağlı video təlimat :https://youtu.be/XyLpdVAIBCE

İdeya xəritəsi hazırlamaq üçün resurs

Aşağıdakı internet resursundan istifadə etməklə ideya xəritəsi hazırlaya bilərsiniz. Resursun üstünlüyü sadə və istifadəsi asan olmasıdır.

  • Aşağıdakı linkə daxil olun: https://www.text2mindmap.com
  • Outline your text hissəsindəki mətni silin və öz başlığınızı daxil edin və Enter düyməsini sıxınScreen Shot 2015-08-13 at 10.16.48 AM
  • Əsas obyektə budaq kimi əlavə etmək istədiyiniz obyekti Tab sıxdıqdan sonra yazın.
  • Draw Mind Map düyməsinə klikləyərək idea xəritənizi hazırlayın
  • Download düyməsindən istifadə edib ideya xəritəsini kompüterinizə yükləyə, save düyməsi ilə yaddaşda saxlaya bilərsiniz