- Elektron lövhələrin üzərinə maqnit və digər əşyaları yapışdırmaq olmaz. Yapışdırılan əşyalar və maqnit elektron lövhənin kalibrasiyasına və yazının dəqiqliyinə pis təsir edir.
- Elektron lövhələrin üzəridə markerlə yazmayın. Markerlə yazılmış lövhələrin görüntüsünün keyfiyyəti aşağı düşür. İti əşyalardan yazı aləti kimi istifadə etməyin. Elektron lövhənin səthini cızmayın.
- Elektron lövhələrin lampalarının istifadə müddətində məhdudiyyət olduğu üçün, istifadə etmədiyininiz vaxtlarda elektron lövhələri söndürün. Elektron lövhə söndürüldükdən sonra, dərhal cərəyandan ayırmayın. Bir neçə dəqiqə gözləyib daha sonra cərəyandan ayırmağınız tövsiyyə edilir.
- Elektron lövhənin kabellərinə qarşı diqqətli olun: qatlamayın, asanlıqla tapdalana biləcək yerlərə qoymayın .
- Elektron lövhə işləyərkən onun proyektorunun həddindən çox isinə biləcəyi üçün proyektora toxunmamaları barəsində şagirdlərinizi təlimatlandırın. Eyni zamanda onlara izah edin ki, elektron lövhənin lampasına bir başa baxmaq gözləri üçün zərərlidir.
- Şagirdlərin boyu yazmaq üçün lövhənin yuxarı hissəsinə çatmırsa, stuldan və digər əşyalardan istifadə etməyin.
- Elektron lövhənin ekranını və kənar çərçivəsini hər zaman təmiz saxlayın. Elektron lövhəni təmizləməzdən əvvəl onu söndürün və kompüterdən ayırın. Interaktiv lövhənin ekranın üzərinə bir başa təmizləyici maddəni püskürtməyin, bunun əvəzinə təmizləyici maddəni lövhəni təmizlədiyiniz parçanın üzərinə püskürdün və və lövhəni onun vasitəsi ilə yumuşaq şəkildə təmizləyin. Proyektorun lampasına heç vaxt bir başa əl ilə toxunmayın
- Elektron lövhədə hansısa texniki problem yarandıqda bu barədə lazımı qurumlara məlumat verin.
Etiket: elektron lövhə
Activinspire proqramında Position funksiyasından istifadə etməklə Anaqram hazırlamaq
Hörmətli müəllimlər.
Aşağıdakı video dərsdə active inspire proqramında Position funksiyasından istifadə etməklə Anaqramın hazırlanması haqqında məlumat verilmişdir:
Elektron lövhələr yoxsa planşetlər hansı gələcəkdə tədrisdə daha böyük rol oynayacaq?
Elektron lövhələrdən sinif otaqlarında istifadə olunması tədris prosesində çox böyük yenilik olmuşdur. Lakin texnologiyanın inkişafı nətixəsində, onların gələcəkdəki rolu böyük sual altındadır. Artıq bir çox ölkədə elektron lövhələrlə yanaşı planşetlərdən istifadə olunmağa başlanılıb. Bəs elektron lövhə yoxsa planşetlər hansı gələcəkdə tədrisdə daha böyük rol oynayacaq?. Düşnürəm ki, gələcəkdə planşetlərdən daha çox istifadə olunacaq. Bunu isə aşağıdakı səbələrlə əlaqələndirmək olar:
- Elektron lövhələrlə müqayisədə planşetlərin qiymətləri daha aşağıdır. Müqayisə etsək: 10 sinifi elektron lövhə ilə təmin etmək üçün lazım olan məbləğdən daha aşağı xərclə həmin sinifləri planşetlərlə təmin etmək olar.
- Elektron lövhədən istifadə zamanı tapşırığı yerinə yetirən zaman lövhədən bir və yaxud iki şagird istifadə edə bilir. Bu isə sinfin digər şagirdlərinin fəaliyyətsiz qalmasına səbəb olur. Planşetlərdən isə qrup işləri, cütlərlə iş, bütün siniflə iş zamanı istifadə etmək mümkündür.
- Planşetlərdən istifadə edən zaman hər bir şagirdə fərqli tapşırıq vermək- şagirdə fərdi yanaşmaq mümkün olur.
- Elektron lövhələrdə şagirdlər adətən müəllimin əvvəlcədən hazırladığı tapşırıqları yerinə yetirilər və şagrdin yaradıcılığını məhdud çərçivədə göstərə bilir. Planşetlərdə isə müxtəlif tətbiqetmələr var ki, şagird onlardan istifadə etməklə öz yaradıcılığını müxtəlif formalarda əks elətdirə bilir. Planşetlərdən istifadə edib şagirdlər :kitab, poster, video hazırlayır, onunla interetdə müxtəlif resurslardan istifadə edirlər. Eyni zamanda elektron lövhələr üçün hazırlanmış bəzi dərsləri planşetlərdə də açıb istifadə etmək mümkündür. Bunula siz şagirdə” öz lövhəsində işləmək imkanı “ verirsiniz.
- Elektron lövhə daşına bilən deyil. Bunun əksinə planşetlərdən rahatlıqla sinifin müxtəlif hissələrində istifadə etmək olar.
Smart Notebook
Günümüzdə istifadə olunan elektron lövhələrin bir növü də Smart lövhələrdir. Öz imkanlarına, hazır resurslarına görə digər lövhələrdən fərqlənən bu lövhələrdə dərs hazırlamaq üçün Smart Notebook proqramından istifadə edilir.
Aşağıdakı linkdə bu proqramdan istifadə ilə bağlı Azərbaycan dilində təlimat kitabını yükləyə bilərsiniz.
Təlimat kitabını yükləmək üçün link: https://drive.google.com/file/d/0B7uyMv1mHyxBNEZKbWNoYi10clU/view?usp=sharing
Elektron Təhsil müsabiqəsi
Hörmətli müəllimlər,
Nəzərinizə çatdırmaq istəyirəm ki, Elektron təhsil müsabiqəsinə işlərin qəbuluna başlanılmışdır. Müsabiqədə hər birinizə uğurlar arzulayıram !
Müsabiqəyə daxil olmaq və ətraflı məlumat üçün link : http://musabiqe.edu.az
Smart lövhələrdə istifadə edə biləcəyiniz resurslar
Hörmətli istifadəçilər. Aşağıdakı saytda Smart lövhələrdə istifadə edə biləcəyiniz
müxtəlif resurslar, dərs planları tapa bilər, online təlimlərdən xəbərdar ola bilərsiniz. Rahat istifadə və tədbirlərdən xəbərdar olmaq üçün qeydiyyatdan keçməyi
unutmayın.
Sayta daxil olmaq üçün link : http://exchange.smarttech.com
Promethan lövhələrdə istifadə edə biləcəyiniz müxtəlif resurslar
Hörmətli müəllimlər. Aşağıdakı saytda Promethan lövhələrdə istifadə edə biləcəyiniz müxtəlif resurslarla yanaşı, pulsuz onlie təlimlərə də qoşuıa bilərsiniz. Rahat istifadə və tədbirlərdən xəbərdar olmaq üçün qeydiyyatdan keçməyi unutmayın.
Sayta daxil olmaq üçün link :http://www.prometheanworld.com