Bir neçə addımda komiks, karikatura hazırlama

Şagirdlərinizə yerinə yetirə biləcəyiniz tapşırıq növlərindən biri də komiks, karikatura hazırlamaqdır. Əksər hallarda müəllimlər komiks və yaxud karikatura hazırlamaq kimi proqramların çətin olduğuna görə, dərslərində belə proqramlardan istifadə etmirlər. Bu  video dərsimizdə sizləri istifadəsi olduqca asan Toonytool.com aləti ilə tanış etmək istəyirəm. Saytdan istifadə etməklə komiks, poster, karikatura hazırlamaq olar.

image (3)

Saytdan müxtəlif məqsədlərlə və müxtəlif formalarda  istifadə etmək mümkündür. Məsələn:

  1. Müəllim şagirdlər üçün qısa zamanda öyrədici material, poster hazırlaya bilər.
  2. Şagirdlər saytdan istifadə edib dərs zamanı hansısa mövzuda poster, komiks, karikatura hazırlaya, dialoq qura bilərlər.
  3. Müəllim dərsdən sonra şagirdlərə, dərs zamanı öyrəndikləri bir faktı poster şəklində hazırlamağı tapşıra bilər.

Dərslərdə bu kimi tapşırıqlardan və saytlardan istifadə şagirdlər üçün dərsi daha maraqlı, cəlbedici edir. Eyni zamanda şagirdlərin yaradıcılıq, İKT bacarıqlarının inkişafına müsbət təsir göstərir. Hazırladığınız posterləri, dərsdə  saytdan istifadə ilə bağlı ideyalarınızı şərh hissəsində bizimlə paylaşmağı unutmayın.

 

 

Smart Notebook ilə “konteyner” hazırlamaq

Elektron lövhələrdə istifadə olunan proqramlardan biri də Smart Notebook proqramıdır. Proqramın üstün cəhəti istifadəsinin və öyrənilməsinin çox asan olmasıdır. Qaleriyasındakı hazır flaş aktivitilərlə digər proqramlarda hazırlanması uzun müddət tələb edən tapşırıqları bir neçə dəqiqədə hazırlaya bilərsiniz.

Excel vasitəsi ilə “Reytinq cədvəli” hazırlamaq

Şagirdlərin diqqətini dərsə cəlb etmək, onalrın dərsdə daha fəal iştirakını təmin etmək üçün istifadə edə biləcəyiniz üsullardan biri də Reytinq cədvəlidir. Bu üsulla siz şagirdləri bir öyrənmə yarışına cəlb edəcəksiniz. Reytin cədvəlini siz müəyyən bölmə üçün, ay və dərs həftəsi üçün hazırlaya bilərsiniz. Reytinq cədvəlindən istifadə sizə aşağıdakı məsələlərdə kömək edəcəkdir :

  • Şagirdlərin dərsdə fəal iştirakını təmin etmiş olacaqsınız
  • Şagirdlər davranış qaydalarına daha yaxşı əməl edəcək
  • Dərsə daha hazırlıqlı gələcəklər
  • Dərsdə daha maraqla və həvəslə iştirak edəcəklər

Aşağıdakı video dərsdə Excel proqramı vasitəsi ilə reytinq cədvəli hazırlamaq haqqında məlumat əldə edə bilərsiniz:

 

Səs şkalası

Hörmətli müəllimlər.Screen Shot 2016-01-04 at 9.51.11 PM.png

dərslərinizdə istifadə edə biləcəyiniz səs şkalasını sizinlə payalaşmaq istəyirəm. Fayl powerpoint proqramında hazırlanıb. Şkaladan sinifdə sakitliyi təmin etmək üçün istifadə edə bilərsiniz.  Şkala əvvəlcədən şagirdlərə izah edilməlidir ki, hansı göstəricidə nə  etməlidirlər.

  • Əvvəlcə aşağıdakı linkdə verilmiş faylı kompüterinizə yükləyin
  • Təqdimatı  açın  və nümayiş rejiminə keçin.
  • Yaşıl, sarı, qırmızı düymələrə klikləməklə səhifələrə keçid edə bilərsiniz.

Faylı yükləmək üçün link : https://drive.google.com/file/d/0B7uyMv1mHyxBX29NUE5JRkJMcWs/view?usp=sharing 

Youtube portalından dərslərdə istifadə və youtubedən videonu mahnı şəkilində yükləmək

Youtube artıq balacadan – böyüyə hər kəsin istifadə etdiyi, özündə minlərlə video saxlayan youportaldır. Bəs nə üçün bu portaldan dərslərimizdə istifadə etməyək? Bir çox halda youtubedən dərslərimizdə yalnız müəyyən videonu tapmaq və yükləmək üçün istifadə edirik. Əslində youtube şagrdlərin dərsə marağını artırmaq üçün əvəzsiz vasitədir. Siz şagirdlərə müyəən mövzu haqqında video hazırlamalarını söyləyin daha sonra hazırlanmış videoları youtube portalına əlavə edin. Şagirdlər bir birlərinin işlərinə baxsınlar, müzakirə etsinlər. Şagirdin işini video portala artırmaqla siz, şagirddə göstərirsiniz ki sənin zəhmətin hədər getmədi,” bir vərəq üzərində müəllimin şkafına qoyulmadı”. Şagird hiss edəndə ki onun işini başqa insanlar izləyir, faydalanır bu onun üçün çox böyük sevinc olacaq, o çalışacaq ki növbəti dəfə daha yaxşı iş hazırlasın, daha çox izləyici cəlb edə bilsin.  Bir dəfə yuxarıda yazılanlar sinifinizdə yoxlayın, şagirdlərinizin dərsə olan münasibətinin necə dəyişdiyini özünüz hiss edəcəksiniz.

Saytdan istifadə etmək üçün video dərs: https://youtu.be/0G7-22jAjgg

Milyonçu oyunu

Hörmətli müəllimlər.

milyonAşağıdakı linkdə milyonçu oyunun PowerPoint faylı verilmişdir. Zəhmət olmasa,  sizində belə resurslarınız varsa bizimlə bölüşün ki, digər müəllimlər də istifadə edə bilsin.

  • Linkə daxil olun və faylı kompüterinizə yükləyib,açın
  • Oyun PowerPoint proqramında hazırlanmışdır
  • Sualı bura yazın ” sözünü pozub yerinə sualınızı daxil edin
  • Düzgün cavab ” sözünü pozub yerinə düzgün cavabı  daxil edin
  • cavab 1, cavab 2, cavab 3, cavab 4 ” sözlərini  pozub yerinə düzgün cavablarıı  daxil edin
  • Faylı yaddaşda saxlayın və dərsdə mütləq nümayiş rejimində istifadə edin

Faylı yükləmək üçün link : https://drive.google.com/file/d/0B7uyMv1mHyxBMFRfcTlZM3pNTzA/view?usp=sharing

Digər oyunlar üçün link: http://people.uncw.edu/ertzbergerj/ppt_games.html

Pinterest sosial şəbəkəsi

Pinterest son illər məşhurlaşmış sosial şəbəkələrdən biridir. Pininterest sözlərindən https://www.pinterest.comgötürülmüşdür. Hərfi mənası sənə maraqlı olanı sancaqla, iynə ilə seç mənasını verir.bu sosial şəbəkə müxtəlif maraqlı şəkillər paylaşılır və sən özünə maraqlı lanları pinləyirsən. Pinterestdə müxtəlif mövzuda şəkillər paylaşılır ki Təhsil kateqoriyasına aid maraqlı şəkillər posterlər olur. Siz bu soial şəbəkədən həm öz resurslarınızı paylaşmaq üçün, həm də digər müəllimlərin işləri ilə tanış olmaq, yeni ideyalar axtarmaq üçün istifadə edə bilərsiniz.

Sayta daxil olmaq üçün link: https://www.pinterest.com

“1 şagird 1 kompüter ” layihəsi ilə dərs hazırlamaq istəyən müəllimlər üçün 5 məsləhət

Hörmətli istifadəçilər, aşağıdakı linkdə “1 şagird 1 kompüter ” layihəsi ilə dərs hazırlamaq barəsində müəyyən məsləhətlər əldə edə bilərsiniz. Düşnürəm ki, əgər bu sahədə təcrübəniz azdırsa, bu məsləhətlər dərs hazırlayarkən sizə lazım olacaq.

Sənədi yükləmək üçün link : https://drive.google.com/file/d/0B26gBjzPSf8rOHRGb2JHd05YWTQ/view?usp=sharing

“1 şagird 1 kompüter” layihəsi üzrə tapşırıq nümunəsi

Hörmətli müəllimlər.

Aşağıda linkdə faylda “1 şagird 1 kompüter” layihəsi əsasında hazırlanmış dərsə aid tapşırıq nümunəsi verilmişdir. Tapşırıq nümunəsindən Elektron Təhsil müsabiqəsində bu nominasiya üzrə iş vermək istəyən müəllimlər   istifadə edə bilərlər.

Faylı yükləmək üçün link : https://drive.google.com/file/d/0B7uyMv1mHyxBUHl3T0RvNU1uNDQ/view?usp=sharing

Video konfrans aləti

Bu internet resursundan video konfranslar təşkil etmək, şagirdlərə online dərs keçmək üçün  üçün istifadə edə bilərsiniz. Eyni vaxtda 8 nəfər bir video konfransda iştirak edə bilir. Resursdan istifadə etmək üçün Screen Shot 2015-06-24 at 8.57.54 AM

  • https://appear.in– saytına daxil olin
  • Create a room and talk together yazısının altındakı hissədə video dərsin, konfransın adını daxil edin və Start düyməsinə basın

  • Video dərsə yeni şəxsləri dəvət etmək üçün Screen Shot 2015-06-24 at 9.04.55 AMdüyməsindən istifadə edib, saytın linkini kopyalayıb dəvət etdiyiniz insanlara göndərin.