- Bloqunuzun mövzusunu, oxucu kütlənizi müəyyən edin və ona uyğun paylaşımlar edin.
- Bloqunuzun dizaynı yerləşdirdiyiniz məlumatlara, bloqunuzun oxucu kütləsinə uyğun olmalıdır. Bloqun dizaynı, istifadə etdiyiniz fontlar, arxa fon oxucunun gözünü yormamalıdır
- Paylaşdığınız məlumat keyfiyyətli, oxucu üçün yeni, asan anlaşılan və sadə dildə olmalıdır.
- Yazıların başlıqları oxucunun diqqətini özünə cəlb etməlidir. Eyni zamanda yazının məzmununa uyğun olmalıdır.
- Uzun cümlələr oxucu üçün cəlb edici deyil, bloqunuzda maraqlı videolar, şəkillər paylaşın
- Oxucularınızla ünsiyyətə girin, yazılan rəylərə vaxtında cavab yazın. Yerləşdirdiyiniz yazıların sonunda “Bu barədə siz nə düşünürsünüz?” tipli suallardan istifadə
- Bloqunuzu sosial şəbəkələrdə reklam edin. Bloqunuzla eyni adlı səhiflə açın.
- Məlumatları tez- tez yeniləyin
- Plagiatlıqdan uzaq olun, əmin olmadığınız məlumatı, yarımçıq məlumatı bloqunuzda yerləşdirməyin
- Bloqunuzun quruluşunu elə seçin ki, oxucu üçün axtardığı məlumatı tapmaq asan olsun
Siz necə düşünürsünüz maraqlı bloqda daha nəcə olmalıdır?