ClassDojo alətinin sinifdə istifadəsi

ClassDojo sinif idarə etmə alətlərindən biridir. Əsasən sinifdə şagirdləri düzgün davranışa    istiqamətləndimək üçün istifadə olunsa da, müəllimlər üçün faydalı bir çox funksiyası da vardır. Gəlin bunlara qısa şəkildə nəzər salaq:

Toolkit- Dərsdə istifadə edə biləcəyiniz alətlər qutusudur. Daxilindəki. alətlərdən bəziləri:

  • Timer– İrəliyə və geriyə doğru sayım saatları
  • Random– Təsadufi şagird seçmək üçün istifadə olunur
  • Group Maker– Şagirdləri qısa zamanda, verilmiş sayda qrupa bölür
  • Noise Meter- Sinifdəki səs- küyün səviyyəsini göstərən interaktiv şkala

Classroom-  Bu bölmədə şagirdlərə xal vermək və yaxud xal çıxmaqla yarış təşkil olunur və düzgün davranışa motivasiya olunur. Meyarlar və onlara veriləcək xallar sizin tərəfinizdən seçilir. Valideynləri əlavə etməklə onlar verilən və yaxud çıxılan istənilən xaldan xəbərdar olmalarını, hesabatlar almalarını təmin etmək mümkündür. Proqramn oyunlaşdırma hissəsidir.

Stories- Bütün sinif jurnalında və yaxud individual formada mətn, şəkil, fayl paylaşmaq mümkündür. Bu proqramın rəqəmsal portfolyo kimi istifadə olunan hissəsidir.

Messages– valideynlərə toplu və yaxud individual məktublar göndərmək mümkündür.

Resursdan istifadə ilə bağlı video təlimat:

Təqdimat hazırlamaq üçün resurs

Hörmətli müəllimlər.
Aşağıdakı resursdan http://www.kizoa.com/təqdimat hazırlamaq  üçün istifadə edə bilərsiniz. Saytdan həmçinin şəkilləri redaktə etmək, şəkilləri birləşdirmək və digər məqsədlər üçün də istifadə edə bilərsiniz.
Sayta daxil olmaq üçün link:http://www.kizoa.com/

Scratch ilə proqramlaşdırma

Scratch şagirdlərə proqramlaşdırmanı əyləncəli formada öyrədə biləcəyinizscratch resurslardan biridir. Əsas xüsusiyyətləri şagirdlər üçün asan öyrənilən olmasıdır. Müxtəlif əməliyyat sistemlərində istifadə oluna bilməsi ilə yanaşı, online da istifadə edə bilərsiniz.

Sayta daxil olmaq üçün link: https://scratch.mit.edu

Təsadüfi seçim aləti

Screen Shot 2015-06-08 at 2.21.29 PM

Saytdan avtomatik seçim aparmaq üçün istifadə edə bilərsiniz. Sayta daxil olursunuz. Change names düyməsinə klikıəyib sinifdəki şagirdlərin adlarını yazırsınız.Timer hissəsindən bir ad üçün seçim vaxtını seçirsiniz, Sound hissəsində yes əmri seçilsə seçimdən sonra səs effekti olacaq.Save and share düyməsinə sıxıb link vasitəsi ilə yaddaşda da saxlaya bilərsiniz. Seçimi başlatmaq üçün Go əmrinə kilikləməlisiniz
Sayta daxil olmaq üçün link: http://primaryschoolict.com/random-name-selector/