Hər bir dövr öz tələbləri ilə bərabər gəlir. Müasir dövrün də şagirdlərdən öz gözləntiləri var. Şagirdlərdən gözlənilən 21 əsr bacarıqları aşağıdakı posterdə verilmişdir. Bəs biz bir müəllim kimi onların bu bacarıqlara yiyələnməsinə nə dərcədə yardımçı oluruq?
Etiket: 21 əsr bacarıqları
Tədrisdə istifadə olunan yeni üsullardan biri -STEM nədir?
STEM termini Science (Təbiət elmləri), Technology (Texnologiya), Engineering (Mühəndislik) ve Mathematics (Riyaziyyat) sözlərinin ilk hərflərindən götürülmüşdür. Təhsildə istifadə olunan yeni yanaşmalardan biridir. Bu tədris metodunda riyaziyyat, texnologiya, mühəndislik, təbiət fənnlərinin tədrisinin ayrı ayrılıqda yox birlikdə əlaqaləli şəkildə həyata keçrilməsi tövsiyyə edilir. Bu tədris metodu müxtəlif ölkələrdə 1950- ci ildən bəri tətbiq edilir. Hal – hazırda ən çox tətbiq olunduğu ölkələr ABŞ, İngiltərə, Almaniyadır. Bu metodun əsas məqsədi şagirdlərdə “XXI əsr bacarıqlarını” formalaşdırmaq və inkişaf etdirməkdir. Bu tədris üsulunda şagirdlər riyaziyyat və təbiət fənnlərində öyrəndikləri müxtəlif məlumatları gündəlik həyatlarında qarşılarına çıxan müxtəlif problemlərə, müxtəlif layihələrdə tətbiq etməklə öz yaradıcılıqlarını, komanda şəkilində işləmək bacarıqlarını, məntiqi təfəkkürlərini, problem həll etmə bacarıqlarını inkişaf etdirirlər. Eyni zamanda öyrəndiklərini tətbiq etdikləri üçün öyrəndikləri məlumatları daha yaxşı mənimsəyir, daha uzun müddət onların yaddaşında qalır. Seçilən problemlerin və icra olunan layihələrin real həyatla əlaqaləi olmasına, eyni zamanda şagirdyönümlü olmasına xüsusi diqqət edilirş Bu metodla qurulan dərslər şagirdlər üçün daha maraqlı və daha cəlbedici olur, onlar dərslərdə daha fəal və həvəslə iştirak edirlər. Dərslərin keçirilməsi üçün müəllimnən xüsusi bilik və bacaraqırlaq tələb olunur. Çünki layihələr, seçilmiş problemlər nə qədər şagirdyönümlü olsa da müəllim layihələrin hazırlanmasında və problemlərin həllində şagirdlərlə birlikdə fəaliyyət göstərir, onların fəaliyyətini istiqamətləndirir. Buna görə də STEM dəsləri keçrilən məktəblərdə müəllimlərə xüsusi təlimlər keçirilir.
Öyrənmə fəaliyyətindəki əməkdaşlıq səviyyəsini müəyyən etmək üçün rubrik
Bu gün şagirdlərdə əməkdaşlıq, komanda şəkilində işləmək bacarığının formalaşdırılması müasir təhsilin qarşısına qoyduğu əsas məqsədlərdən biridir. Bu bacarıqların əhəmiyyətini kiçik bir faktla vurğulamaq istəyirəm. Forbes jurnalında 2005- ci ildə dərc olunmuş məqaləyə əsasən : ” The National Association of Colleges and Employers (NACE) təşkilatı tərəfindən şirkətlər, biznes təşkilatları, özəl müəssələr arasında sorğu keçirir. Sorğunun məqsədi onlardan yeni işçi qəbul edərkən hansı xüsusiyyətlərə önəm verdiklərini öyrənməkdir. Aparılan sorğu nəticəsində məlum olur ki, i.’ götürən təşkilatın önəm verdiyi bacarıqlar siyahısında əməkdaşlıq və komanda şəkilində işləmək bacarığı ilk sıradadır.
Şagirdlərlə istifadə etdiyiniz tapşırıqlarda, layihələrdə əməkdaşlıq bacarığının hansı səviyyədə tələb olunduğunu müəyyən etmək üçün, aşağıdakı rubrikdən istifadə edə bilərsiniz.
- Tapşırığı yerinə yetirmək üçün şagirdlərdən cütlər və ya qrup şəkilində birlikdə işləmək, əməkdaşlıq tələb olunmur.
- Şagirdlər tapşırığı yerinə yetirmək üçün cütlər və ya qruplar şəkilində birlikdə işləməlidir, lakin onlardan iş bölgüsü tələb olunmur.
- Şagirdlər tapşırığı yerinə yetirmək üçün birlikdə işləməlidir, onlar arasında iş bölgüsü olmalıdır, lakin onlardan birlikdə qərar qəbul etmək, müzakirə etmək tələb olunmur.
- Şagirdlər tapşırığı yerinə yetirmək üçün birlikdə işləməlidir, onlar arasında iş bölgüsü olmalıdır, onlardan birlikdə qərar qəbul etməlidirlər, lakin onların fəaliyyəti bir -biri ilə əlaqəli deyil
- Şagirdlər tapşırığı yerinə yetirmək üçün birlikdə işləməlidir, onlar arasında iş bölgüsü olmalıdır, onlardan birlikdə qərar qəbul etmək, müzakirə etmək tələb olunur, onların fəaliyyəti bir-biri ilə əlaqəlidir