Hər bir dövr öz tələbləri ilə bərabər gəlir. Müasir dövrün də şagirdlərdən öz gözləntiləri var. Şagirdlərdən gözlənilən 21 əsr bacarıqları aşağıdakı posterdə verilmişdir. Bəs biz bir müəllim kimi onların bu bacarıqlara yiyələnməsinə nə dərcədə yardımçı oluruq?
Etiket: əməkdaşlıq
Onlayn interaktiv lövhə
Hörmətli müəllimlər,
İnternetdə bir çox onlayn lövhələr var ki, bütün sinifinizlə bu lövhələrdə məlumat mübadiləsi apara bilər, ideya xəritəsi yarada bilər, müzakirələr təşkil edə bilərsiniz. Bu video dərsimdə sizi bel onlayn lövhəələrdən biri ilə tanış edəcəm. Resursun üstünlükləri asan istifadəçi interfeysinin olması, lövhə ilə yanaşı müzakirə üçün chat imkanının olması, eyni zamanda bir snədin üzərində bütün sinifin işləmək imkanının olmasıdır.
Saytda daxil olmaq üçün link:https://awwapp.com/
Bütün sinifin bir sənədin üzərində işləyə biləcəyi sayt -titanpad.com
Hörmətli müəllimlər.
Bugün ki video dərsimdə sizə titanpad.com saytı haqqında məlumat verəcəm. Sayt sizə sinifinizdəki bütün şagirdlərlə eyni anda bir sənədin üzərində işləməyə imkan verir. Hər bir şagirdin əlavə etdiyi mətn, etdiyi dəyişiklik fərqli fərqlə göstərildiyi üçün şagirdlərdən kimin hansı işi gördüyünü izləyə bilirsiniz. Bundan başqa chat hissəsində müzakirə apara, sonda hazırlanan mətni kompüterinizə yükləyə bilərsiniz. Sayt pulsuzdur və qeydiyyat tələb etmir. Saytdan refleksiya mərhələsində, tədqiqat zamanı istifadə etmək olar. Video dərsdə saytdan istifadə ilə bağlı bir neçə ideya verilib, siz öz ideyanınızı şərh bölməsində digər həmkarlarınızla paylaşa bilərsiniz
Saytdan istifadə haqqında video dərs:
Öyrənmə fəaliyyətindəki əməkdaşlıq səviyyəsini müəyyən etmək üçün rubrik
Bu gün şagirdlərdə əməkdaşlıq, komanda şəkilində işləmək bacarığının formalaşdırılması müasir təhsilin qarşısına qoyduğu əsas məqsədlərdən biridir. Bu bacarıqların əhəmiyyətini kiçik bir faktla vurğulamaq istəyirəm. Forbes jurnalında 2005- ci ildə dərc olunmuş məqaləyə əsasən : ” The National Association of Colleges and Employers (NACE) təşkilatı tərəfindən şirkətlər, biznes təşkilatları, özəl müəssələr arasında sorğu keçirir. Sorğunun məqsədi onlardan yeni işçi qəbul edərkən hansı xüsusiyyətlərə önəm verdiklərini öyrənməkdir. Aparılan sorğu nəticəsində məlum olur ki, i.’ götürən təşkilatın önəm verdiyi bacarıqlar siyahısında əməkdaşlıq və komanda şəkilində işləmək bacarığı ilk sıradadır.
Şagirdlərlə istifadə etdiyiniz tapşırıqlarda, layihələrdə əməkdaşlıq bacarığının hansı səviyyədə tələb olunduğunu müəyyən etmək üçün, aşağıdakı rubrikdən istifadə edə bilərsiniz.
- Tapşırığı yerinə yetirmək üçün şagirdlərdən cütlər və ya qrup şəkilində birlikdə işləmək, əməkdaşlıq tələb olunmur.
- Şagirdlər tapşırığı yerinə yetirmək üçün cütlər və ya qruplar şəkilində birlikdə işləməlidir, lakin onlardan iş bölgüsü tələb olunmur.
- Şagirdlər tapşırığı yerinə yetirmək üçün birlikdə işləməlidir, onlar arasında iş bölgüsü olmalıdır, lakin onlardan birlikdə qərar qəbul etmək, müzakirə etmək tələb olunmur.
- Şagirdlər tapşırığı yerinə yetirmək üçün birlikdə işləməlidir, onlar arasında iş bölgüsü olmalıdır, onlardan birlikdə qərar qəbul etməlidirlər, lakin onların fəaliyyəti bir -biri ilə əlaqəli deyil
- Şagirdlər tapşırığı yerinə yetirmək üçün birlikdə işləməlidir, onlar arasında iş bölgüsü olmalıdır, onlardan birlikdə qərar qəbul etmək, müzakirə etmək tələb olunur, onların fəaliyyəti bir-biri ilə əlaqəlidir
Onlayn seminar elanı
Hörmətli müəllimlər.
22.05.2015 -ci il tarixində saat 11.00- da Google Drive- əməkdaşlığın yeni ünvanı adlı onlayn seminar keçriləcəkdir.
Seminarda iştirak etmək istəyənlər aşağıdakı formu doldurmaları xahiş olunur.
Qeyd: Seminar ödənişsizdir, seminarda qeydiyatdan keçən ilk 10 nəfər iştirak edəcəkdir. Seminar iştirakçılarının Gmail hesabı olması mütləqdir.
Qeydiyyat üçün link:
https://docs.google.com/forms/d/1KEOmnxwHhZLhAHUfAHg6FmEwC-S0XR9XlX1Osq5FbIk/viewform
Google docs və dərslərdə istifadə
Google docs Google- nin online mətn redaktorudur. Siz Google docsdan dərsin refleksiya hissəsində, şagirdlərin əməkdaşlıq şəraitində bir sənədin üzərində işləməsini təmin etmək üçün və digər məqsədlərlə istifadə edə bilərsiniz.
Googgle docs haqqında video dərs:https://youtu.be/vOOXZm4P7qI
Google Drive və dərsdə istifadə
Google şirkətinin bir çox xidmətləri var ki siz onlardan dərslərinizdə, təhsil prosesində istifadə edə bilərsiniz. Bunlardan biri də Google Drive- dir. Bu gün ki video dərsdə Google Drive və onan dərsdə istifadə haqqında danışacağıq.
Drive -a daxil olmaq üçün link: https://www.google.com/drive/
Drivedan istifadə haqqında video dərs:https://youtu.be/WxHt2Ej8Rnc