Naxış, çərçivə və arxa fon hazırlamaq üçün sayt

Hörmətli müəllimlər.download (1).png

Aşağıdakı linkdə verilmiş saytdan naxışlar, arxa fonlar, çərçivələr hazırlamaq üçün istifdə edə bilərsiniz. Saytdan istifadə çox asandır.

  • http://tholman.com/beautiful-curves/ linkinə daxil olun
  • İstədiyiniz rəngi seçin
  • Sağ tərəfdəki alətlər vasitəsi ilə naxışların formasını dəyişə bilərsiniz
  • clear düyməsi ekranı təmizləyir
  • save düyməsi şəkili yaddaşda saxlayır. Hazırladığınız şəkili üzərində sağ düyməni klikləyib, save image as əmrini seçməklə də yaddaşda saxlaya bilərsiniz.

Online səs yazmaq üçün resurs

Hörmətli müəllimlər aşağıdakı resursdan öz səsinizi qeyd etmək, http://vocaroo.comkompüterinizdə yaddaşda saxlamaq, başqa insanlara göndərmək və internet səhifənizdə yerləşdirmək üçün istifadə edə bilərsiniz.


Sayta daxil olmaq üçün link : http://vocaroo.com

Saytdan istifadə ilə bağlı video təlimat : https://youtu.be/9fs6vkL4V9w

Sinifdə istifadə etmək üçün müxtəlif şəkillər tapa biləcəyiniz sayt

Aşağıdakı saytda dərslərinizdə, təqdimatlarınızda istifadə edə biləcəyiniz müxtəlif şəkillər var.

  • http://www.photosforclass.com saytına daxil olunhttp://www.photosforclass.com
  • Axtarış hissəsində axtardığınız şəkilin adını ingilis dilində yazın
  • Şəkili tapdıqdan sonra download vasitəsi ilə şəkili kompüterinizə yükləyin

www.bitstripsforschools.com – ilə komiks hazırlamaq.

Şagirdlərinizlə sinifdə istifadə edə biləcəyiniz tapşırıq növlərindən biri də komiks hazırlamaqdır. Komiks hazırlamaq üçün bir neçə resurs var ki, onladan biri ilə sizi tanış etmək istəyirəm .  www.bitstripsforschools.com saytında daxil olun

  • http://www.bitstripsforschools.com/Müəllim kimi qeydiyyatdan keçin
  • Öz sinifiniz yaradın və sinifə şagirdlərinizi əlavə edin
  • Şagirdlər sizin təyin etdiyiniz kodla sinifə daxil olub komiks hazırlayacaqlar və sizin bütün şagirdlərin hazırladığı işlərə nəzarət edə biləcəksiniz.

Videolarınıza sual daxil edə biləcəyiniz resurs

Edpuzzle saytının digər video hazırlamaq üçün saytlardan əsas fərqi ondadır kihttps://edpuzzle.comsiz videonuzun istənilən yerinə şagirdləriniz üçün açıq sual , test əlavə edə bilərsiniz. Həmçinin sayt sizə imkan veriri ki virtual sinif yaradıb, hansı şagirdlərin video dərsi izləyib izləmədiyini, sualla hansı şagirdlərin düzgün cavab verdiyini ya da cavab verə bilmədiyini müəyyən edə biləsiniz.


Saytdan istifadə ilə bağlı video dərs : https://youtu.be/FB6knb1G42Y

Sayta daxil olmaq üçün link : https://edpuzzle.com

Şəkil və iconlardan ibarət qaleriya

Dərs matrealı, təqdimatı, tapşırıqları tərtib edərkən  onların icon finderdizaynına xüsusi önəm verməliyik. Bu məqsədlə müxtəlif şəkillər, iconlar tapa biləcəyiniz saytı sizinlə paylaşırıq. Saytda həm pullu həm də pulsuz şəkillər var.

Sayta daxil olmaq üçün link :https://www.iconfinder.com

Saytdan istifadə ilə bağlı video təlimat : https://youtu.be/4A_zD3ZzIag

Şəkil redaktoru

Aşağıdakı internet resursundan təsvirləri redaktə etmək, çərçivə, arxa fon əlavə etmək kimi məqsədlər üçün istifadə edə bilərsiniz.

  • Aşağıdakı linkə daxil olun : http://funny.pho.to/tr/
  • İstədiyiniz çərçivəni və yaxud arxa fonu seçin
  • Redaktə etmək istədiyiniz şəkili yükləyinScreen Shot 2015-08-25 at 10.19.22 AM
  • Təsvirin üzərində lazımı əməliyyatlarıyerinə yetirdikdən sonra Screen Shot 2015-08-25 at 10.20.58 AM düyməsi ilə yaddaşda saxlayın və yaxud digər insanlarla paylaşın.

İnteraktiv şəkil hazırlama

Saytdan interaktiv şəkillər yaratmaq üçün istifadə edilir.thing

  • Sayta daxil olun: https://www.thinglink.com
  • Yuxarı sağ küncdə yerləşən Log in düyməsinə sıxın. Ədər qeydiyyatdan keçməmisinzsə Not registered? Sign up for free » vasitəsi ilə qeydiyyatdan keçin. Free düyməsinə sıxıb formu doldurun.
  • Qeydiyyatdan keçdikdən sonra ekranın yuxarısındakı create düyməsinə sıxıb interaktiv şəkili yaratmağa başlaya bilərsiniz.
  • Choose image düyməsi  və ya sürükləyib buraxmaqla  istifadə edəcəyiniz şəkili sayta daxil edin.
  • Title hissəsindən interaktiv şəkilə ad verə bilərsiniz
  • Şəkilin istənilən bir yerində klikləməklə interaktiv nöqtələr əlavə edə bilərsiniz. Nöqtələri əlavə edərkən sol tərəfdə açılan pəncərədə text adlı hissədən mətni , link adlı hissədən linki əlavə edə bilərsiniz. Daha sonra kursoru bu nöqtələrin üzərinə gətirdikdə sizin əlavə etdiyiniz mətn, link, videolar açılacaq. Save ilə nöqtələri yaddaşda saxlayın
  • Save düyməsini sıxmaqla interaktiv şəkili yaddaşda saxlaya bilərsiniz. həmçini share hissəsindən paylaşa bilərsiniz.

Müxtəlif dizaynlı yazılar hazırlamaq üçün sayt

COOLTEXTŞəkillər, animasiyalar hazırlamaq üçün sayt. Əvvəlcə sayta daxil olursunuz. İstədiyiniz formanı seçirsiniz və mətni daxil edirsiniz. İstəsəniz digər dəyişiklikləri də edə bilərsiniz. Ekranın aşağısında yerləşən Create logo əmri ilə şəkili düzədirsiniz. Açılan pəncərədə yuxarı hissədə yerləşən Download image əmri ilə şəkili kompüterinizə yükləyə bilərsiniz.

Sayta daxil olmaq üçün link:http://cooltext.com